» » “Kitabsız bir ömrün nə mənası var...”

“Kitabsız bir ömrün nə mənası var...”

“Kitabsız bir ömrün nə mənası var...” “Bu dünyanın hər sirrini, Bizə deyir bu kitablar, Ömrümüzün yollarına, Nur çiləyir bu kitablar.” Şairin misralarında həyatımızın bəzəyi, mənəvi sərvətimiz, mədəniyyətimiz, inkişafımız kimi ehtiva olunan kitablar zaman-zaman qorunub, saxlanılıb,ardıcıllar tərəfindən inkişaf etdirilərək həmişə müqəddəs sayılıb. Etiraf etmək lazımdır ki, insan oğlu məhz öz biliyini artırmaq, mövqe, nüfuz sahibi olmaq üçün yalnız kitablar vasitəsilə kamilləşir, yüksək mənəvi, elmi nailiyyətlərə nail olur. Mənəvi aclığımıza toxluq gətirən, ömür yolumuza sonacan nur saçan belə bir müqəddəs ocaq-kitabxana bu gün Cəlilabad rayonunun Alar kəndində əsaslı təmir və yenidən qurmadan sonra oxucuların istifadəsinə verilib. Tədbirdə Mədəniyyət və Turizm nazirliyinin, rayon icra hakimiyyətinin, kənd ictimaiyyətinin nümayəndələri, Ombudsman aparatının Cənub regionu üzrə nümayəndəliyinin rəhbəri və digər vəzifəli şəxslər iştirak ediblər. Açılışda giriş sözü deyən Cəlilabad Rayon Mədəniyyət və Turizim şöbəsinin müdiri Rəşad Salmanov kitabxana işçilərini və oxucuları təbrik edib. Mərasimdə çıxış edən Cəlilabad rayon icra hakimiyyətinin nümayəndəsi, Obudusman aparatının regional nümayəndəliyinin rəhbəri və kənd sakinləri ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, eləcə də ölkəmizin birinci xanımına öz dərin minnətdarlıqlarını çatdırıblar. Sonra Kitabxana filialı mərasimin rəmzi sayılan lentin kəsilməsi ilə oxuculara təhvil verilərək, az yaşlıların ifasında konsert proqramı ilə davam edib.
Rəhman Məlik
“Kitabsız bir ömrün nə mənası var...”
“Kitabsız bir ömrün nə mənası var...”
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930