Главная > yazarlar > Keçmişimi qaytarın

Keçmişimi qaytarın


13-03-2018, 00:47. Разместил: djbaz
Keçmişimi qaytarın


KEÇMİŞİMİ QAYTARIN (real hadisələr əsasında)

1 hissə



Bəzən başa düşürdü ki, gedəcək. Amma nə zaman nə vaxt gedəcəyini bilmirdi. Anası öləndən sonra onun həyatıda dayanmışdı. Artıq hər bir şey gözü önündə dəyərsizləşmişdi. Lakin bütün bunlara baxmayaraq yenə də hər hansısa bir möcüzənin olacağını gözləyirdi. Universitet cavabları çıxacaq və hər şey geridə qalacaqdı Aylin üçün. Sadəcə bir şeydən başqa...
***
Səhər açılmışdı. Hamıdan tez ayılmışdı Aylin. Cavabları öyrənmək üçün tezliklə evdən çıxıb yola düzəlməli idi. Elə yataq otağında paltarlarını geyindiyi zaman bacısı Günayı gördü.
-Sevinirsən?-deyə Günay ironiya ilə soruşdu.
-Hə.
-Tez sevinmə əzizim bəlkə heç daxil olmadın.
Günayın tikanlı sözləri Aylinə toxunsada özünü toplamağa çalışdı. Əynini geyinib evdən çıxaraq yola düzəldi. Günay isə bunu gözləyirmiş kimi atası Mədət kişinin yanına gəldi. Stulda oturub televizora baxan atasına:
-Ümid edirəm bunu edəcəksən?-deyə öz səsi ilə sükutu pozdu.
Mədət kişi gözünü televizorun ekranından çəkmədən:
-Nəyi?-deyə soruşdu.
-Məgər bilmirsən?
-Günay...
-Qulaq as ata, məncə artıq vaxtıdır bu addımı atmağın. Onsuzda o, bizim ailəmizə bir ləkədir. Məncə sən bunu etməlisən və o bu evdən getməlidir.
-Qızım sən axı niyə belə tələsirsən?
-Mən ad-sanımızı fikirləşirəm ata, heç bir şeyə tələsmirəm. Bilirsən necədir, bir məhv olmuş idbar bizim ailədə qala ilməz. Nəinki bizim ailədə, heç nəslimizdə belə qalmamalıdır.-deyə ayağa duran Günay cava belə gözləmədən otağı tərk etdi.
***
Axşam düşmüşdü. Aylin tələbə adını qazandığına sevinmişdi.Tezliklə atasıyla bacısıyla bu xəbəri bölüşmək istəyirdi. Amma hardan biləydi ki, onu evdə hansı böyük sürpriz gözləyir. Bloka gəlib çatdığı zaman dərindən nəfəs alaraq pillələri qalxdı.
Qapıya yaxınlaşıb qapını açdığı zaman dəhlizdəki paltar dolu çemodan gözünə sataşdı. İçəri girib qonaq otağına boylandı. Əmisinin və atasının baxışları ilə toqquşduğu zaman bacısı Günay ayağa qalxıb ona yaxınlaşdı. Aylinsə:
-Ata, mən qəbul oldum.-deyə sevincək bu xəbəri çatdırdı. Amma...

Aydın Ulusoy
Вернуться назад