dini radikalizm və ekstremizmlə mübarizə

Gənc Şair Publisist Lənkəranlı Gənc haqqında yazdı:


Djb.az xəbər verir 9ci sinif şagirdi, şair-publisist, AJB-nin üzvü, 5kitab müəllifi Sevindik Nesiboğlu Lənkəranın İctimai fəal Gənci Gənc müğənni Allahverən Pərvizoğlu haqqında yazıb.

LƏNKƏRANIN İCTİMAİ FƏAL GƏNCİ ALLAHVERƏN PƏRVİZOĞLU

Artıq 1 ilə yaxındır ki, sosial şəbəkələrdən Lənkəranın ictimai fəal gənci, Respublika müsabiqələr qalibi, gənc xanəndə Allahverən Pərvizoğlunu tanıyıram. Allahverəni tanıyana qədər fikirləşirdim ki, nəyə görə sosial şəbəkələrdə istedadlı gənclər bir-birini tanıtmırlar. Baxmayaraq ki, mən pandemiyanın qızğın vaxtında “Evdə qal, Vətənpərvərliyini göstər”, “Kitab mənim həyatımdır” və “Şəhadət şərbətini dadan şəhidlər” adlı layihələrimdə şagird bacı və qardaşlarımı da tanıdırdım. Onların çəkdikləri videoçarxları izləyicilərimə təqdim edirdim. Amma Allahverəni tanıyandan sonra bu fikirə fərqli yanaşmağa başladım. Müşahidə etdim ki, Allahverən mənimlə maraqlanır və mütəmadi olaraq öz sosial şəbəkəsindən məni izləyicilərinə tanıdır. Məxsusi olaraq bu xarakterinə və xüsusiyyətinə görə Allahverən qardaşımı gənclərə örnək bilirəm. O, vaxtaşırı şəhid ailələrini ziyarət edir və onlara mənəvi dəstək olur.


“Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabım çap olunanda mən fikirləşirdim ki, kitabımı cənub bölgəmizdən olan şəhid ailələrinə necə çatdıra bilərəm. Amma Allahverən mənim nə fikirləşdiyimi bilmədən fikirlərimi oxuyurmuş kimi mənə təklif etdi ki, yeni kitabında cənub bölgəmizdən olan şəhidlərimiz haqqında yazıların varsa, kitabını göndər, mən şəhid ailələrinə çatdırım. Kitabda cənub bölgəmizdən olan 22 nəfər şəhidimiz haqqında yazılarım olduğundan həmin sayda kitabları Allahverənin ünvanına göndərdim və kitabları şəhid ailələrinə çatdırmasını xahiş etdim. Allahverən Pərvizoğlu Lənkəran şəhərindən olan 10 şəhid ailəsinə hədiyyə göndərdiyim “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın 19.03.2022-ci ildə Lənkəran Mərkəzi Kitabxanasında təqdimatının keçirilməsinə nail oldu və həmin ailələrə mənim adımdan şəxsən özü kitabımı təqdim etdi. Həmçinin Masallı rayonundan olan 8 şəhid ailəsinə və Astaradan olan 4 şəhid ailəsinə kitabımın çatdırılmasına müvəffəq oldu. Bu vətənpərvərliyinə görə bir daha Allahverən qardaşıma təşəkkür edirəm.
Allahverən Pərvizoğlu cənab Prezidentimiz İlham Əliyevə “Sənsən görən gözü Azərbaycanın” adlı mahnı həsr etmişdir və həmin mahnıya klip də çəkdirmişdir. Bu yaxınlarda xoş bir xəbər aldım. 19.05.2022-ci ildə Lənkəranda Prezidentimizə həsr olunmuş həmin mahnı əsasında çəkilmiş klipin təqdimat mərasimi keçirilib.
Allahverən qardaşımın tədbir haqqında məlumatını oxucularımın nəzərinə çatdırıram:
”Həqiqət Rzayeva adına Lənkəran şəhər 2 nömrəli uşaq musiqi məktəbində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş klipin təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kamil Fərzullayev Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazandığı böyük tarixi qələbəmizdən danışdı. Sonra "Sənsən görən gözü Azərbaycanın" mahnısına çəkilmiş klip nümayiş olundu. Mahnının müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru Tükazban Cahangirova şeir haqqında məlumat verdi. Mahnının ifaçısı, gənc müğənni Allahverən Pərvizoğlu bildirdi ki, mahnını qalib ölkənin gənci kimi sevinclə ifa edib. Tədbirdə ictimaiyyət nümayəndələri - pedaqoq Samirə Hüseynzadə, mədəniyyət işçisi Xatirə Qəmbərova, Lənkəran şəhər bələdiyyəsinin birinci müavini Fəxrəddin Canıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Qazilər Ağasəlim Camalov, Əhliman Quluzadə, şəhid anası Mənsurə Abbasova, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova, Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin direktor müavini İlqar İsmayılov və digər qonaqlar çıxış edərək qazandığımız zəfər sevincindən bəhs ediblər, sonra müəllif Tükazban Cahangirovaya və ifaçı Allahverən Pərvizoğluna uğurlar arzulayıblar.”
Allahverən Pərvizoğlunu "Sənsən görən gözü Azərbaycanın" adlı klipinin təqdimatı münasibəti ilə ürəkdən təbrik edirəm. Allahverən qardaşıma yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!
Dəyərli oxucularıma Allahverən Pərvizoğlu haqqında qısa məlumat vermək istəyirəm.
Allahverən Pərviz oğlu Hüseynzadə 6 sentyabr 2005-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2011-ci ildə V.Əliyev adına Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinin 1-ci sinfinə daxil olub. Hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi olan Allahverən 28 may 2017-ci ildə atasını itirib.
Allahverən ilə ailəsi birlikdə Bakı şəhərinə köçüblər. Anası Samirə xanım halal zəhməti ilə övladlarını saxlayır. Bakıda olarkən sənətkarların dəvəti ilə bir neçə verilişlərə dəvət olunur. 2018-ci ildə atası Pərviz Hüseynovun 1-ci ildönümü ilə bağlı Lənkərana gəlirlər və yenidən burada yaşamağa başlayırlar. Neçə-neçə istedadlılar yetişdirən Həqiqət Rzayeva adına Lənkəran şəhər 2 nömrəli uşaq musiqi məktəbinin xanəndəlik sinfinə daxil olur və hal-hazırda həmin məktəbin tələbəsidir. 2020-ci ilin dekabr ayında Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəisi tərəfindən “İlin Fəal könüllüsü” Fəxri fərmanına layiq görülür.
2021-ci ildə Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən şəhid Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsinə həsr olunmuş "Vətən yaxşıdır" Respublika mahnı müsabiqəsində 3-cü yerin, Lənkəran üzrə isə 1-ci yerin qalibi olur. Allahverəni Lənkəranda bəstəkar və xalq mahnılarının ifaçısı kimi tanıyır, tədbirlərə dəvət edirlər.
2021-ci ilin may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən" Respublika mahnı müsabiqəsinin qalibi olur.
Lənkəran şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən vətənpərvərlik mövzusunda ifa üzrə rayon müsabiqəsinin qalibi olur. Gənclər və İdman Nazirliyinin "Armudu" lahiyəsində gənclərin məşhurlarla onlayn görüşü keçirilir. Layihənin qonağı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva olur, gənc müğənninin arzusu olur ki, Qənirə Paşayeva ilə görüşsün. Onlayn görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva gənc müğənni Allahverən Pərvizoğlunu Milli Məclisə dəvət edib. Gözəl görüş keçirilib, görüşdə anası Samirə Hüseynzadə iştirak edib, gənc müğənni Allahveren Pərvizoğlu millət vəkilinə öz uğurları haqqında məlumat verib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva gənc müğənni Allahverən Pərvizoğluna uğurlar arzulayıb. Hal-hazırda Allahverən Pərvizoğlu Lənkəran şəhərinin bütün mədəniyyət tədbirlərində fəal iştirak edir. İcra hakimiyyəti başçısı hörmətli Taleh müəllim Qaraşov Allahverəni şəxsən tanıyır və ona mənəvi dəstək göstərir. Mən fəxr edirəm ki, Allahverən qardaşım kimi fəal, vətənpərvər bir gənci tanıyıram. O, nəinki Lənkəranın, vətənimizin fəxridir. Yolun açıq olsun, qardaşım! Allah səni qorusun!

Sevindik Nəsiboğlu
9cu sinif şagirdi, şair-publisist, AJB-nin üzvü

Oxunub: 843
Oxşar xəbərlər
SON XƏBƏRLƏR