» » Gənc tamaşaçılar Teatrı Novruzu qarşılayır.

Gənc tamaşaçılar Teatrı Novruzu qarşılayır.

Gənc tamaşaçılar Teatrı Novruzu qarşılayır.Novruz bayramı ərəfəsində müsahibim, GTT-nın direktoru, Respublikanın əməkdar artisti Mübariz Həmidovdur. Teatrın bir sıra yeniliklərindən söhbət açan Mübariz bəy ən əvvəl qeyd edir ki, "8 mart qadınlar bayramı" münasibətilə teatrda konsert proqramı hazırlanır. Martın 10 da isə Milli Teatr gününə həsr olunmuş "Lənkəran xanın vəziri" tamaşası və quruluşçu rəssam Elşən Sərxanoğlunun teatr eskizlərindən ibarət fərdi yaradıcılıq sərgisi keçiriləcək.
Mübariz bəy teatr Novruzu nəcə qarşılayır?
- Əlbəttə ki, böyük sevinclə. Yeri gəlmişkən, xalqımızı qarşıdan Novruz bayramı münasibəti ilə təbrik edirəm. 18-25 marta qədər "Novruz tamaşaları" paradına hər kəsi dəvət edirəm. Musiqili, rəngarəng Novruz tamaşaları onları gözləyir. Martın 31 də isə teatrımızda daha bir premyera oynanılacaq. Tamaşa Soyqırım gününə həsr olunur. Əli Əmirlinin "Ünvansız qatar" tamaşası Bəhram Osmanovun quruluşunda inanıram ki, uğurla qarşılanacaq.
Daha hansı premyeralar olacaq?
- Vaqif Əsədovun "Yarımçıq qalmış" tamaşası, ötən il aprel döyüşlərində şəhid olmuş heykəltaraş Samir Kacayeva həsr olunur. Aprel ayının əvvəlində mərhum aktyorumuz Ramiz Sərkərovun xatirə gecəsini kecirəcəyik. Həyatdan nakam köçmüş dostumuzun, istedadlı aktyorun sənət aləminə bir daha səyahət edəcək dostların xatirələrini eşidəcəyik.
Teatr tez tez festivallarda iştirak edir.
- Bəli bu artıq ənənə halına alıb. 17-25 apreldə əməkdar artist Şövqi Hüseynov "Dəlinin qeydləri" tamaşası ilə Rusiyada keçiriləcək Beynəlxalq Teatr festivalında iştirak edəcək.
Bildiyimə görə Gürcüstana qastrol səfəriniz gözlənilir.
- Bəli, "Dəcəl keçi" tamaşası ilə Gürcüstan və Vladivostok teatrlarının qonağı olacağıq. May ayının 6-7si isə Çeçenistan Dövlət GTT teatrı "Qızıl yəhər" tamaşası ilə bizə qonaq gəlir. May ayının 21-22 də Gürcüstan GTT 2 günlük "Şəhzadənin inəyi" tamaşası ilə teatr sevərləri sevindirəcək.
Fürsətdən istifadə edərək, bütün bu yeniliklərin canlı şahidi olmaq üçün, hamınızı teatra dəvət edirəm. Təranə Feyzullayeva.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031