» » SƏN QƏLBLƏRDƏ YAŞAYACAQSAN ŞƏHİDİM

SƏN QƏLBLƏRDƏ YAŞAYACAQSAN ŞƏHİDİM

SƏN  QƏLBLƏRDƏ YAŞAYACAQSAN ŞƏHİDİM
SƏN  QƏLBLƏRDƏ YAŞAYACAQSAN ŞƏHİDİM
SƏN  QƏLBLƏRDƏ YAŞAYACAQSAN ŞƏHİDİM
SƏN  QƏLBLƏRDƏ YAŞAYACAQSAN ŞƏHİDİMAlın yazısı bir çoxunun inanmadığı alın yazısı. Rəşidi də məs hərbiyə alın yazısı çəkib apardı. Bir gün vətən uğrunda şəhid olacağını bilirmiş kimi ailə həyatıda qurmamışdı. Amma övlad acısından yanan valideyinlər yalnız bunu deyər, kaş bir yadigarı qalardı balamın, övladımın ətrini ondan alardım. Kaş, yarı olardı göz bəbəyim kimi baxardım. Kaş, sevdiyini tanıyaydım vaxtında əzizləyib evimə gətirə bilmədiyim gəlinimin boyun sevəydim, oğlum Rəşidin gözüylə baxardım ona. Bu kaşkələr insanı yaşamağa qoymur. Hey götür-qoy edirsən, sağ olsaydı nələr edərdim deyirsən. Amma artıq çox gec gedən geri qayıtmır. Əbədiyyətə biz valideyinlərdən tez gedən övladlarımıza qovuşmaq üçün yalnız Allah verdiyi ömrü sürmək düşür. Yaşayaraq övladımıza yetişmək arzusu bizə güc verir, bir gün onu görəcəm deyə ümidlə günlərimizi keçiririk. Beləcə oxucularımıza Rəşid haqqında qısa arayış.
Mehdiyev Rəşid Rövşən oğlu 1990-cı ilin 26 iyul tarixində Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Rövşən Mehdiyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə rayon ictimayyəti, sakinlərilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdır. Dəfn mərasiminin sonunda yaylım atəşi açılmış və baş leytenant Mehdiyev uğrunda şəhid olduğu, boya başa çatdığı torpağa tapşırılmışdır. Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
P.S: Övlad acısının nə olduğunu çəkənlər bilir çəkməyənlərə Allah nəsib etməsin. Bu ağrı heç səngiməz, bu acı heç susmaz, bu həsrət heç bitməz. Vüsalı gözlərsən amma gəlməz.Gözünü yollardan çəkməzsən hər gələn səsə baxarsan bəlkə odur deyə. Amma hər dəfə xəyal qırığlığına uğrarsan. Qəlbin kösöv tək közərər. Heç sönməz səni elə yandırar ki, elə yanarsan ki, külün göyə sovrular. Yandığda nə tüstün görünər, nə də ki, yanmağın bilinər. Belə yanar şəhid valideyinləri, şəhid yarları, şəhid sevdikləri. İndi Rəşid Mehdiyevin anası Məxburə xanım, atası Pövşən kişi, bacıları və sevdiyi xanımda belə yanır.
O, həyatda olmasada xatirəsini yaşadarlar. Sən əbədi yaddaşlardasan şəhidim Rəşid yaddaşlarda yaşayanlar isə ölmürlər.
Almaz İlahə
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031