Главная > yazarlar > Taleyimə nəzər edib

Taleyimə nəzər edib


12-03-2018, 00:57. Разместил: djbaz
Aydin Ulusoy

Taleyimə nəzər edib



Yadımdadır
Taleyimə nəzər edib
için-için ağlayıram
sızlayıram
düşünürəm səhvlərimi
tapmayıram
tapmadıqca odlanıram
öz içimdə danışaraq
öz ruhumu axtarıram
axtarsamda, tapmayıram
gecə-gündüz düşünürəm
gözləyirəm ümid ilə
bəlkə yenə rəhmə gəldi
içimdəki vicdanımda
çətin rəhmə gəlsin daha
içimdəki o vicdanım
bilirəm ki vicdanımı
yox ediblər
od vuraraq kül ediblər
daha çətin saf vicdanım
rəhmə gəlsin
vicdanımın saflığını
kirlədiblər
məhv ediblər.
istəmirəm daha yetər
istəmirəm saf vicdanı
kirlədiblər vicdanımı
toxunmayın
yox ediblər daha onu
Вернуться назад