dini radikalizm və ekstremizmlə mübarizə

Həci Mürvət İntizar poeziyasının inciləri


Sosial media bizlərə minlərlə insanlar tanıtdığı kimi çox tanımadığımız imzalarla da qarşılaşdırdı. Hər zaman sözü Allahın əmanəti bilən mən Almaz İlahə bu gün bir imza ilə qarşılaşdım Həci M. İntizar kimliyini bilmədim, yazdığı şeirləri oxuduqca tanıdım. İbrətamiz kəlamları ilə onu kəşf etdim. Qərar verdim bu imzanı tanımayanlara tanıdım. Müəllifin yazdığı hər bir şeirdə oxucu özünü tapacağına əminəm.

Ürəyimdə ölənim var

Dərd əlindən can qalmadı canımda,
Ağır keçir hər dəqiqəm anım da,
Çox danışıb siz gülməyin yanımda,
Ürəyimdə ölənim var yasdayam.

Hər tərəfli yanlayırsız siz məni,
Gedib gəlib danlayırsız siz məni,
Ey insanlar anlayırsız siz məni?
Ürəyimdə ölənim var yasdayam.

Səhər sevdi gecə satdı o məni,
Bir gecəlik heçə satdı o məni,
Necə qıydı necə satdı o məni?
Ürəyimdə ölənim var yasdayam.

Məhəbbətin əjdadı var içimdə,
Məcnunu var, Fərhadı var içimdə,
Nakam eşqin fəryadı var içimdə,
Ürəyimdə ölənim var yasdayam.

Mənası var hər bir sözün söhbətin,
Saxlayıram öz eşqimin hörmətin,
Bu səbəbdən üzü gülmür Mürvətin,
Ürəyimdə ölənim var yasdayam.!



Vəfasızda vəfa olmaz

Birgün məni tərk eyləyib,
Getməyini düşünmürdüm,
amma indi oturmuşam,
Gəlməyini düşünürəm.

Şəkillərə baxa baxa,
O günlərdən ayılmıram,
Göz yaşımı silə-silə,
Gülməyini düşünürəm.

Deyirdin ki biz ayrılsaq,
Ruhun səni tərk eyləyər,
Gecə gündüz mənim üçün,
Ölməyini düşünürəm.

Vəfasızda vəfa olmaz,
Sevmə məni istəmirəm,
Bu sevgini ürəyindən,
Silməyini düşünürəm.!



Nə istədin axı məndən

Günahını bilmək üçün,
Kitab dəftər lazım deyil,
Gəlim durum qabağında,
Bax üzümə oxu məndən,
Nə istədin axı məndən?!

Heç bilmirəm bu nə sirdir,
Fikrin zikrin yıxır məni,
Xəyalından oyanmıram,
Əl çəkmir bu yuxu məndən,
Nə istədin axı məndən?!

Şeir oldum qəzəl oldum,
Əsər oldum dilə düşdüm,
Günahkar sən ola ola,
Hey danışır çoxu məndən,
Nə istədin axı məndən?!

Bu həsrəti çəkə bilməz,
Nə bir dostun nə sirdaşın,
Varsa gəlib aparsınlar,
Sən adlı bir yoxu məndən,
Nə istədin axı məndən?!

Unutma ki Aşiqinəm,
Səni hər an sevən mənəm,
Vücuduna ilmə ilmə,
Eşq libası toxu məndən,
Nə istədin axı məndən?!



Çəkil qəmli gözlərimdən

Oturmuşam rəssam çəkir.
Şəkil qəmli gözlərimdən,
İstəmirəm görsün səni,
Çəkil qəmli gözlərimdən..!

Baxışımda gizlədirəm,
Üzüm bəlli edir səni,
Gizlətməyin nə mənası?
özüm bəlli edir səni.

Nə etsəm də alınmır ki,
Rənglər özü dilə gəlir,
Gəl rəsmi göndərim sənə,
Bəlkə mənə elə gəlir.?!

Hər cizgidə hər qırışda,
Xətrin üzə çıxır yarım,
Rəsmə yaxınlaşan kimi,
Ətrin üzə çıxır yarım.!

Səni məndə aşkar edən,
Rəssam heçbir kəsim deyil,
Məni məndən alan sənsən,
Günahkar bu rəsm deyil.



Bilmədin

Çox şirindir eşqin dəmi nə olsun,
incitsə də dərdi qəmi nə olsun,
sən bir dəniz mən bir gəmi nə olsun,
sahilində yatdım qaldım bilmədin.

Eşqim üçün mən əl açdım diləndim,
ən dözülməz sınaqlardan ələndim,
Məcnun kimi səhra gəzib süləndim,
bataqlıqda batdım qaldım bilmədin.

Ömrüm günüm bir gül kimi solsa da,
qəm yağışı gözlərimə dolsa da,
hər bir sözün zəhər zəqqum olsa da,
şirin şirin uddum qaldım bilmədin.

Dayansan da varlığımın qəsdinə,
meyl etmədim heçbir kəsin məstinə,
sənə görə mən nəfsimin üstünə,
hərgün bir daş atdım qaldım bilmədin.

Çalış heçvaxt yanma Tanrı yanında,
öz əhdini danma Tanrı yanında,
sən uduzdun amma Tanrı yanında,
mən hörmətə çatdım qaldım bilmədin.

Oxunub: 5 408
Oxşar xəbərlər
SON XƏBƏRLƏR