Главная > yazarlar > NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən

NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən


17-03-2018, 20:52. Разместил: djbaz
Con Kerri: `Vyetnam müharibəsində hərbi cinayətlərdə mən də iştirak etmişəm`




1965-1973-cü illərdə ABŞ-ın Vyetnama hücumu demək olar ki, hamı tərəfindən bilinən faktdır, lakin çox az adam nasist cinayətləri ilə müqayisə olunacaq soyqırım aktlarından, dinc sakinlərin məhvindən və ABŞ-ın Vyetnamda kimyəvi silah istifadəsindən xəbərdardır.


NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən


Bu gün Vyetnamda amerika əsgərlərinin insanlığa qarşı cinayətlərindən bir neçəsi barədə sizi məlumatlandıracağıq.
Beynəlxalq ictimaiyyət ABŞ Ordusunun və müttəfiqlərinin mütəmadi cinayətlərindən nadir də olsa xəbər tuturdu. Məsələn 1968-ci ildə Sonqmi kəndində həyata keçirilən kütləvi qətliam barədə 1 il sonra – 1969-cu ildə xəbər yayıldı. Cinayətin şahidi olan fotoqraf Ronald Xeberli bu barədə fotoları dərc etdi.
Müxtəlif məlumatlara görə, həmin vaxt 300-500 dinc sakin qətlə yetirilmişdi. Onların hamısı ölümqabağı işkəncələrə, qadınlar isə təcavüzə məruz qalmışdılar.
Kənddə qurulan memorialda 504 ad qeyd olunub – onların arasında 1-84 yaşlı insanların adları var…
İlk əvvəl Sonqmi işi ilə əlaqədar 80 amerikalının adı çəkilirdi. Onlardan 25-nə ittiham irəli sürülür. Hərbi tribunala isə cəmi 6 nəfər çıxarılır. Uilyam Kellidən başqa onların hamısı bəraət alır. Uilyam Kelli isə 22 nəfəri öldürdüyünə görə (400 nəfərdən artıq qurbanların caniləri bəs?) ömürlük katorqa işlərinə məhkum olunur, lakin bir müddət sonra prezident Nikso nun fərman ilə onun cəzası ev həbsi ilə əvəzlənir, 1974-cü ildə ümumiyyətlə əfv olunur və azadlığa çıxır.
Nyu-York Tayms-da həmin vaxt dərc olunan məqalədə bildirilirdi ki, 101-ci hava desant diviziyasının tərkibində «Tayqer Fors» kəşfiyyat bölməsi 1967-ci ildə əsir əsgər və dinc sakinlərin cəsədlərindən qulaqlarını kəsir və başının dərisini qoparırdı.
«Qadın və uşaqlar yeraltı bunkerlərdə bilərəkdən partladılırdı. Yaşlı kəndilər sahələrdə işləyən zaman güllələnmişdi. Əsirlər işkəncə olunur, sonra isə edam edilirdi – onların qulaqları kəsilir və başlarının dərisi qoparılır, suvenir kimi saxlanılırdı. Əsgərlərdən biri edam olunmuş dinc sakinin qızıl dişini qoparmışdı.»
NBS saytının videoları arasında ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin 1971—ci ildə bununla bağlı bəyanatını tapmaq olar.
«Burda qəddarlığın büğtün növləri var idi və mən demək istəyirəm ki, bu cinayətlərdə əli olan minlərlə digər əsgərlər kimi, bəli, mən də onların bəzilərində iştirak etmişəm. Mən azad atəş zonalarında atışmada iştirak etmişəm… 50 çaplı pulemyotlarla təchiz olunmuşduq və insanlara qarşı istifadə etməyə səlahiyyət verilmişdi.
Mən düşmənlərin axtarışı və məhvi əməliyyatlarında, həmçinin kəndlərin yandırılmasında iştirak edirdim. Bu müharibə qanunlarına və Cenevrə konvensiyalarına zidd idi və bütün bunlar Amerika hökumətinin ən yuxarı instansiyalarının yazılı siyasətinə uyğun həyata keçirilirdi. Və hesab edirəm ki, azad atəş zonalarının fikirləşən insanlar, bizə əmr verənlər, ərazilərin bombalanması barədə susanlar elə müharibə canilərinin özləridir».
ABŞ üçün Vyetnamda ən böyük problem keçilməz cəngəlliklər idi, hansı ki, yerli partizanlar və Şimali Vyetnam Ordusunun əsgərləri rahatlıqla gizlənə bilirdilər. Bu faunın məhv edilməsi üçün kimyəvi zəhərlərdən istifadə olunmağa başlandı. Zəhər gətirildiyi çənlərin rənginə uyğun olaraq «Aqent oranc», əməliyyatın özü isə «Ranch Hand» adını aldı.
NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən



