» » QARA DAŞA YALVARAN ANA

QARA DAŞA YALVARAN ANA

QARA DAŞA YALVARAN ANABaxma mənə elə baxma,
Yandırıb ürəyimi yaxma,
belə yaxma.
Çək gözünü gözümdən,
Cavab ver sualıma.
Evin, məkanın necə?
Necə yatırsan necə?
Heç yanıma gəlirsən?
Evində dincəlirsən?
Sənin üçün darıxanda,
bəzən çox kövrələndə.
De məndən küsürmüsən?
Bilmirəm ki, mən necə
Yaşayım ki, xoş olsun
Sənin dünyan sevinsin.
De, yol göstər mələyim,
Axı sənsiz neyləyim?
Sənsiz olan dünyada
Gah gülürəm yalandan,
Dona girirəm hərdən.
Gah xoşbəxt görünürəm,
Bədbəxt olan obrazda.
Gah gülüş saçan Almaz
Ağlayır dayanmadan.
Ətrin gəlir burnuma,
Atıram qüruruda.
Mələyirəm quzu tək.
Anasına gözləyən
körpə uşaq tək inan.
Yanır bağrımın başı,
Axır gözümün yaşı.
Axı səngimir dərdim
9 il az deyil ki, nə azalır
o ağrı,
Nə sakitlik tapıram mən.
Mən hər kəsə İlahəm,
Adını göstərirəm.
Nə işim vardı mənim
FB səifəsində
Səni görsünlər deyə
Olmuşam mən divanə.
Hər yazımın sonunda
Oxusunlar dostlarım yenə
Almaz İLAHƏ!!!
Budur mənim amalım!
Yaşasın adın deyə,
Ölürəm mən hər gecə.
Rəsmlərə birisi yazanda ki,
gözəlsiz,
Dünyam geyir qap-qara.
Bilmirlər ki, gözəllik
İlahəmlə gedibdir.
Gözəllik məlakəsin
həyata bəxş eyləyən
Almaz artıq bir heçdi.
Görmürlərmi bu baxış,
Axıdır onsuz yaşı.
Görmürlərmi şad günüm
Onsuz keçir gör necə?
Yalan təbəssüm ilə.
Gah gülüş, gah göz yaşı
Sevgisi bayağıdı.
Aldadaraq özümü
Axtarıram dözümü.
Sarılıram mən həmən
mənə anam deyənə,
Mənə bacım deyənə,
Yalandan can deyənə.
Ovutmaq istəyirəm
Sənsizliyin dərdini.
Hər şirin bir kəlmədə
Olmur yenə de niyə?
Dərmanlarla yaşayan
Bir əfsanə, nağılam
Nə yerdəyəm, nə göydə
Nə ölü nə diriyəm.
İnan kiməm bilmirəm.
Nə yerdən vaz keçirəm.
Nə göydən vaz keçirəm.
Nə bura sevgim çatır.
Nə ora sevgim yetir.
Budur mənim həyatım
İndi söylə İLAHƏM
bu ağrı, bu acıyla
Mən yaşayım?
Mən necə?

Almaz Əhmədova
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031