» » SÖZÜNÜN QÜVVƏSİ İLƏ DÜŞÜNDÜRMƏYİ BACARAN QƏLƏM SAHİBİ

SÖZÜNÜN QÜVVƏSİ İLƏ DÜŞÜNDÜRMƏYİ BACARAN QƏLƏM SAHİBİ

SÖZÜNÜN  QÜVVƏSİ  İLƏ DÜŞÜNDÜRMƏYİ  BACARAN QƏLƏM SAHİBİ İllər ötəcək . Bəlkə də bir zaman bizlərin yaddaşında unudula biləcək kiçik gördüyümüz anlar tarixin yaddaşına həkk olacaq və unudulmayacaq. Ancaq bir zaman qəlbimizi riqqətə gətirən, bizi ağladan, bizi güldürən yazıb -yaratdığımız ömür salnaməmizdən gördüklərimiz, yaşadıqlarımızı xatırladıqca həmişə mütəəssir olacağıq. Bəzən də, qəlbimizin güşəsində bir sızıltı keçəcək.
Bu gün sizlərə söz açacağım şairə çox şaxəli yaradıcılığını əks etdirən, gəraylı, qoşma , qəzəl, təcnis, bəhri təvil və s. Janırlarda yazdığı əsərləri ilə oxucu kütləsi qazanmış, ana yurda, doğma ocağa, el- obaya saf məhəbbətin tərənnümünə həsr olunmuş şeirləri ilə, Azərbaycan ədəbiyyatında öz dəsti xətti ilə tanınmış bir çox şairlərin adları sırasında Abidova Təranə də dayanmışdır. Təranə xanımın qələmə adığı əsərləri həyəcansız oxumaq olmur. Gənclik illərindən, yaradıcılığının ilk addımlarından bu günə kimi xatirələrdə və yaddaşlarda qalacaq “söz” ilə hər kəsin diqqət mərkəzində olmuşdur. Qəm selindən yana-yana qələmə aldığı misraları ilə, həm tənqid, həm qınaq, həmdə sevgi nəvazişini oxucularına çatdırmağı bacarmışdır. O, dediyi sözün qüvvəsi ilə insanları düşündürməyi bacaran bir qələm sahibidir. Onun həyat və yardıcılığı ilə oxucularımızı tanış edirik.
Abidova Təranə Nazim qızı ( Təranə Şəms)1958-ci ildə Şəki Şəhərində anadan olmuşdur. 2008-ci ildən bu günə qədər mətbuat və ədəbi aləmdə məqalələri və şeirləri ilə çıxış edir. " Sevdalıyam bu həyata" və "Tənha Adayam " kitablarının müəllifidir və bu gün də Təranə Şəms mətbuat və ədəbi aləmdə öz sözünü deyir.
Almaz İlahə
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930