dini radikalizm və ekstremizmlə mübarizə

Sair Roma Xosrov poeziyasının inciləri


HƏYAT SƏNİN...

Bu dünyada hər addımın,
Çalışma ki, xoşa getsin.
Həyat sənin, ömür sənin,
Ürəyincə yaşa getsin.

Dərd ilə qatma başını,
Tanı yamanı, yaxşını,
Saxla baharda yaşını,
Qoyma ömrün qışa getsin.

Dəyər ver özün özünə,
Bircə inan öz gözünə,
Bir ah çək göyün üzünə,
Dərdin dağa-daşa getsin.

Özünü sev, bax güzgüyə,
Fikir vermə sən özgəyə,
Ürəyini aç sevgiyə,
Nifrətini boşa getsin.


Ürəyimi götür gəl

Sinəmdə yanır ürəyim,
Dərdin məni ütür, gəl.
Mənə yazığın gəlsin,
Ürəyimi götür, gəl.

Niyə ayrıldıq niyə,
Eşqə çıxmadıq yiyə,
Sənsiz hər bir saniyə,
Burda gün-gün ötür gəl.

Kövrəlirəm, doluram,
Saralıram, soluram,
Sənsiz dəli oluram,
Sənsiz ağlım itir, gəl.

Ölüm mənə yetməmiş,
O dünyaya getməmiş,
Ömrüm günüm bitməmiş,
Bu həsrəti bitir, gəl.

Xoşbəxt ola bilmirəm
Sənsiz qala bilmirəm
Nəfəs ala bilmirəm
Özünü tez yetir, gəl.



Sevdim səni

Səni tapdım, yaşadım,
Ölmədim, sevdim səni.
Uzaq durdum, yanına-
Gəlmədim, sevdim səni.

Yaşayıram həvəslə,
Sən aldığın nəfəslə.
Mən sevgimi heç kəslə-
Bölmədim, sevdim səni.

Necə gəldin xoşuma,
Bu eşq gəldi başıma.
Niyə çıxdın qarşıma,
Bilmədim, sevdim səni.

Oxunub: 3 420
Oxşar xəbərlər
SON XƏBƏRLƏR