» » Yaşayan ruhlar. Ramiz Sərkərov.

Yaşayan ruhlar. Ramiz Sərkərov.

Yaşayan ruhlar. Ramiz Sərkərov.O Hamleti oynamaq istəyirdi... Amma deyir sən saydığını say gör fələk nə sayır... O teatra texniki heyətə düzəlmişdi...Teatrı daha içdən hiss etmək üçün... 1982 ildə İncəsənət institutuna daxil olur, Hüseyn Sultanovun kursuna. Gənc Tamaşaçılar Teatrında ilk rolu "Açıl bənövşəm açıl" tamaşasında "İsa" rolu olub... Beləcə başlayır səhnə həyatı... Bir birinin ardınca maraqlı tamaşalar: "Ərizə"-Kamil, "Cəza"-Aktyor," "Danışan gəlincik"-Padşah və s... Beləcə istədiyi səhnə aləminə qovuşur Ramiz... Amma həyatında yaşadığı itkilər onu çox sarsıdır... Həyat yoldaşının vaxtsız vəfatı, oğlunun çarəsiz xəstəliyi ruhunu sarsıtsa da o sənət aləmində bir birinin ardınca uğurlara imza atır... Tv proqramlar, tv tamaşalar, reklam çarxları və s..
Qardaşı Şahin Sərkərovun xatirələri:
"Qardaş itkisi bir dərddir mənə... Həyat yoldaşı köçdükdən sonra oğlu ilə çətin günləri başladı... Uşaq fiziki qüsurlu olduğuna görə tək qoya bilmirdi... Hətta teatra belə aparmaq məcburiyyətində qalırdı... İkili həyat yaşayırdı... Amma son vaxtlar çox məhşurlaşmışdı... Səhhətində problemlər olsa belə dayanmırdı. Səhərlər Space kanalında Salmanla birgə veriliş aparırdı...Veriliş canlı idi. Bir səhər verilişə gəlmir...Və canlı yayımda aparıcı Salmana onun keçindiyi haqda məlumat gəlir... Aparıcı şok vəziyyətində qalır... Lap kino kimi VALLAH... Sonradan evlənmişdi. Qızı Ayşəms dünyaya gəlmişdi. Çox az da olsa bu sevinci yaşadı'".
Onunla son görüşümüz də qeyri adi oldu... Bir kafedə dostları ilə oturmuşdu... Pəncərənin qarşısında... Yaxınlaşmaq istədim... Vaz kecdim... Mane olmayım deyə... Sonradan özümü çox danladım... Bəlkə görüşərdik...dərdləşərdik..yüngülləşərdi... Bəlkələr...Sonralar...
Qəflətən ölum xəbərini eşitdim. Hər şey kino lenti kimi keçdi gözümdən... Onunla tanışlığımız, uğurları, söhbətlərimiz, şəxsi həyatındakı sıxıntılar... daha nələr nələr... Görəsən Hamleti niyə oynamaq istəyirdi bu qədər?... Bəlkə həyatı boyu olum ya ölüm arasındakı suala cavab tapmaq üçün idi bu istəyi... Onun həyatı məhşur aktrisa Anna Manyaninin həyatını xatırladır mənə... O da həyatı boyu şikəst oğlu Lukinin faciəsini yaşaya yaşaya obrazlarına da bu faciəni yansıtmaya bilmirdi... Ramiz də oğlu Fuadın çarəsizliyini özünə dərd edə edə yaşadı.
Elə bu dərd də onu son mənzilə daha tez apardı...
Bu gün onun ikinci nigahdan Ayşəms adlı qızı var.
Əlbəttə ki bu kiçik qızın simasında Ramizin ruhu yaşayır... Və mən inanıram ki, övladları yaşadıqca ruhlar da yaşayıb ölümsüzləşir.

P.S. Aprel ayında Ramiz Sərkərovun anım günüdür. Bu münasibətlə dostu GTTnın direktoru Mubariz Həmidovun təşəbbüsü ilə anım günü keçiriləcək.
TƏRANƏ FEYZULLAYEVA.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930