Главная > yazarlar > PARLAQ VƏ İŞIQLI ÖMÜR YOLLARININ SAHİBİ

PARLAQ VƏ İŞIQLI ÖMÜR YOLLARININ SAHİBİ


17-05-2019, 09:55. Разместил: djbaz
PARLAQ VƏ İŞIQLI ÖMÜR YOLLARININ SAHİBİ

“Əcəl çatanadək, edə biləcəyiniz xeyirli işlər üçün tələsin!”

Həzrəti Osman(r.a)


Mən fürsətim olarkən, Filologiya fakültəsində yad etdiyim və xətrini öz doğmam, əzizim, yaxınım kimi istədiyim Məti müəllim Osman oğlu haqqında danışmaq istəyirəm.
Bu möhtərəm insan tələbələrə öz doğma balası kimi baxır, nəvaziş göstərir. Daima gülərüzlü, mülayim və zarafatcıldır. Etdiyi şaqalarında da bir səmimiyyət və gözəllik vardır.
Məti müəllim artıq 61 yaşına adlamışdır və bu 61 illik parlaq ömür yollarında daima çalışmışdır ki, həm yaxşı işlər görsün və həm də ki, elmi araşdırma sahəsində böyük uğurlara, yüksək nailiyyətlərə ulaşsın. Mən inanmıram ki, Bakı Dövlət Univeristetində onu sevməyən bir nəfər olsun. Çünki, böyük ilə böyük, kiçik ilə kiçik kimi rəftar edir. Tələbə heyətinin hörmətini qazanmağı bacarmış Məti müəllim daima istəmişdir ki, onu sevən tələbələrinin sıxıntılarını həll etsin və az da olsa, xeyirxahlıq edərək hər hansısa bir gəncin ürəyini şadlandırsın.
Bu mötəbər şəxsiyyət milliyyətcə türkdür. Çünki, türklərdə olan alicənablıq, səmimilik, təmiz insani sevgi duyğuları, yıxılanın əlindən tutmaq, köməksizə yardım etmək-bu cür müsbət keyfiyyətlər Məti müəllim kimi bir vücudun da xasiyyətində cəm olmuşdur. Onunla həmişə ikinci mərtəbədə 204-cü otağın qarşısında rastlaşarkən, daima qayğıkeşcəsinə “Necəsən, əzizim? İşlərin necə gedir?”-deyə, əhvalımı xəbər alır. Sizi inandırıram ki, bu səhnədən çox mütəəssir oluram. Bizlər, gərəkdir ki, belə bir şəxsiyyətin qədir-qiymətini layiqincə dəyərləndirək və xətrini əziz tutaq. Çünki, Məti müəllim kimi böyük şəxsiyyətlər bu dünyaya çox az-az gəlməkdədirlər.
Hörmətli Məti müəllim! Mən Ərtoğrul olaraq, Uca Allah-Təaladan sizə uzun ömür, can sağlığı, gözəl günlər, xoş anlar diləyirəm! Allah sizi qorusun və sizi əzizlərinizin başı üzərindən heç bir vaxt əskik etməsin, amin!


Ərtoğrul Mehdizadə
Bakı Dövlət Universiteti, Filologiya fakültəsi;
Alman dili və ədəbiyyatı ixtisasının II kurs tələbəsi
Вернуться назад