» » Gülnar Azəri – Tənha qalmamaq üçün

Gülnar Azəri – Tənha qalmamaq üçün

Gülnar Azəri – Tənha qalmamaq üçünBəzən elə düşünürük ki, bu dünyada təkcə biz yaşayırıq və planet yalnız insanlara məxsusdur.

Onu heç kimlə, heç nəylə bölüşmək istəmirik. Təbii ki, bu yalnış fikirdir. Axı burada insanlardan başqa gözəgörünən və görünməyən məxluqlarda məskunlaşmışlar.

Odur ki, biz paylaşmağa məhkumuq. İnsanlar bunu bacarmayanda özlərini tez itirirlər, nə edəcəklərini bilmirlər və başlayırlar təklik adlı bəlaya dücar olmağa.

Diqqətlə baxsaq görərik ki, ulu Yaradan bəşəriyyətdə hər varlığı cüt yaradıb. Bunula belə insan övladı nədənsə həmişə təkliyə can atır. Niyə görəsən bu hiss bizi ancaq tərk ediləndə, kimdənsə qəlbimiz sınanda və ya özümüzü toplamağa ehtiyacımız olanda bürüyür. Düşüncələrimizi bir yerə yığmaq və səlis qərarlar almağımıza yalnız qalmağımızın böyük rolu var.

Bəs bizi təklik adlı vahiməli duyğunun içinə atan səbəblər hansılardı?! İnsan dünyaya gələndə ətrafı onu əhatə edən “Adəm övadları” ilə dolu olur. Amma o yenə də özünü yalqız hiss edir. Sonra yavaş-yavaş böyüyür, bu böyümənin əlbəttə ki, itkiləri də olur. İlk öncə o uşaqlığını, valideynlərini, ona yaxın olan insanları itirir. Sonra bu proseslər onun şəxsi həyatında davam etməyə başlayır. Yalnış verilmiş qərarlar, məsləhətlər, onu düz yola çəkməyən dostları, ətrafı, bəzən isə alnına yazılan yazısı insanın yalnız qalmasına gətirib çıxarır.
Çox vaxt istəyimizə nail olmaq üçün fərqinə belə varmadan kiminsə haqqını taptalayırıq. Qarşımızdakı və ya yanımızdakı insanları nələrisə qazanmaq üçün qurban verməyə hazır oluruq. Elə buna görə də özümüz də qurbana çevrilirik.
Gəlin bir anlıq özümüzü vicdanımızın mühakiməsinə çıxardaq. Keçdiyimiz həyat yolunu düşünək, burxadığımız səhvləri xatırlayaq. Əminəm ki, hər biriniz nəyəsə nail olmaq üçün yuxarıda qeyd etdiyimiz kimi, kimləri isə qurban vermisiniz. Ən dəhşətlisi isə “qurban”larımızın düşdükləri vəziyyətlərə uzaqdan baxıb qəhqəhə çəkərək gülür, hətta bu durumda özümüzü haqlı da sayırıq. Doğrudur, burada yalnız biz günahkar deyilik, onlar da tez inandıqları üçün bir o qədər suçludurlar.
Amma bunu da unutmayaq ki, heç kimin ahı heç kimdə qalmayıb. allah heç bir bəndəsini darda qoymaz. O, qurbana çevrilən bəndəsinin intiqamını bizdən çox dəhşətli dərəcədə alır, həmin insan kimi biz də başlayırıq itirməyə, uğursuzluğa düçar olmağa və sonda da təklik dediyimiz dərin quyuyya yuvarlanmağa.
Halbuki, İslamda buyrulub ki, “Qonşusu ac ikən özü tox yatanı allah sevməz” Ulu Tanrı bizimlə bu qoca kainatı necə bölüşürsə, biz də sahib olduqlarımızı paylaşaq ki, sonda təkliyimizi bölüşənlər olsun.

Gülnar Azəri.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031