» » İLK ANALIQ EŞQİNİ, ÖVLAD HƏSRƏTİNİ YAŞADANIM...

İLK ANALIQ EŞQİNİ, ÖVLAD HƏSRƏTİNİ YAŞADANIM...

İLK ANALIQ EŞQİNİ, ÖVLAD HƏSRƏTİNİ YAŞADANIM...
İLK ANALIQ EŞQİNİ, ÖVLAD HƏSRƏTİNİ YAŞADANIM...Bu mənim ən şad günümdən olan rəsmimdi qızım. Bacının balasının 1 yaşı oldu. Çox xoşbəxt idim, baxmayaraq bu hissi tam unutmuşdum xoşbəxtlik necə olur, necə duyğufur unutmuşam. Həmişə olduğu kimi həm xoşbəxt, həm bədbəxt. 8 ildən sonra ilk dəfə Allahım mənə mart ayında sevmək üçün balaca Tofiqi verdi 19.03.2015 ailəmizin yeni bir üzvü ilk nəvəmiz dünyaya göz açdı.Bacınınsa ilk övlad sevincin yaşadı,analıq məhəbnətini daddı. Artıq bir il keçdi ad günün qeyd etdik. Sağolsun doğmalar, dostlar hər kəs iştirak etdi. Gah doldum, gah boşaldım bulud kimi. İçimi yandıran atəşi söndürə bilmədim. Məni ən çox kövrəldən bilirsənmi nə idi? Bacın da mənim kimi tez-tez kövrəlirdi. Məndən fərqli olaraq o ağlayırdı. Heç bir atalı qızdan əskik deyildi nə məclisi nə də hədiyyələri. Hər kəs başına fırlanmasına baxmayaraq o, yenədə kövrəlirdi. Ona həmişə olduğu kimi əzilməyən əyən, dərdə dözən,xoşbəxt görünməyə çalışsamda demək ki, belə dolduğum məqamlar da olub. Nisə hamısını yaddaşa çəkib. Amma mən sevdiklərimə söz vermişdim kədərə son verirəm,artıq höz yaşları olmayacaq, kədərdən gen duracam.Sənin dərdini isə ürəyimdə daşıyacaqdım. Amma hər kəs gördüyü kimi olmur qızım olmur... Sənsiz olmur... Bu gecə səni ağlamamaq üçün dostlarımı aradım heç kimi tapmadım nədən görəsən? Bayram səyahətləri vardı. bəlkədə belə yaxşı oldu, özümlə birgə onlarda kövrələcəkdim. Səni dünyalar qədər sevirəm, sən mənim dünyamsan qızım. Heç kəsin əli çatmadığı, içimdə daşıdığım, gözlərimdə gəzdirdiyim İlahəm.
Mənim ilk eşqim, ilk nübarım, ilk sevincim, ilk kədərim, ilk dərdim, ilk yanğım, ilkim ilk analıq eşqini ,övlad həsrətini yaşadanım. Sənə qovuşan günə kimi gözlərim səni arayacaq gül üzlüm. Mən heç sənsiz olmuram ki, gül üzlüm. Allah məkanını cənnət etsin mələyim. Sən Səni məndən çox sevənin yanındasan mən buna sevinməliyəm. Amma ana qəlbidir. İnşallah Allah məni bağışlar axı o Rəhimlidir.
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30