Главная > yazarlar > NURAY DƏNİZ-in maraq otağı silsiləsindən

NURAY DƏNİZ-in maraq otağı silsiləsindən


5-04-2018, 00:31. Разместил: djbaz
Bütün dünyada onlar var: bəs nə işlə məşğuldurlar? - ARAŞDIRMA




NURAY DƏNİZ-in maraq otağı silsiləsindən



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi barədə araşdırma materialı
CİA – Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yarandığı vaxtdan bu günə qədər 100.000-ə yaxın çox ciddi cinayətlərə imza atıb. Fəaliyyətlərini maliyyələşdirmək üçün isə Amerikaya idxal edilən külli miqdarda heroin və kokain ticarəti də daxil olmaqla, müxtəlif silah və narkotik qaçaqmalçılığını həyata keçirib.

“Dövlət çevrilişi” dedikdə ağıla ilk gələn onların adıdır. Beynəlxalq Valyuta Fondu (BVF) və MKİ ABŞ imperializminin dövlət çevrilişlərini həyata keçirən əkiz qardaşlardır. BVF daim hədəfi göstərib, MKİ isə ABŞ-ın xeyri üçün çalışmayan nə qədər hökumət, iqtidar varsa, hamısını sıradan çıxarıb, dövlət çevrilişləri həyata keçirib. MKİ-nin gizli çevriliş xəritəsi qapqaradır.

Qiyamlar qaldıran, hökumətlər quran dünyanın ən böyük kəşfiyyat orqanı olan MKİ, İsrailin kəşfiyyat orqanı olan MOSSAD ilə də böyük əlaqələrə sahibdir. Ancaq sözsüz ki, MKİ-nin adının hallandırıldığı bu hadisələrdə və MOSSAD-la birlikdə həyata keçirilən bəzi əməliyyatlarda bütün MKİ-də işləyənləri günahkar hesab etmək olmaz. Lakin məsələnin bu tərəfi var ki, ABŞ, İsrail yaradıldığı andan etibarən kəşfiyyat mübadiləsi üçün razılaşıb. MKİ və Federal Təhlükəsizlik Bürosu (FTB) yeni dostlarına şifrələmə və şifrənin sındırılması üçün vacib olan vəsaiti verməyə, israilli həmkarlarına bunları istifadəni öyrətməyə hazır idilər.

Hörmətli oxucular!

FaktXəbər-in əvvəllər bir hissəsi dərc olunmuş, amma sonradan dayanmış araşdırmalarının yenidən dərcinə başlayırıq. Araşdırmada bu günə kimi Azərbaycan oxucusu üçün sirr kimi qalan məqamlara toxunulub. Araşdırmada Amerika, Türkiyə, Rusiya kimi ölkələrinin KİV-lərində dərc olunmuş sənədli materiallardan və ABŞ dövlət orqanlarının rəsmi saytlarındakı informasiyalardan, kitabxana materiallarından istifadə olunub.

(I hissə)

CİA – MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ

Bir çox faşist lideri İkinci Dünya müharibəsini uduzacaqlarını başa düşdü və daha sonra Sovet İttifaqına qarşı başladılacaq müharibəyə görə, Hitlerdən xəbərsiz ABŞ tərəfi ilə danışıqlara başladılar. Növbəti MKİ başçısı Allen Dulles 1943-cü ildə İsveçrənin Bern şəhərinə gedərək, yüksək çinli faşistlərlə görüşlər keçirdi.



Dulles rəsmi olaraq MKİ-nin OSS-nin (Overseas Secret Service - Xarici Gizli Xidmət) agenti idi. Və o görüşdüyü faşist liderlərinin bir çoxu ilə müharibədən əvvəl işləyirdi. Belə ki, çox savadlı bir hüquqşünas olan Dullesin, müharibədən əvvəl və elə müharibə illərində də faşistlərlə əlaqələro olan Standard Oil (Rokfeller ailəsinin şirkətidir) kimi bəzi müştəriləri var idi.