Müharibə ərzində ABŞ Cənubi Vyetnam ərazisinə 44 milyon litri dioksin olmaqla, 72 milyon litr «Agent Orange» defoliantı səpdi. Dioksin su və qida ilə insan orqanizminə düşdükdə müxtəlif ciyər və qan xəstəlikləri, yeni doğulan körpələrdə eybəcərlik (kütləvi şəkildə) və hamiləliyin normal gedişinin pozulmasına gətirirdi. Amerika hərbçilərinin defoliantların istifadəsinə görə müharibədən sonra on minlərlə insan həyatını itirdi. Ümumilikdə bütün Vyetnamda defoliant qurbanlarının sayı 4,8 milyondan artıq idi.
Müəlliflər yazırlar: «Belə görünür ki, dioksinin istifadəsinin effekti belə görünür ki, heç bir zaman bitməyəcək. Artıq 40 ildən artıqdır ki, dioksinin səpilməsi dayanıb, buna baxmayaraq hər il minlərlə uşaq «Agent Oranc»la birbaşa əlaqəli olan ağır zxəstəliklərlə doğulurlar. Hətta həmin dövrlərdə uşaq olanlar və öz üzərində zəhərin təsirini hiss etməyənlər, 30 ildən sonra dünyaya uşaq gətirəndə onun əlil olduğunu görür».
Demək olar ki, bütün manqra meşələri (500 min ha.) məhv edilmiş, 60 faiz (təqribən 1 mln. ha) cəngəllik və 30 faiz (100 min ha.-dan artıq)düzənlik meşələri zərər görmüşdü. 1960-cı ildən etibarən kauçuk plantasiyalarının məhsuldarlığı 75 fatz azaldı. Amerika qoşunları 40-100 faiz arası banan, düyü, şirin kartof, papaya, pomidor sahələrini, 70 faiz kokosplantasiyalarını, 60 faiz heveya, 110 min ha kazuarin plantasiyalarını məhv edib.
Kimyəvi maddələrin istifadəsinə görə Vyetnamın ekoloji balansı ciddi surətdə dəyişdi. Zərə çəkən rayonlarda 150 nböv quşdan cəmi 18 növ qaldı, suda-quruda yaşayanların və həşəratların demək olar ki, hamısı məhv oldu, çaylarda balıqların sayı kəskin azaldı.
Torpağın mikrobioloji tərkibi dəyişdi, bitkilər zəhərləndi. Nəmli tropik meşələrdə kol-ağac növlərinin sayı azaldı: zərərçəkən rayonlarda tək-tük ağac növləri və bir neçə növ tikanlı ot növləri qaoldı, hansı ki, mal-qara yemlik kimi ondan istifadə edə bilmirdi.
Vyetnamda faunanın dəyişməsi ilə Cənub və Cənub Şərqi Asiyada vəba daşıyıcısı olan qara siçovullar, həmçinin təhlükəli xəstəlik yayan gənələr bura toplandı. Dəyişiklik həmçinin ağcaqanadlarda da izsiz ötüşmədi: zərərsiz ağcaqanad endemik əvəzinə malyariya daşıyıcıları olanları gəldi.
NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən



1967-ci ilin may ayının 10-da ABŞ-ın Vyetnamda hərbi cinayətləri tribunasının ilk sessiyası keçirildi:
"Hərbi reydlər sırasında minlərlə dinc sakin öldürülüb və bu məhv etmə mütəmadi, sistematik davam edirdi. Bəzi dəqiq Amerika mənbələrinə istinadla demək olar ki, müharibə başlayandan bəri 250000 uşaq öldürülüb, 750000-i isə yaralanıb və əlil qalıb. Senator Kennedinin 31 oktyabr 1967-ci ilə aid hesabatında ayda 150000 yaralıdan söz açılır. Kəndlər yerlə bir edilib, əkin sahələri məhv edilib, təsərrüfat infrastrukturu dağıdılıb. Bütöv kəndlərin sakinlərlə birlikdə məhvi bavrədə məlumatlar var. Amerikalılar həmçinin azad atəş zonası müəyyənləşdirmişdilər ki, burda hərəkət edən hər bir şey düşmən obyekt kimi qiymətləndirilib. Başqa sözlə, hərbi məqsəd bütün sakinlərdir. Amerika mənbələrinə görə, Vyetnam sakinlərinin 1/3-i öz ev eşiklərindən çıxarılaraq, bu gün «yeni həyat kəndləri» adlanan yaşayış məntəqərinə sürgün edilmişdi. Burada həyat şəraiti isə konsentrasion düşərgə şərtlərinə yaxındır…"
Qeyd edək ki, 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir.


NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən


Nuray Dəniz
Вернуться назад