» » YAXŞILAR DÜNYADA İZ QOYUB GEDİR!

YAXŞILAR DÜNYADA İZ QOYUB GEDİR!

YAXŞILAR DÜNYADA İZ QOYUB GEDİR!
YAXŞILAR DÜNYADA İZ QOYUB GEDİR!
YAXŞILAR DÜNYADA İZ QOYUB GEDİR!Azərbaycanın görkəmli jurnalisti, "Qızıl qələm" mükafatı laureatı, Naxçıvan MR - nın Mədəniyyət naziri," Şərq qapısı" qəzetinin redaktoru, vətənpərvər ziyalı, böyük şəxsiyyət, dərin zəka sahibi, vətənini damarlarındakı qanı qədər dəlicəsinə sevən ölməz fədaii, maarifpərvər qələm sahibi, publisist, sevimli müəllim, tədqiqatçı alim, etibarlı dost, gözəl və xeyirxah İnsan, adı xalqımızın tarixinə qızıl həriflərlə yazılmış Rəşid Qazıbəyovun həmişə əziz olan parlaq xatirəsinə ithaf edirəm.
( Dövrünün böyük zəka və fikir sahibi olan Qazıbəyov Rəşid Səməd oğlu 1926 ildə indiki Kəngərli rayonununun Şahtaxtı kəndində anadan olmuşdur.Azərbaycan tarixində və ictimai - siyasi həyatında böyük rol oynamış məşhur Şahtaxtılar nəslinə mənsub olan bu sima Rusiyanın Krosnadar vilayətindəki ali Hərbi Məktəbə daxil olmuş, təhsilini başa vurmadan könüllü olaraq Böyük Vətən müharibəsinə - cəbhəyə yollanmışdır. Müharibədə göstərdiyi əsgəri şücaətlərinə və qəhrəmanlıqlarına görə “Böyük Vətən müharibəsi” ordeninin bütün 3 dərəcəsinə, “Qızıl Ulduz” ordeninə, habelə saysız hesabsız medallara layiq görülmüşdür.
Rəşid Qazıbəyov 1989 - cu il dekabırın 24 də vəfat etmişdir.).
Dağ boyda ürəyin sahibi idin,
Düşünən gəncliyin şahidi idin,
Sözünün ağası, vahidi idin,
Yaxşılar dünyada iz qoyub gedir!
Böyük bir nəslin ocağı oldun,
Xeyir - xəbərlərin qucağı oldun
Pöhrəli ağacın budağı oldun,
Yaxşılar dünyada iz qoyub gedir!
Ağsaqqal nüfuzun Sokrat kimiydi,
Zirvədə dayanan sözü, elmiydi,
Ürəkdə çalınan sarı simiydi,
Yaxşılar dünyada iz qoyub gedir!
Neçə jurnalistin gözünü açdın,
Neçə ürəklərin közünü açdın,
Neçə qıfılbəndin sözünü açdın,
Yaxşılar dünyada iz qoyub gedir!
Vəzifə adına hörmət gətirdin,
Redaktor sözünə şöhrət gətirdin,
Ülviyyət gətirdin, ülfət gətirdin,
Yaxşılar dünyada iz qoyub gedir!
Şahtaxtı kəndinin tarixi qədim,
Orda mətbuatın arxivi qədim,
Ulu şahtaxtıların maarifi qədim,
Yaxşılar dünyada iz qoyub gedir!
Şərqin qapısıydı türkə açılan,
Qədim Naxçıvana şəfəq saçılan,
Təbrizlə Bakıya səsi ucalan,
Yaxşılar dünyada iz qoyub gedir!
Saxta tarixlərdə kiçilmişlərə,
Alaq otu kimi biçilmişlərə,
Arxada bıçaq tək gizlənmişlərə,
Yaxşılar dünyada iz qoyub gedir!
Ürək ovundurub, ürək sevdirdin,
Gəncləri biliyə, elmə çöndərdin,
Böyük layihəli işə göndərdin,
Yaxşılar dünyada iz qoyub gedir!
Sənin kişiliyin, sənin ərliyin,
Mətbuat yolunda olan nərliyin,
Azadlıq yoluydu sənin hürlüyün,
Yaxşılar dünyada iz qoyub gedir!
Ürəkdə xeyirxah qaldın, redaktor,
Nə yoruldun, nə usandın, redaktor,
Mətbuat yolunda yandın, redaktor,
Yaxşılar dünyada iz qoyub gedir!
Əmir Pəhləvan
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031