MKİ-nin yaradıldığı ilk illərdə faşist agentlər, müharibə cinayətlərinə görə məhkəmə qarşısına çıxmamaq zəmanəti ilə adları dəyişdirilib, ABŞ agentləri kimi xidmətə başlamışdılar. Həmin vaxtlar agentlərlə birlikdə bir çox alman alim də “Paperclip” əməliyyatı ilə ABŞ-a gətirilmiş və ölkədə xidmət etmələrinə şərait yaradılmışdı.



Bu səbəbdən də, Hitlerin Şərq Cəbhəsinin kəşfiyyat rəhbəri general Reinhard Gehlenin, xüsusilə də gizli şəkildə saxladığı və bazarlıq üçün istifadə etməyi planlaşdırdığı çoxlu sənədlərə görə, amerikalılara təslim olması sürpriz yaratmamışdı.

General Gehlen Virciniyadakı “Hunt” qəsrinə qaçırılmışdı. Onu qaçıranları qısa müddət ərzində inandıra bildi ki, yaxın zamanlarda Sovetlər Birliyi Qərbə hücum edəcək. ABŞ ordusu və Gehlen “centlmen müqaviləsi” bağladılar.

Gizli müqaviləyə görə, Gehlenin agent təşkilatı Almaniyada yeni hökumət qurulana qədər ABŞ üçün işləyəcək və maliyyələşdiriləcək. Bu müddət ərzində Gehlen, ABŞ-ın mənfəətləriylə Almaniyanın mənfəətlərinin toqquşduğunu görərsə, Almaniyanın mənfəətlərinə üstünlük verməkdə sərbəst olacaqdı.

1944-cü ildə Xarici Gizli Xidmətin (XGX) yaradıcı olan Vilyam J.Donovan, Franklin Ruzveltə, birbaşa ABŞ prezidentinin əmrində işləyəcək və məlumatı açıq və ya gizli üsullarla əldə edəcək yeni bir kəşfiyyat təşkilatı yaratmağı təklif edir. Bu təşkilat eyni zamanda məlumat alma strategiyalarını müəyyənləşdirəcək, prezidentə məsləhətçilik edəcək və mövcud olan bütün kəşfiyyat orqanlarından gələn məlumatları tərkibində toplayacaq, dəyərləndirəcəkdi.

1947-ci ildə prezident Harri S.Trumen tərəfindən imzalanan Milli Təhlükəsizlik Qanunu ilə İkinci Dünya müharibəsində xidmət edən OSS-nin (Office of Strategic Services - Strateji Xidmətlərin Ofisi) davamı olaraq MKİ yaradıldı. Trumen tərəfindən yaradılmasına göstəriş verilən MKİ-nin ilk rəhbəri Roscoe H.Hillenkoetter oldu.

General Gehlen on il ərzində MKİ-nin Qərbi Avropadakı yeganə məlumat qaynağı oldu. 1955-ci ildə isə BND-yə (Bundesnachrichtendienst – Federal Kəşfiyyat Xidməti) çevrildi. Əlbəttə, BND MKİ ilə əlaqələrini davam etdirdi.

Gehlen MKİ-nin istifadə etdiyi yeganə müharibə cinayətkarı deyildi. Digəriləri sırasında “Lion qəssabı” Klaus Barbie, yəhudilərin öldürülməsi fikrinin ideya müəllifi Otto von Bolschving və Hitlerin ən yaxın adamı SS polkovniki Otto Skorzeny də var idi. Hətta Hitler rejiminin ikinci adamı hesab olunan Martin Bormanın belə, müharibənin son günlərində MKİ-yə işlədiyi ortaya çıxdıqdan sonra özünün öldü xəbərini yayaraq, Latın Amerikasına qaçması barədə faktlar var.

1949-cu ildə təşkilatın gizli mənbədən maliyyə dəstəyi almasına və əməliyyatlarını gizli şəkildə davam etdirməsinə icazə verildi. Bu icazə əlavə olaraq MKİ-yə təşkilat quruluşunu, vəzifələrini, maaşlarını və işçi sayını cəmiyyətdən gizləmə haqqı da verirdi. Bu tarixdə MKİ paralel olaraq Qərbi Almaniyanın Kəşfiyyat İdarəsi BND-yə də nəzarət edirdi.

