dini radikalizm və ekstremizmlə mübarizə

Allahverdi Qiyaslı poeziyasının inciləri


Gəzdirir.

Çox insanlar elə bilir,
Bədənində baş gəzdirir.
Ancaq özü anlamır ki,
Gəzdirdiyin boş gəzdirir.

İnsan varki kordur gözü,
Görə bilmir heç vaxt düzü,
Yeddi rəngə çalır üzü,
Göz üstündə qaş gəzdirir.

Ehtibar yox pulda varda,
Köməyinə gəlməz darda,
Taleyi kəm olanlarda ,
Gözlərində yaş gəzdirir.

Olsa pislik həvəsində,
Yalan var hər kəlməsində,
Bu insanın sinəsində,
Ürək yoxdur daş gəzdirir.

Allahverdi ötüb zaman,
Sən olmazsan birdə cavan.
Öz yerini bilən insan,
Başda ağıl huş gəzdirir.



Haqqı bu dünyada gəzməyə dəyməz.

Haqsızlar dünyaya meydan oxuyur,
Haqqı bu dünyada gəzməyə dəyməz,
Yalan həqiqətə libas toxuyur,
Haqqı bu dünyada gəzməyə dəyməz.

Şər böhtan dünyanı bürüyüb gedir,
Yalan həqiqəti sürüyüb gedir,
Haqqını gəzənlər çürüyüb gedir,
Haqqı bu dünyada gəzməyə dəyməz.

Çalış ki dostunu yaxından tanı,
Dünya insanlara sınaq meydanı,
Kimi düzü sevir kimi yalanı,
Haqqı bü dünyada gəzməyə dəyməz.

Haqsızlar dünyanı haqsizlaşdırlb,
Dünyada onları harınlaşdırlb,
Şərəf ləyaqətdən uzaqlaşdırıb,
Haqqı bü dünyada gəzməyə dəyməz.

Namərdlər dünyada daim olublar,
Bu dünyanı yaman günə qoyublar,
Nəsimini diri-diri soyublar,
Haqqı bu dünyada gəzməyə dəyməz .

İnsan var bilinmir astarı üzü,
Haqdan danışsa da haqsızdır özü,
Dərk edib anlamır dediyi sözü,
Haqqı bu dünyada gəzməyə dəyməz .

Allah qüdrətindən yaranıb dünya,
Mərdlərin çiynində dayanıb dünya,
Çirkin əməllərlə zorlanıb dünya,
Haqqı bu dünyada gəzməyə dəyməz.

Düşdüyü mühitə alışır insan,
Başına nə gəlsə barışır insan,
Axırda torpağa qarışır insan,
Haqqı bu dünyada gəzməyə dəyməz.

Bu haqsız zamanda sən bilə- bilə,
Qiyaslı çox şeyi gətirmə dilə,
Bu dünya əzəldən qurulub belə,
Haqqı bü dünyada gəzməyə dəyməz.



Çalış yola get bir təhər.

Bu dünyada qismətimiz,
Gah sevincdi gah da kədər,
Günümüzdə bütöv deyil ,
Gah axşamdı Gah da səhər.

Haqsızlıqlar gəlmir saya,
Tükənibdir halal maya,
Gəldiyimiz fani dünya,
Kimə baldı kimə zəhər.

Qandığını danır qanan,
Gülə-gülə deyir yalan,
Dost bildiyin nankor insan,
Yollarına tikan əkər.

Yaxşılığın sonu yoxdur,
İnsanların yönü yoxdur,
Yalan lütdü donu yoxdur,
Xəcaləti düzlər çəkər.

Ömrüm keçdi yalan ilə,
Başım üstə duman ilə,
Ay Qiyaslı zaman ilə,
Çalış yola get bir təhər.
2020 sentyabr.




Ömür gedir geri baxmır.

İllər qovur bir birini
Ömür gedir geri baxmır.
Cavanlıqda hiss olunmur
Ömür gedir geri baxmır.

Nə deyirsən dinən deyil
Dərdlərini bölən deyil
Yalvarsanda dönən deyil
Ömür gedir geri baxmır.

Nə vaxt çatar ömrün sonu?
Bilən yoxdur hələ bunu
Bu taleyin öz qanunu
Ömür gedir geri baxmır.

O yol gedir gündüz gecə
Gah aşikar gah gizlicə
Bir kimsəni almır vecə
Ömür gedir geri baxmır.

Bizlə gedir danışmır o
Bizdən heç nə soruşmur o
İşimizə qarışmır o
Ömür gedir geri baxmır.

Allah verən paydı ömür
Sonu yoxluq vaydı ömür
Allahverdi saydı ömür
Ömür gedir geri baxmır.

Oxunub: 2 998
Oxşar xəbərlər
SON XƏBƏRLƏR