» » KAŞ Kİ, ATA ANALAR ÖLÜMSÜZ OLARDI

KAŞ Kİ, ATA ANALAR ÖLÜMSÜZ OLARDI

KAŞ Kİ, ATA ANALAR ÖLÜMSÜZ OLARDIDüz altı il öncə həyatima elə bir zərbə vurdun ki, hələ də acisi qəlbimi param-parça edir... Son dəfə məni namaza oyatdin, maman qurban, kimsəsizlərə kömək et dedin və qucağimda, qollarımın arasında dünyanı tərk edərək haqq dünyana yollandın. Mən buna hazır deyildim axi ana... Mən sənin yanında həmişə körpə Elnarən idim, mən sənin qucağında uyumağı öyrənmişdim. Amma bir gün mənim qollarımda sənin cansız bədəninin uyuyacağını heç düşünməmişdim. Hər zaman qollarında uyuyarkən səninlə rahatliq tapan, dərdləşən balaca kiçik qızcığaz, indi yoxluğuna dözə bilmir. Çox sənsizəm ana! Axi, mənə söz vermişdin ki, məni tək qoymayacaqsan, bəs sözünün üstundə niyə durmadin? Heç məni düşünmədinmi? Yox ana övladını bilərəkdən tərk etməz bunu bilirəm. Amma sənsizliklə barışa bilmirəm sən həyatimdan gedəndən heç üzüm gülmür, axi, saxta gülüş mənə yaraşmazdi, Bunu da yaşadim, ana..! Sənli, atamli kecən günlərimi xatirlayanda düşünürəm ki, məndən xoşbəxt övlad yox imiş, bəs bu xoşbəxtlik niyə belə tez bitdi axi... Tənhaliqdan elə qorxardim ki ana, bir tək sənə güvənirdim sənə, sən demə güvənilən dağlara da qar yagarmiş... Darixiram məsləhətin üçün, siğalin üçün, əllərinin isti üçün çox darıxıram ana... Ən əsasi da ELİŞİM deyib çağırdığın müraciətin üçün darıxıram... Səsinə həsrət qalan qızın sənsizliyə öyrəşə bilmir ana... Sənin qayğına, məhəbbətinə, isti nəfəsinə ehtiyacım var ana... Heç olmasa yuxularıma tez-tez gəl, mənim həsrət qaldığım qucağına yuxularda sarılım, qoxunu alım. Bəlkə belə aldadaraq özüm-özümü yaşayım.
Allahdan sənə və atama rəhmət diləməkdir. Tək güvəncim ALLAHIMDIR... Ruhunuzun mənimlə olmasına əminəm... Mənim qoruyucu mələyim duaci ol mənə, balalarima... Güvənc yerim onlar qaldi....Allahim, Ümidimi qirma, nə olar...
Kaş ki, ata, analar ölümsüz olardi...
Elnarə Səmədova
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930