Yaradıldığı ilk illərdə hökumətin digər orqanlarının MKİ-nin əməliyyatları mövzusunda məlumatları və əlaqələri yox idi. MKİ Sovet İttifaqının Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) qarşı fəaliyyət göstərən orqan idi. Amma 1970-ci illərdə ortaya çıxan “Watargate” skandalı ilə təşkilatın əməliyyatları, xarici ölkələrin liderlərinə qarşı həyata keçirdikləri sui-qəsdlər və sui-qəsd cəhdləri, ölkə daxilində məlumat toplamaq üçün istifadə edilən qeyri-qanuni yolların hesabatları tələb edilməyə başlandı. Prezident Niksonun MKİ agentlərinə, rəqib Demokrat Partiyasının mərkəzi qərargahını gizli şəkildə dinlətməsinin ortaya çıxması ilə alovlanan “Watargate” skandalı, MKİ-nin imicini zədələmişdi.



James R.Schlesingerin MKİ-nin keçmişdəki cinayətlərinə dair gizli hesabatı Seymour Hershin “New York Times”da yayımlanan məqaləsi ilə ortaya çıxdıqdan sonra təşkilatın xarici ölkə liderlərinə qarşı həyata keçirdikləri sui-qəsdlər və ABŞ vətəndaşlarını təhriketmə cinayətləri də ifşa olundu Konqres MKİ-nin araşdırılmasını tələb etdi və 1975-ci ildə Anqolaya qarşı hazırlanan gizli əməliyyatın qarşısını aldı və təşkilatın xarici ölkə liderlərinə qarşı sui-qəsd cəhdləri həyata keçirməsi qadağan edildi. Prezident Gerald Ford etirazların qarşısını almaq üçün təşkilatın Amerika vətəndaşları üzərində həyata keçirdiyi əməliyyatların araşdırılmasını həyata keçirəcək komissiyanın yaradılmasına qərar verdi. Nəticədə təşkilatın vətəndaşlar üzərində əməliyyatlar həyata keçirmək səlahiyyəti azaldıldı və bu səlahiyyət bütünlüklə FTB-yə verildi. Amma 2001-ci ildəki “Əkiz Qüllələr” terrorundan sonra təşkilata tətbiq edilmiş qadağalar demək olar ki, tamamilə ləğv edildi.

TƏŞKİLAT FORMASI

MKİ 4 şöbə şəklində fəaliyyət göstərir:

Məlumat toplama şöbəsi

Hər cür xəbər toplamaq vasitəsi ilə məlumat toplayaraq casusluq fəaliyyətini davam etdirir. Gizli şəkildə aparılan kəşfiyyat əməliyyatlarını qiymətləndirir. Havadan çəkilən (peyk, təyyarə və sair) fotoları, radio, telefon, televiziya, teleqraf, simsiz rabitə vasitəsi ilə toplanan məlumatları da qiymətləndirir. Bu qiymətləndirmələr, hesabatlar halında əlaqədar təşkilatlara göndərilir. Əks-kəşfiyyat idarəsi ilə məsləhətli şəkildə işləyirlər. Onlar da şöbənin ehtiyacı olan əhatəli xəbərləri və məlumatları əməliyyat mərhələsi də daxil olmaqla təmin edir.

Hərəkat Şöbəsi

Gizli əməliyyatları həyata keçirir.

Elm və Texnologiya Şöbəsi

Təşkilat üzvlərinə son dövrün texnologiyaları barədə məlumat vermək və onların iş prinsiplərini başa salmaq, istifadəsini öyrətmək. İstifadə ediləcək texnikaları hazırlamaq, həyata keçiriləcək əməliyyatlara elmi və texniki dəstək vermək bu şöbənin vəzifəsidir.

İdarəetmə Şöbəsi

Təşkilat üzvlərinin, toplanan məlumatların, bazaların mühafizəsini təmin etmək. MKİ-də davamlı olaraq məmur şəklində təxminən 16 min insan işləyir. Ayrıca olaraq, qeyri-rəsmi şəkildə 100 minlərlə insanı da müxtəlif məsələlərdə istifadə edir.

