» » ŞEYTANIN QISASI

ŞEYTANIN QISASI

ŞEYTANIN QISASIBu yazını yazmağa vadar oldum. Nədən ki, bir dini dükanda ilk dəfə gördüyüm qəribəmi deyim, yaramazmı deyim olay ayaqlarım altında yeri oynatdı. Dükanda üstündə “ZƏMZƏM” suyu yazılmış butulkalar vitrinə düzülmüşdü. Satıcıdan soruşdum: - Bu butulkalarda həqiqətən “ZƏMZƏM” suyudur? Dedi: - Bəli.
- Birini mənə verərsənmi?
- Buyurun.
- Təşəkkür edirəm. Allah razı olsun. – deyib, dükandan çıxmaq istədim. Satıcı arxamca. – Xanım, bəs pulunu vermirsiniz?
- Nə pul?
- Suyun pulunu. Beş manat verməlisiniz.
Özümə gəlib soruşdum: - Bu müqəddəs suyu satdığa qoyublar? Kim gətirib bunu?
- Bir hacı ziyarətdən gətirib.
Satıcıya bir cavab verə bilmədim. Onun nə günahı var axı? Amma həmin hacı qarşımda dayansa idi, bol-bol deyəcəklərim ola bilərdi. “ZƏMZƏM” suyunu satıcıya qaytarıb, lal-dinməz dükandan çıxdım.
Həcc ziyarəti şeytana daş atma ayini ilə sona çatır. Hacılar şeytanı daşlayır və bununla da onları şeytanı əməllərə sürükləyən günahkar səbəbkardan sanki, heyflərini çıxır.
Hər il bir neçə milyon insan müqəddəs Həcc ziyarətinə gedir və bütün günahlardan paklanıb, saflaşıb, ölkəsinə dönür. Dönür ki, günahlarına tövbə etdiyindən bir daha pis əməllərə özünü bulaşdırmasın. Allahına və insanlığa xidmət etsin.
Belə deyim var ki, həm ziyarət, həm ticarət. Qəbul ediıləndir. Yol xərcini çıxartmaq istəyən hacılar var. Amma, bir halda ki, öz xərcinlə Allaha yaxın olub, ona dua etmək üçün müqəddəs torpağa ayaq basırsan. əziyyətinin də əvəzini həmən çıxartmaq istəyirsənsə, bu bir qədər anlaşılmazdır. Buna da bir sözümüz yox. Daha gətirdiyin müqəddəs suyu da satdığa qoyursansa, bax bu bağışlanılmazdı. Axı uca Rəbbimizin büllur kimi pak, saf suyu hər kəsin qəbul etməsi üçün çeşmədən qaynadır. satılmasına rəva görmür. Olmazmı ki, sən də bu müqəddəs suyu gətirib, insanlara pulsuz paylayıb, savab qazanasan?
Həmin gecə bir qorxunc yuxu gördüm. Yəqin bütün günü üzləşdiyim olayın təsirindən əsəblərimin pozulması ilə əlaqədar bir yuxu idi. Gördüm ki, bir dəstə şeytan əllərində iri daşlar şiddətli alovun dairəsi içində bağıran insanları daşlayır. Soruşdum ki, bu insanları nəyə görə daşlayırsınız? Dedilər ki, bunlar həmişə başımıza daş yağdırıb.
Mən əsəbi halda onlara cavab verdim:
- Ay sizi lənətə gələsinizən, şeytanlar! Axı, Allahın sevimli bəndələri olan insanları yolundan azdırıb, pis işlər görməyə coşduran, meyilləndirən sizlərsiz? Allaha nə cavab verəcəksiniz?
- Bİz Allaha sadiq insanları seçib-seçmələyirik. Əgər Allahımız gördüyümüz işlərdən narazı qalsaydı, çoxdan bizim kökümüzü kəsər, tamamən yer üzündən silərdi. Biz insanların əsl kimliklərini, imanını Allahın qarşısında üzə çıxardırıq. İnsanların isə nə Allahdan, nə də ki, cəhənnəmdən qorxusu var. Baxın görün bu vələduznalar Allahın yaratdığı gözəl təbiətin, onun nemətlərinin başına nə oyun açıblar? Yaşadığınız yer kürəsi vəhşi insanların ucbatından od tutub yanır. Törətdikləri müharibələrə,qırğın silahlarına, aclığa, səfalətə nə deyirsiniz? Bizmi günahkarıq?! Yer üzündə nə etibar qalıb, nə güvən. İnsanların qəlbləri pilsiklərlə doludur: paxıllıq, acgözlük, tamah, riyakarlıq, yaltaqlıq, şərəfsizlik, xəyanət, öz mənfəəti üçün başqalarını əzərək, çeynəyərək keçmək. Dünya malından ötrü insan insanın qanını içir!, Bizmi günahkarıq? Öz pisliklərini görməyə gözləri kor olub! Quyruqları qapı arasında qalanda isə, - günahkar şeytandır! – deyə, bizi lənətləyib, daşqalaq edirlər. Onlar bizi həmişə dünyaları üçün daşlayır. Amma biz onları Allah yolunda, axirətləri üçün daşqalaq edirik ki. insan olsunlar! İndi deyin, daşlanmağa siz insanlarmı layiqsiniz, yoxsa biz şeytanlarmı?
Yuxunun qorxunc tərsliyindən qan-tər içində, keyimiş bir vəziyyətdə ayıldım. Hər tərəfindən alov saçan şeytanın dedikləri beynimdə bir uğultu yaratmışdı: - İndi deyin, daşlanmağa siz insanlarmı layiqsiniz, yoxsa biz şeytanlarmı?
Esmira. ŞÜKÜROVA
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930