» » “Suyun qədrini susuzluqdan əziyyət çəkənlər bilər”

“Suyun qədrini susuzluqdan əziyyət çəkənlər bilər”

90 yaşlı Asya hər gün əllərini göyə qaldırıb uca səslə deyirdi:
Sənin kərəmüvə şükür, İlahi! Mənə bir övlad bəxş etmədin ki, İbrahim gedib kəniz Həcərlə yaxınlıq etdi. Sənə asi olmaram heç vaxt.
Öz günahını başa düşən İbrahim peyğəmbər sabahısı ata suvar olub, Həcəri və onun qucağında yenicə dünyaya gəlmiş İsmayılı aarıb qoydu çox uzaqlarda. Geri qayıdarkən o, peşimançılıq hissi yaşadı. Cavan qadın, körpə uşaq neyləyəcəklər o susuz səhrada?..
Həcərin körpəsi ayağını yerə qoyan kimi möcüzə baş verdi. Torpaq yarıldı və ordan su çıxdı. Karvanlar dayandı, hamı bu sudan kifayət qədər faydalandı... O suya Zəmzəm adı verildi. Quyu hələ də gəlib-gedənlərə xidmət eləyir. Nə qədər işlənsə belə, bulaq suyundan da şirin, göz yaşı kimi dumduru bu suyun hardan qaynaqlandığını heç kim bilmir. Nə qədər işlənsə belə su qurtarmır. Allahın rəhmi gəldi. 90 yaşlı Asyanın bir oğlu oldu. Adını İsrail qoydular.
*** **** ***
Ötən əsrin əvvəllərinə kimi Biləsuvar camaatının bircə su mənbəyi var idi-Bolqarçay! May ayında dağların qarı əriyəndə onun boz-bulanıq, kirli suyu imdada yetirdi. İçməli deyildi. Çar II Nikolay Qafqazın xəritəsinə baxdı və Tiflis canişininə əmr elədi: Muğan düzündə əhalinin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Araz çayından ora kanal çəkilsin. Beləcə, 1916-1918-ci illərdə Bəhramtəpədən üzü aşağı Əzizbəyov kanalı qazıldı. 6 metr eni olan bu kanalın bir metri bir onluq qızıla əllə, vedrə-xərəklə torpağı kənara töküldü. Bu su axıb, rayonun Yuxarı Cürəli, Təzəkənd, Ovçubərə kəndlərinə kimi gəldi. Camaatın heyvandarlıqla yanaşı əkin-biçin işləri də başlandı. Təkcə mal-heyvan saxlanılmadı, taxıl, pambıq əkini də geniş vüsət aldı. 139 min hektarlıq ərazidən səmərəli istifadə edildi.
Cənab prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişi ilə icrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən yeni içməli su təchizatı layihəsi indi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Biləsuvar şəhərini içməli su ilə təmin edir. Bütün bunların davamı olaraq rayonun 24 kəndinin də içməli su ilə təmin edilməsi nəzərdə tutulub.
Hələ üstəlik Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcəkdir.
Hə, gələk son sözə. İndi ilin bütün fəsillərində Biləsuvarda dumduru, göz yaşı Zəmzəm suyu kimi şirin dadı-tamı olan suyumuz var. 100 il bundan əvvəlki kimi mədə yarası, xora və digər xəstəliklər bizdən uzaqdır. Su insanın ən çox istifadə elədiyi nemətdir. Onda inci saflığı var. Gəlin, bu İlahi nemətin qədrini bilək!
Samir Qurbanov,
DJB.az
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930