Главная > yazarlar > Duyğuların səsli ifadəsi səssiz kağızlar-Fəridə Söhrabqızı yazır

Duyğuların səsli ifadəsi səssiz kağızlar-Fəridə Söhrabqızı yazır


4-11-2017, 10:18. Разместил: djbaz
Duyğuların səsli ifadəsi səssiz kağızlar-Fəridə Söhrabqızı yazır
Ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir insan həmçinin onu öz duyğuları ilə qələmə də alır.

Cəmiyyət formalaşandan, insan yaranandan hislər,duyğular da yaranmışdır.Duyqusal həyatımızı ağılla idarə etməliyik ki, düşüncələrimizi və məqsədlərimizi həyata keçirə bilək. Qərarlarımız və hərəkətlərimiz çox zaman duyğuların basqısına məruz qaldığı üçün gerçəkləşdirə bilmirik. Ürəyin özünü necə hiss etməsi duyğuların yaxşı və pis olmasından asılıdır. Düşüncələrimizdə sonsuz bir zaman sahib ola bilərik amma duyğularımızda isə bu sonsuzluq artıq bitir.

Hər birimizin səsli və ya səssiz duyğularımız mütləq vardır. Kimimiz səsli, kimimiz içində saxlayaraq, kimimiz isə bir parça ağ kağıza bu duyğuları yansıta bilirik. İnsanlar duyğularını daha yaxşı tanıdıqları üçün həyatın ən önəmli qərarlarını da məhz bunun üzərindən verirlər.

Hisslər və duyğular şəxsi xarakter daşıyır o, şəxsin bilik və təcrübəsindən,fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü vəziyyətdən asılı olur. Duyğular bizim kim olduğumuzu tanıdar, düşüncələr isə bizim nə etdiyimizi göstərər.

Ağlımıza gələn fikriləri düşüncələrimiz ilə tənzimləyir sonra duyğularla ifadə edirik. Duyğuların səsli ifadəsi səssiz kağızlar: Bəli sadə 5 sözdən ibarət cümlə amma içində olan duyğular isə ifadəsizdir.

Sevinmək, sevmək, kədərlənmək, qorxmaq,üzülmək,heyrətlənmək,utanmaq və sairə bunlar duyğulaımızın gözlə görünməyən amma qələm ilə yazıla bilən duyğu ünsürlərimizdir.Duyğular ölməzliyi ilə var olan hislərdir. Hər bir insanın əbədi ruhunda yaşayır. Fikirlər, duyğular, düşüncələr ifadə olunmaq üçün yaradılmışdır.

Bu bir həqiqətdir ki, düşüncələrimizi qələmə alarkən qarşımızda ağ kağız , göy qələm və səssiz duyğular olur. Kağız və qələmə toxuna bildiyin halda duyğularına isə toxuna bilmirsən. O, sənə toxunur, sənin var olduğunu sübut edir. Adi bir kağız parçası , sadə bir qələm indi nələr yazacaq. Sən yazdıqca kağız səni dinləyir, sənin yazdıqlarını istəsə də, istəməsə də qəbul edir. Düşünürük ki, ağ ,boş bir kağız parçası bizə nə faydası ola bilər? Onu deyim ki, duyğularını səsli ifadə etmiyənlər hər zaman kağıza müraciət edirlər . Beleliklə düşüncə və duyğulardan ibarət olan kağızlar bir möhtəşəm kitab halına gəlir. Bu kitab da insanın səssiz duyğularını səsli şəkildə insanlara çatdırır.

İfadə olunmayan duyğular var.Hansı ki, yorulduğun,üzüldüyün, sevindiyin zaman onu ifadə edə bilmirsən. Və o zaman sənin köməyinə qələm və kağız gəlir. İçindən gəldiyi kimi kağızla söhbət edirmiş kimi duyğularını qələmə alırsan. Beləliklə bir daha kağızın dəyərini anlayırsan çarəsiz olduğun zaman ən yaxınında bir kağız bir də qələm olur. Bax budur səssiz duyğuların səsli ifadəsi.

Fəridə Söhrabqızı
Вернуться назад