dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan İslam ölkəsi deyil, Müsəlman ölkəsidir!


Bir çox gerizəkalı dindarlar bilsinlər ki, Azərbaycan İslam ölkəsi deyil, Müsəlman ölkəsidir!

Dindarlardan bir qrup hicab təəssübkeşliyi edir, bir qrup da ki, saqqal sevdalılığına qərq olub. Əvvəla, onu qeyd etmək istəyirəm ki, hicab məsələsini siyasi bir alətə çevirərək ölkədə çaxnaşma yaratmaq, dövləti suçlamaq istəyənlər bilsinlər ki, heç kim abır-həyasını, qeyrətini, namusunu itirməyib və təkcə hicab bağlamaq ilə qadınlara dünya üzrə namus mükafatı verilmir, nə də ki, hicab bağlamaq ilə bütün qadınlar qeyrətli ola bilməzlər. Bu, çox yalnış bir təsəvvür və xəstə bir düşüncədir.

İran Azərbaycandakı təhlükəsizliyi pozmaq, öz çirkin maraqlarını burada ifadə etmək üçün şiə dindarların vasitəsilə hicab siyasətini yeridir, Səudiyyə Ərəbistanı da öz murdar planlarını həyata keçirmək üçün vəhhabilərin əli ilə saqqal siyasətindən istifadə edir. Deyəndə ki, bu cür lazımsız söhbətləri nə üçün edirsiniz, o saat, hədis və ayələrdən sitatlar gətirirlər. Bəli, Uca Allah-Təala(c.c) müqəddəs Qurani-Kərimdə qadınlar üçün örtünməyi buyurur; Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) isə saqqal saxlamağın sünnə olduğunu buyurmuşdur.

Ancaq hər şeyin bir üsulu və qaydası vardır. Hicab bağlamayan qadın namussuz və saqqal saxlamayan kişi isə kafir deyil. Artıq bu cür səfeh fikirlərdən qurtulun! İran və Səudiyyə Ərəbistanı sizlərdən çox çirkli işlərdə istifadə edir. Amma o qədər cahilləşmisiniz ki, bu sözlər sizə təsir etmir. Əksinə, adamın özünü ittiham edir və əziz hədisi-şəriflər, mübarək ayələr vasitəsilə öz axmaq əməllərinizin üstünü ört-basdır etməyə çalışırsınız! Belə etməyin. Bir gün, həqiqətən də, Allahın bəlasına və cəzasına mütləq rast gələcəksiniz!

Dövlətdən narazı düşməyinizin səbəbini bununla bağlayırsınız ki, güya Şəxsiyyət vəsiqələrində, Xarici pasportlarda qadınların şəklini hicablı və kişilərin şəklini isə saqqallı formada çəkməyə icazə verilmir. Elə hər şey vətəndaşın istəyi ilə olmamalıdır axı...... O, dövlət sənədidir və dövlət sənədi də qanun çərçivəsində hazırlanır, daha vətəndaşın kefinə görə düzəlmir.

Azərbaycan dövləti öz vətəndaşı üçün şərait yaradıb: hicab bağlamaq istəyən qadınlar hicab bağlayır; saqqal saxlamaq istəyən kişilər də ki, saqqal saxlayır. Yəni ki, heç kimin işinə qarışılmır. Yaxşı, belə olduğu təqdirdə, o zaman, nə istəyirsiniz və məqsədiniz nədir? Ənənəvi İslam məzhəbləri istisna olmaqla, hər iki təriqətin radikal ekstremistləri heç vaxt öz havadarları olan və yalnız sözdə "İslam dövləti" hesab olunan İran və Səudiyyə Ərəbistanının murdar əmrlərini bu ölkədə icra edə bilməyəcəklər! Çünki, Azərbaycan İran, Səudiyyə Ərəbistanı, İraq, Misir, Liviya, Əfqanıstan, Suriya, Sudan və s. ölkələr deyil ki, burada qarışıqlıq yaradasınız, milli təhlükəsizliyi pozasınız və ictimai əmin-amanlığa xələl gətirəsiniz. Bu ölkənin qayda-qanunlarını bəyənməyən və ölkəni hər zaman təhlükənin ağzına atmaq istəyən xain dindarlar rədd olsunlar arzuladıqları və alçaq əmrlər aldıqları ölkəyə!

Azərbaycan türkləri qədim dövrdən tək olan Allaha inanmış və bu ali imanı bu günə qədər öz qəlbində yaşatmışdır, yaşadır və Qiyamət gününə qədər də yaşadacaqdır! Nə fars mollaları və nə də ki, ərəb şeyxləri bu xalqa din dərsi keçə bilməzlər. Onlar yalnız müqəddəs İslam dinini iki yerə bölməyi, İslam adı altında çirkli ideologiyalar hazırlamağı və axmaq adamları öz əsirlərinə çevirməyi bacararlar. Onların əlindən başqa heç bir şey gəlməz!

Azərbaycan xalqı "Vətən, Millət, Dövlət və Bayraq" prinsipləri uğrunda yaşamalıdır! Milli-mənəvi dəyərlərinə, əcdadlarından qalan ali mirasa sahib çıxmalı, öz mədəniyyəti və adət-ənənələrinə sadiq qalmalıdır! Çünki, tək qayəmiz yalnız budur! Vətən sağ olsun, Dövlət var olsun!

Ərtoğrul Aypar

Oxunub: 6 206
Oxşar xəbərlər
SON XƏBƏRLƏR