ELMİ KƏŞFİYYAT OFİSİ

Federal Hökumət üçün hazırlanan elmi kəşfiyyat məlumatlarının hazırlanmasını və koordinasiyanı qeyri-kafi hesab edən Amerika rəhbərliyi, bu nöqsanların getdikcə artdığını görərək, 1949-cu ilin yanvar ayında ofis statusunda kiçik elmi kəşfiyyat vahidi yaratdı və adını da “Elmi Kəşfiyyat Ofisi” qoydu. Bu ofisin şəxsi heyəti və texniki ehtiyacları da digər kəşfiyyat qurumlarında olduğu kimi təmin edildi. Yeni yaradılan ofis ən az risklə ən çox məlumat toplamaq istəyirdi və bunun üçün xüsusi təchizatlı təyyarələrin hazırlanmasını istəyirdi. Minlərlə fotoqraf Sovet ittifaqının inkişafının kritik analizlərini verəcəkdi. Sovet İttifaqının qarşısının alınması üçün dərhal əməliyyatlar hazırlanmalı idi. ABŞ Sovet İttifaqının hərbi gücü barədə ətraflı məlumat və qurulacaq ilkin xəbərdarlıq sistemlərinin, qəfil hücumlara qarşı müdafiə gücünü artıracağını düşünürdü.

"AQUATONE" LAYİHƏSİ

Elmi Kəşfiyyat Ofisinin proyektlərindən biri də “Aquatone” layihəsi idi. Layihə rəhbərinə göndərilən 17 iyul 1956-cı il tarixli hesabatda belə yazılırdı: “4 iyul 1956-cı ildə ilk dəfə olaraq bunu deyirik ki, Rusiyada nələr baş verdiyi barədə məlumat ala bilirik. Artıq hansısa bir “qənaətə”, “təxminə” ehtiyacımız yoxdur. İndi bütün Sovet İttifaqındakı insanların həyat tərzləri barədə məlumata sahibik. Hərbi birləşmələrini, fabrik və zavod sahiblərinin evlərinin formalarını, dəmiryollarını, maşın yolları, elektronika sahəsindəki uğurlarını, mülki və hərbi limanların iş prinsiplərini, Baltik dənizindəki fəaliyyətlərinin hamısını bilirik.
Hətta kifayət qədər radar siqnalları əldə edilsə də, ən əhəmiyyətli beş anqardakı rus qırıcı təyyarələrinin rəsmi şəkildə uçuşdaymış kimi göstərildiyini də bilirik. Bizi çaşdırmaq məqsədi ilə kiçik biçin kombaynlarını işlətdikləri barədə də məlumatımız var.”
“Aquatone” əməliyyatları sayəsində, müşahidə edilməsi planlaşdırılan 643.600 kv.km-lik ərazinin 24.133 kv.km-lik hissəsi 1956-cı ilin iyul ayında başa çatdırıldı və əvvəllər Amerikanın bilmədiyi aeroportlar, hərbi poliqonlar, şübhəli görünməyən sənaye obyektləri aşkara çıxarıldı. Fəaliyyətləri şübhəli hesab olunan obyektlərin də siyahısı hazırlandı. Sovet ittifaqında 130 aeroport aşkarlandı və “Aquatone” sayəsində fotoqraflar vasitəsiylə 60 səhra ərazisi araşdırıldı. Layihə rəhbərinə verilən bu raport da maraqlıdır: “Beş əməliyyatın nəticəsi olaraq söyləyə bilərik ki, bu günə kimi təxminlər irəli sürdüyümüz obyektlər barədə yanılmışıq. Bu isə bizim milli təhlükəsizlik siyasətimizin iflası ilə nəticələnə bilər.”
Məhz bu məlumata diqqət etsək görərik ki, foto-analiz sayəsində Amerika Sovet İttifaqı barədə ətraflı məlumatlar əldə etməyi bacarıb.
MKİ-nin isə bir qanunu var: “Təxmin, bilmədikdə və öyrənmədikdə etdiyimiz şeydir.”

Nuray Dəniz
Вернуться назад