» » SƏN İNSANLIĞIN MEYARI İDİN DOSTUM....

SƏN İNSANLIĞIN MEYARI İDİN DOSTUM....

SƏN İNSANLIĞIN MEYARI İDİN DOSTUM....SABİR bu gün artıq 3 gündür ki, haqq dünyandasan.Sənin sevildiyini bilirdim,amma etiraf edim ki, bu dərəcədə məhəbbət qazandığını gözləmirdim. Sənin dünyanı dəyişmə xəbərini dostumuz Mahirə xanımdan eşitdikdən sonra qəlbimdən süzülüb axan misraları düzdüm yan-yana. Yazdığım mövzunu səni sevən, dəyər verən hər kəs paylaşdı. Əməkdaşımız Samin Tağıyev sənin rəsmlərindən bir video rolik hazırladı, onu da sosial şəbəkədə paylaşdıq, amma qəlbim sakitlik tapmadı ki, tapmadı. Dostlarınla söhbət edirəm, sənə qardaş deyə ağlayanların hər biri səni vətənpərvər millətini sevən əsl Azərbaycanlı vətəndaşı olduğundan söz açır. Amma bir çoxuna da ölümündən söz açmısan məs mənə olduğu kimi. Deyirlər insana haq dünyasına gedəcəyi agah olur. Sən gedəcəyini bilirdinmi? Nədən axı, kiminə ifa edəcək mahnıların sözlərini tapşırmısan, kimisinə nə ləqəb daşıyacağını söyləmisən. Sən gedəcəyinə bu qədər əminmiydin? Yoxsa ki, ölüm səni qəfildən yaxaladı. Nə düşündün o an qəlbindən nələr keçdi, kimlər keçdi?
Həmişə kaş ki, mən də vətən yolunda şəhid olum deyirdin, şəhidlik zirvəsini istəyirdin o an şəhidmi olmaq istədin?
Ananı, atanı çox sevirdin o zaman onlarımı arzuladın?
Bir zamanlar iki mələyə bənzər gül qönçəsi qızların, sən qanı qara olanda, gəlib boyunların bükərək sənə baxmaqlarından söz açmışdın mənə .Onlarımı qoynuna alaraq axrıncı dəfə qoxlamaqmı istədin?
Sənin xoş günündə, bəd günündə yanında olan sevincinə sevinc qatan övladlarının anasını, yarını, qəlbinin dərinliyində sevgisini daşıdığınımı görmək istədin?
Sən dostlarına can dostlarım deyirdin, kim yanında oldu o an, kimə son sözünü dedin? Kimə nə tapşırdın bilmirəm. Bildiyim bir şey var sən könüllü gedə bilməzdin, əmrə tabe oldun Allahını çox sevirdin, çox imanlı idin. Onun çağırışın bilərkən yer üzündəki sevgilərdən vaz keçdin, sən Allahın görüşünə tələsdin.
Sabir sənin haqqında şeirlər yazıldı, bayatılar yazıldı. Hər kəs səni tanıdığı, bildiyi kimi vəsf etdi. İnan ki, heç kim səndən yazmaqdan yorulmadı. Mən, səni sevənlər heç kim ölümünlə barışmır, barışada bilmirlər. Səni qara torpağa yaraşdırmırlar. Sənə ölüm yaraşmırdı Sabir, sən nədən yaraşdın ölüm adına.
O qara torpağa gah nifrət edirəm, gah da məhəbbətlə yanaşıram.Özümü o qara torpağın yerində görmək istəyirəm.O çopuq ayaqlar altında əzilən, əyilən torpağa həsəd çəkirəm. Bir zamanlar qara torpaqdan yazmışdım İlahə mələyimi qucağına alan torpağın yerində olmaq istədiyimi yazarkən məni sakitləşdirərək demişdin. O tək sənin övladın deyil bizimdə balamızdı, hətta əlamətdar günlərində məzar daşın telefonuna yerləşdirmişdin.Mən lazım deyil demişdim dedikdə isə demişdin:" Dost nə gündə gərəkdi, mən olmasam mənim şəklimi telefonuna qoymazsanmı"?İndi bu kəlmən məni elə yandırır ki Sabir. Sən əsl insani keyfiyyətləri özündə cəmləşdirən gözəl dost, qardaş, sirdaş idin. Hər kəsə yanaşmanı bilirdin. Sən insanlığın meyyarı idin dostum.
Məkanın cənnət olsun, ruhun şad olsun. Səni yuxularında görmək istəyən dostlarının olduğunu unutma get onlara təskinlik ver. Başlarına sığal çək, gözlərinin yaşını sil. Mən o dünyaya inanıram, İlahəm röyalarıma gələrək məni inandırdı. İndi növbə sənindir röyalarda sevdir cənnətini yer üzündə səni sevənlərinə
ALMAZ İLAHƏ
SƏN İNSANLIĞIN MEYARI İDİN DOSTUM....
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031