» » BİR QADIN TANIDIM ALMAZ ADINDA, VƏSFİNİ ALMAZ TƏK EDƏ BİLMƏDİM

BİR QADIN TANIDIM ALMAZ ADINDA, VƏSFİNİ ALMAZ TƏK EDƏ BİLMƏDİM

BİR QADIN TANIDIM ALMAZ ADINDA, VƏSFİNİ ALMAZ TƏK  EDƏ BİLMƏDİMBİR QADIN TANIDIM ALMAZ ADINDA, VƏSFİNİ ALMAZ TƏK  EDƏ BİLMƏDİM
BİR QADIN TANIDIM ALMAZ ADINDA, VƏSFİNİ ALMAZ TƏK  EDƏ BİLMƏDİMBu gün dəyərli insan DJB. az saytının təsisçisi və baş redaktoru yazıçı, publisist şairə Almaz İlahə Əhmədova haqqında yazmaq istədim. Onu tanıyanlar az olmasada oxucularıma Almaz İlahə haqqında söz açmaq istədim.
Uzun illər müxtəlif mətbuat səhifələrində öz publisist qələmi ilə hər zaman oxucularını sevindirən, qələminin ecazkarlığı ilə qəlbləri fəth edən, bəzən kədərləndirən, bəzən sevindirən, bəzəndə düşünməyə vadar edən Almaz xanımın yaradıcılıqını izləyən minlərlə oxucularının ürək sözlərinin dəfələrlə şahidi olmuşam. Qələmi ilə əzmli bir əsgər oldu Vətəni üçün Almaz xanım. O, Vətənimizə, xalqımıza, millətimizə, dövlətimizə öz qələmi ilə xidmət etdi və etməkdədir. Bu bir ildə mən ondan çox şey öyrəndim. İnsanları sevməyi, yox düz demədim, bəşəriyyəti sevməyi, hər bir kəslə öz diliylə danışmağı, uşaqla-uşaq, böyüklə-böyük olmağı Almaz xanımdan öyrəndim. Dostluğa sədaqəti, yalana nifrəti, insana hörməti ondan öyrəndim.
Almaz İlahə mərhəmətli bir insan olmaqla yanaşı qayğıkeş ana, sədaqətli həyat yoldaşı, vəfalı dost, qayğıkeş övlad, təmənnasız insansındır. Mən onda Azərbaycan xanımına xas olan bütün yüksək xüsusiyyətləri gördüm və o mənim idealıma çevrildi, mən ona bənzəməyə çalışdım və çalışıramda. Onun kimi məğrur, qürurlu qadın olmaq istərəm. Mən ondan insanlığın aliliyin öyrəndim. O hər zaman başqaları üçün yaşadı, başqalarının problemlərinin həlli üçün gecəsin gündüzünə çevirdi. Hər kəsin dərdini öz dərdi bildi. Kimsəsizə ana, bacı oldu. Belə bir gözəl insan tanıdım. Belə bir xanım tanıdım Almaz İlahə adda.
Bu gün jurnalistika sahəsində çox az proktikası olan gənc bir jurnalistin nə sözü, nə də kəlamı onu vəsf etməyə yetmir. Bu gün mənim qələmim Almazı almaz təki vəsf edə bilmir. Amma inanıram ki, Almaz xanımın dəstəyi ilə bu peşənin incəliklərini tam mənimsəyərək bir gün onun haqqınızda şah əsərimi yazacam.Və Azərbaycanın tarixinə nəzər salarkən qəhrəman qadınları Tomrisi, Həcəri, Nigarı yaddaşlara həkk olunaraq nəsillərdən-nəsillərə keçərək bu günümüzə gəlib çıxmışdırsa, inanıram ki, bir gün Almaz İlahə yardıcılığı, insanlığı, yüksək xüsusiyyəti millətini, xalqını sevən bir Azərbaycan qadın obrazı kimi tarixdə yaşayacaqdır...
Nisa Əliyeva
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930