Главная > yazarlar > İMAM CƏMİLLİNİN POEZİYA DÜNYASINDAN

İMAM CƏMİLLİNİN POEZİYA DÜNYASINDAN


11-11-2017, 09:22. Разместил: djbaz
İMAM CƏMİLLİNİN POEZİYA DÜNYASINDAN
Verdiyev İmamverdi Səməd oğlu 25 avqust 1954-cü ildə Azərbaycan respubulkasının Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olmuşdur.1961-ci ildə Cəmilli Kənd dörd illik məktəbinin birinci sinifinə daxil olmuşam. 1965-ci ildə dördüncü sinifi bitirərək. Seyidlər kənd orta məktəbinin beşinci sinifinə daxil olmuşam. 1970-ci ildə Seyidlər kənd orta məktəbinin səkkizinci sinifini bitirmişdir.1970-ci ildə Ermənstan respublikası Basarkeçər rayonunda Texniki peşə məktəbinin “Traktorculuq” fakultəsinə daxil olmuş və həmin fakultəni 1971 ci ildə bitirərək, 1973-cü ildə isə Ermənistan respubulkasının Basarkecər rayon Zod kənd orta məktəbinin onuncu sinifini bitirmişdir.
1973-cü ildə Kəlbəcər rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə göndərilmiş.Hərbi qulluğum zamanı 1974-cü ildə hərbi əmri yerinə yetirən zaman yaralanmış Lelinqrad şəhərində 442 nömrəli hərbi hospitalda beş ay müalicə olduqdan sonra xidmətə yararsız olduğu üçün əlillik dərəcəsi verilmişdir.
1976-cı ildə keçmiş Kirovabad adlanan (İndiki Gəncə) şəhərındə Kirovabad Poltexnik texnikomunun “Elektrikləşmə” fakultəsinə daxil olmuşam və 1979-cu ildə həmin fakultəni bitirərək “ texnik elektirik” ixtisasına yiyələnmişdir.1979-cu ildən subartizan quyuları təmir–tikinti idarəsində elektrik montyoru vəzifəsinə başlamış az kecmədən iş ustası, iş icrası vəzifələrində işləmişdir.1981-ci ildən Krovabad Texnalogiya İnstutuna “Standartlaşma toxucu maşınların mexanikası” fakultəsinə daxil olmuş. Həmin instutu 1985-ci ildə bitirərək Mühəndis texnaloq peşəsinə yiyələnmişdir.1983-cü ildən Goranboyda “Əli Nəzmi” ədəbi birliyin üzvü və 1985-ci ildə həmin birliyin məhsul katibi ictimai vəzifəsini bu günə kimi daşımaqdadır. 1985-ci ildən Goranboy rayon mədənyət şöbəsində təsərüfat işləri üzrə drektot müavini kimi faliyətə başlayaraq həmin şöbədə şöbədə aktyorluq peşəsi ilə də məşğul olmuşdur. O,. Işlədiyi müddət ərzində bir necə tamaşalarda baş və müxtəlif rollar ifa etmişdir Ümumittifaq festifal yarışında “Qatır Məməd” tamaşası ilə birinci yer tutaraq lauryat medalı ilə təltif olunmuşdur..Goranboy rayon mədənyyət şöbəsinin 20 nəfərdən ibarət özfaliyət qrupunun tərkibində 1988-ci ildə Bolqaryada böyük konsertlərdə aparıcı kimi iştirak etmiş.1988-ci ildən Goranboy rayon 15 nömrəli səyyar dəstədə iş icraçısı vəzifəsində calışmışdır. 1991-ci ildə Goranboy rayon özünü müdafiə batalyonunda siravi döyüşçü kimi iştirak edərək 1992-ci ildı Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq ll-ci qrup Qarabağ müharbəsi əlili olur.1983-cü ildən mübariz qəzetinidə müxbir, 2:2 qəzetində müxbir, Rəy qəzetinin xüsusi müxbiri,hal hazırda “Dövlət Naminə” qəzetinin Baş redaktoru, 2011-ci ildə “Qızıl qələm” medya mükafatına laiq görülmüşdür.25- dən artıq almanax kitablarında və Azərbaycan, Ulduz, Pirisultan,Ulu gəncə və Gəncə qapısı jurnallarında şeri və hekayələri çap olunmuş 6 kitabda publisis yazıları və s... Bir çox kitab və jurnallarda çap yazıları dərc olunmuşdur.
İndiyə qədər çap olunmuş kitabların siyahası.
1. BİÇİLMƏMİŞ ZƏMİN OLDUM( ŞEİRLƏR)B. “SƏDA” 1996-cı il.
2. HARAYLAYIR İSTİSUYUM (ŞEİRLƏR)B.” SƏDA” 1997-ci il.
3. HƏSRƏTİMƏ BOYLANIRAM (ŞERLƏR VƏ POEMALAR) B.” SƏDA” 1997-ci il.
4. “KƏLBƏCƏR HƏSRƏTİ” B. “QEYRƏT” 2005-ci il.
5. QƏLBİMDƏ BOY ATMIŞ ÇİÇƏK OL, ÇİÇƏK (ŞEİRLƏR) B.”E.L” M.MC-2009-cu il.
6. ANA FƏRYADINI EŞİTMİR DÜNYA (POEMALAR)B.”E.L.”M.M.C 2011-ci il.
7. MƏNİM OLSAYDIN (ŞEİRLƏR) B. “E. L.” M.M. C.2012-ci il.
8. “TƏBRİZ HƏSRƏTLİ”(ŞERLƏR,PUBLİSİSKA SƏNƏDLİ POVEST) “E.L.” M.M.C.2013-cü il.
9. DAŞ ALTINDA MƏKTUB(ŞERLƏR, POEMALAR VƏ HEKAYƏLƏR)B.” E.L.” M.M.C 2014-cü il
10. SEVGİMİN ŞAHİDİ(HEKAYƏLƏR XATİRƏL)B.” ELİM VƏ TƏHSİL” 2016-cı il.
11. Bu yaxın günlərfə isə şairin DƏRDİMİ AXTARIRAM adlı kitabı işıq üzü görəcəkdir.

