» » NAKAM SEVGİ HEKAYƏSİ

NAKAM SEVGİ HEKAYƏSİ

NAKAM SEVGİ HEKAYƏSİ Həyatda insanın taleyinə təsir edə bilən hadisələr içərisində onu hiss və duyğuları ilə bağlı olanları daha çox qəlbində silinməz iz buraxır. Yaddaşından uzun müddət silinmir və bu hisslərin ən başlıcası – məhəbbətdir. Mənim taleyimdə bu gün də böyük kədər və təəssüf hissi ilə xatırladığım sevgi dolu anlarım olub bu sevgi hekayətininbaşlamasının isə öz tarixçəsi var bir gün dostumun işlədiyi İnustuta getmişdim, işdən çıxmasına yarım saat vaxt qalmışdı onu gözləmək üçün münasib yeri kitabxana bildim. Ora getdim ,bir kitab sifariş verdim. Kitabxanaçı qızın 20 yaşı olardı. Sarışın ,ortaboylu, gülərüz bir xanım idi. Mənə məsləhət gördü ki, kataloqdan axtarım. Elə ilk baxişdan ona vuruldum mən. Kataloqu axtara- axtara ara-bir ona baxırdım, deyəsən o, özü də bunu hiss etmişdi. Hərdən mən ona baxanda oda gülümsəyirdi. Mən çox ləngiməli oldum o, mənim çətinlik çəkdiyimi zənn edib mənim yanıma gəldi. Axtardığım müəllifi tapmaqda mənə köməklik göstərirdi. Onun saçları mənim üzümə dəyirdi mən qeyri –ixtiyari olaraq onun saçlarını oxşadım o, tələsik məndən uzaqlaşdı.Mən sanki böyük bir qəbahət etdiyimi düşündüm. Yerimdən qalxıb qapıya tərəf addımladım, başımı qalldırmadan "bağışlayın" dedim .Həmin gün baş verən bu hadisə barədə dostumla görüşəndə ona heç nə demədim, amma mən o qızı sevməyə başlayırdım. Mənim xəyalımdan belə çıxmırdı. İki gündən sonra İnustuta getdim məqsədim kitabxanaya getmək və onu görmək idi. Mən onunla necə qarşılaşacağımı belə düşünürdüm. Bütün bunları fikirləşə -fikirləşə kitabxananın qapısına necə çatdığımı bilmədim. Ayaqlarımı içəri addım atmağa cəsarət edə bilmirdim.Qapının qarşısında dayanmışdım, bəlkə də bu qədər tərəddüddən sonra fikrimdən daşınıb geri qayıdacaqdım onunla qarşılaşmasaydım. Əlində bir kitab otaqdan çıxdı və məni görüb duruxdu. Mən başımı aşağı salmışdım, amma onu da görmək istəyirdim. Axı mən bura elə onu görməyə gəlmişdim.O, mənə salam verdi, "keçin zala gəlirəm" -dedi .Mən bu sözlərin onun dediyinə sanki inanmadım, hələ də yerimdə donub qalmışdım. "Hə nə gözləyirsiniz keçin də"- dedi. Mən zala daxil olub bir oturacaqda əyləşdim, bir azdan o, da gəldi mənə yaxınlaşıb hal- əhval tutdu. İnustuta niyə gəldiyimlə maraqlandı, sanki mənim o gün ki, səhv hərəkətim olmamışdı. Bu barədə heç danışmadı da, dedim ki: "əvvəl dostuma, indi sizə görə gəlmişəm" gülümsündü, "mən niyə"? - dedi.Dedim ki, xoşuma gəlmisiz ,ona görə xəfifcə güldü, heç nə demədən durub getdi. Mən bir az gözlədim və bir neçə dəqiqədən sonra mənim yanıma qayıtdı "işdən çıxanda məni gözlə" dedi! Mən bu sözləri eşidəndə sanki özgə bir dünyaya düşdüyümü zənn etdim. Biz onunla görüşəcəkdik, Onun iş vaxtını sona çatmasını səbirsizliklə gözlədim və nəhayət o, gəldi. Biz İnustutun həyətində ki, oturacaqda əyləşdik və bir birimizlə ətraflı tanış olduq. O gündən sonra onunla tez-tez görüşürdük. Bir gün isə o, görüş yerinə gəlmədi və mən çox narahat oldum.Telefon nömrəsinə zəng etdim, bağlı idi,əlaqə saxlaya bilmədim. Həmin gün onu xeyli gözlədim. Ertəsi gün kitabxanaya getdim və orda başqa bir qızın işlədiyini gördüm.Mənim adımı soruşdu, adımı dedim.Mənə bir bağlı zərf verdi "sizə" çatacaq dedi! Doğrusu bu vəziyyəti o qədər də anlamadım.Ancaq tələsik məktubu açdım və sətirləri oxuduqca sankivdünya başıma fırlanırdı.Məktubda yazılan cümlələr "bizim xöşbəxtliyimiz mümkün deyil, mən sağalmaz xəstəliyə tutulmuşam, Almaniyaya əməliyyata gedirəm. Əgər mənim əməliyyatım uğursuz olsa məni gözləmə, həyatını yaşa, ailə qur, sənə xoşbəxtlik arzulayıram."! Mənim əllərim əsirdi məktubu oxuduqca,birdən özümdən getmişəm.Gözlərimi açanda özümü bir boş otaqda gördüm, dostum da burada idi. Hər kəs mənə təskinlik verirdi, sanki mən kar olmuşdum heç bir sözü eşitmirdim. Bu an ancaq onu görmək istəyirdim. Bunun mumkünsüz olduğunu bildiyimə görə içimdə bir haray qopmuşdu .Həmin gün özümə gələ bilmədim, sonralar eşitdim ki, Almaniyadan İsrailə aparıblar. Bu gün də mən onun həsrəti ilə yaşayıram.Hərdən onula bağlı xatirələrimə qayıdıram və onunla keçirdiyim günləri,xoş anıları yada saldıqca qəhərlənirəm. Həyat necədə amansız imiş.Bütün sevənlərə vüsal nəsib etmir.Məndə bu vüsalın həsrəti ilə indi də yana –yana ömrümü yaşayıram.O mənimlə olmasa da mən onu unutmadım,hər zaman mənim qəlbimdədir.Hər zaman .......

Nicat Ülfətoğlu
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930