» » İSTİ ANA QUCAĞI

İSTİ ANA QUCAĞI

İSTİ ANA QUCAĞI
1986-cı ilin isti yay günlərinin birində iyul ayında həyata göz açdım. Qayğısız, gözəl anları yaşayırdım məndə hər bir uşaq kimi. Ailədə 3 uşaq olmağımıza baxmayaraq, atamın və anamın yanında pis və yaxşı günlərində həmişə mən idim onların yanında olan. İllər-aylar ötdü, orta məktəbə getdim. Qışın oğlan çağında yalnız isti nəfəsi ilə mən isidən anamın nəfəsi idi, hansı ki, o nəfəsə bu dəqiqə möhtacam. Bəli bu dövrdə yalnız və yalnız övladdan ötrü nigaran qalan məhz analardır. Çünki hər bir ana istər ki, övladları həyatda yaxşı mövqe tutsunlar. Məndən böyük bacı və qardaşım anamın arzusu olan Tələbə adını qazana bilmədiyi üçün sonuncu muradı mən idim ki, Tələbə adını qazanım. Bəli məqam çatdı, 18 yaşımda orta məktəbi bitirib, Tələbə adını qazanmaq üçün sənədləri toplayıb verdim ki, anamın arzusunu yerinə yetirim. Sinif yoldaşlarımın içində anamın üzünün çöhrəsi daim gülümsəsin deyə gecəmi gündüzə qatıb hazırlaşdım ki, anamın tək arzusunu yerinə yetirim. Vaxtlar keçdikcə məsuliyyətimin artmasına baxmayaraq bircə amalım bu idi ki, TƏLƏBƏ adını qazanım və anamın arzularından birini həyata keçirim. Avqust ayında Ali məktəblərə qəbul olunmuşların içərisində öz adımı görüncə Anamla bərabər mənə yaxın olan əzizlərimdə sevindi. O zaman məğrur baxışları hər kəsin yanında xoşbəxt görsənən analardan biri də mənim Anam idi.
Gözəl qardaşlar və analarını dinləmək istəməyən bəzi qızlar vaxtikən valideyinlərinizin qədrini bilin, sonra çox gec olacaq.
SAMİN TAĞIYEV
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031