İmam Cəmillinin poeziya dünyasından bir neçə şerləri oxucularımızın nəzərinə çatdırırıq.

Qadan alım
Məni gəncliyimə dolandıran qız,
Könlümü əmanət al, qadan alım.
Müqəddəs saydığım and yerim oldun,
Həmişə zirvədə qal, qadan alım.
Necə də təbii yaranmısan sən,
Dağların mehiylə daranmısan sən.
Güləşin nuruna boyanmısan sən,
Gəl üstümə işıq sal, qadan alım.
Daim öz istəklin bil Cəmillini,
Yanma, aparsa gur sel Cəmillini.
Yaddaşa yazacaq el Cəmillini,
Sadə ürəyimə dol, qadan alım.

BAĞIŞLAMIŞAM
Çiçəklərdən həliz, güllərdən həliz,
Bütün varlığımdan, canımdan əziz.
Bulaq suları tək, billur, pak, təmiz,
Sənə bir məhəbbət bağışlamışam.
Şairin dilindən nələr süzülür,
Əzalarım eşq yolunda üzülür.
Bənzəri olmayan gövhər, inci, dür,
Sənə bir məhəbbət bağışlamışam.
Abırlı, həyalı, nurlu, ismətli,
Ellər arasında xətir-hörmətli.
Həyatımın qiymətindən qiymətli,
Sənə bir məhəbbət bağışlamışam.
Kövrəlmişəm, üzülmüşəm solaraq,
Eşqin üçün bulud kimi dolaraq.
Əhdi-peymanıma sadiq qalaraq,
Sənə bir məhəbbət bağışlamışam.
Xain, xəbis, şeytan, nadan dəyməsin,
Görənlər İmama əhsən söyləsin.
Məcnun da eşqinə qibtə eyləsin,
Sənə bir məhəbbət bağışlamışam.


MƏNİM OLSAYDIN
İnamımı yaşamaqdan kəsməzdim,
Taleyimdən inciməzdim, küsməzdim.
İlham pərim dinclik tapıb susmazdı,
Mənə qismət olub, mənim olsaydın.
Bir sində dayanıb dura bilərdim,
Bütün rəqiblərimi yora bilərdim.
Min ömrü gənc başa vura bilərdim,
Mənə qismət olub, mənim olsaydın.

Sevinc kədərimi ayaqlayardı,
Bütün duyğularmı şən saxlayardı.
Məhəbbət qəlbimi qılıxlayardı,
Mənə qismət olub, mənim olsaydın.

Nə dərdim olardı, nə qüssə, qəmim,
Əlimdə olardı ömürlük çəmim.
Bardan üzülməzdi bağ-bağçam, zəmim,
Mənə qismət olub, mənim olsaydın.


Dizimin taqəti heç azalmazdı,
Əkdiyim güllərin rəngi solmazdı.
Vallah, bu dünyada arzum qalmazdı,
Mənə qismət olub, mənim olsaydın.

Qalmazdı canımda sevgi sazağı,
Sağalar sinəmdə məhəbbət dağı.
Qismətim olardı sevgi qucağı,
Mənə qismət olub, mənim olsaydın.

Lazımım olmazdı dünyanın varı,
Heç də danlamazdım əhdi-ilqarı…
Ömrü şirin başa vurardım barı,
Mənə qismət olub, mənim olsaydın

Səndən alıram
Kəhər, köhlənimi yəhərləmişəm,
Bir dəli sevdanı mindirmək ücün.
Bir başa çapacam düz ünvanına,
Həsrəti zirvədən endirmək ücün.

Özümə təsəlli səndən alıram,
Bizi qürbət əsir edib bəndinə.
Sən olan tərəfə hey boylanıram,
Eşqin yaman salıb öz kəməndinə.


Hacan yada düşsən yaş boğur məni,
Ürəyim bürüşür acı alma tək.
Tək qoydun meydanda çəkdin əlini,
Dondu sal buz kimi qəlbimdə istək

Вернуться назад