dini radikalizm və ekstremizmlə mübarizə

Yardımlının dağlarından gələn poeziya ətri


MƏNİ SƏN EŞQ ADLI KƏFƏNƏ BÜKDÜN

Özün də bilmədən bir baxışınla,
Məni sən eşq adlı ''kəfən''ə bükdün.
Döndün ''Əzrayıla'' sən həmin gündən,
Gecə yuxuda da sinəmə çökdün.
...
Zənn etdim dağ olan dərdim azala,
Bir ömür yatmayıb mən bala -bala,
Sevgi kərpicindən qurmuşdum qala,
Sən onu bir anda sındırıb tökdün.
...
Dadmadım sevinci mən heç bir udum,
O vaxtdan dalımca möhnət sürüdüm,
Nə kəfən saraldı, nə mən çürüdüm.
Sonda ilmə- ilmə sən özün sökdün.
...
Gəl özün əfv dilə öz Allahından,
Hər naşı qaçammaz Onun ahından,
Yalvar, bəlkə keçdi, O günahından,
Onsuz da İdrisə sən artıq yükdün.



ZALIM OĞLU

Gözüm varkən, yum gözünü, görmə dedin həqiqəti,
Əyil dedin, Allaha yox daşa eylə itaəti.
Mən şərəfli ölüm gəzdim, rədd elədim bu niyyəti,
Utanmadın..... hər cür zülüm verdin mənə, zalım oğlu.
.....
Zülmə qarşı gücüm yoxdu, Allahım var baş üstədir,
İbadətim tək ONAdır, nə heykələ, nə büstədir.
Yaradana inanan çox, inanmayan bir dəstədir.
Sən də həmən dəstədəsən, qayıt dinə, zalım oğlu.
.....
Yüz tikən var, bir tikəsi olandadı gözün hələ,
Dilənirsən dilənçitək utanmayır üzün hələ,
Arsız- arsız danışırsan tükənməyir sözün hələ?
Bütün dünya sənə gülür sən də mənə, zalım oğlu.

Zaman qurar tərəzisin xeyir ilə şər görüşər,
Savabların lal dayanar, günahların ''cükküldəşər'',
Xəcalətdən al qan olan yanağından tər sürüşər,
Dözəmməzsən, nifrət edər ruh bədənə, zalım oğlu .

İdrisəm, bil, Xaliq deyən haqq hardadı, mən ordayam,
Arzularım bir ümmandır, sahili yox, ortadayam,
Nə qədər ki, bütöv deyil bu məmləkət, ah- zardayam,
Səndə zərrə məhəbbət yox bu Vətənə, zalım oğlu.


İbris Babayev

Oxunub: 1 500
Oxşar xəbərlər
SON XƏBƏRLƏR