Главная > yazarlar > ÖLÜM SƏNİ GÖZLƏYİRƏM

ÖLÜM SƏNİ GÖZLƏYİRƏM


4-02-2018, 18:40. Разместил: djbaz
ÖLÜM SƏNİ GÖZLƏYİRƏM

Ölüm səni gözləyirəm nə vaxtdır...
İçimə çəkib dərdi kədəri hər açılan səhər gözlərəm səni.
Ölüm səni gözləyirəm nə vaxtdır...
Gözlərimdə yaş, qarşımda savaş söyləyirəm yavaş yavaş ...
Ölüm səni gözləyirəm nə vaxtdır...
Bəlkə də gələssən ani bir anda, bəlkə də uykuda qonağım oldun, bəlkə xoşbəxt olan bir dəqiqədə qarşıma çıxaraq fərmanın verdin.
Ölüm səni gözləyirəm nə vaxtdır...
Acıların sonu olan bir məkana sakin ollam deyə. Yalanların olmadığı bir məkanı görrəm deyə. Həqiqətin hökm sürdüyü, ədalətin carçısını görrəm deyə.
Ölüm səni gözləyirəm nə vaxtdır...
Mən haqq desəm kəsiləcək dilim mənim bu dünyada, göz yumuram yana-yana. Ağlı kəmlər mənəm-mənəm söyləyəcək düz gözümə baxan zaman. Bəsdir daha pul gücünə adam olur adamlığı olmayanlar. Bəsdir daha pul gücünə xanım olub xanımlığı qanmayamlar. Bəsdir daha kişi olub kişiliy anmayanlar.
Ölüm səni gözləyirəm nə vaxtdır...
Qaçqınlarım, köçgünlərim Vətənində Vətənsizdir. Qız gəlinim əsirlikdə dığalardan nəsil tutur - bəsimizdir. Bəsdir artıq bitsin daha.
Ölüm səni gözləyirəm nə vaxtdır...
Arzuları daşa dönən şəhid yarı görmək çətin. Anaları vaxtsız qara tellərini ağ zülflərə hörməsini görmək çətin. Şəhid adın şəhid dağın çəkmək çətin. Kiçik yaşlı körpələrin atasızlığ acısıyla yanmasına dözmək çətin aman çətin, yaman çətin.
Ölüm səni gözləyirəm nə vaxtdır.
Acılara son qoymağın zamanıdır ver qərarı. Gecə gəlsən, gündüz gəlsən gucağına gəlləm həmən.

Almaz İlahə
Вернуться назад