dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət içərisində dövlət olmaz! Bu anlayış Azərbaycan xalqının milli təfəkkürünə tamamilə yaddır.


"NARDARAN" əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Respublikası öz məmləkətinə göz dikən və burada casus şəbəkəsi quraraq ölkədəki milli və dini vəhdəti pozmağa çalışan hər hansısa bir xarici ölkənin xain niyyətini puça çıxartmağa hər zaman qadirdir!

Dövlət içərisində dövlət olmaz! Bu anlayış Azərbaycan xalqının milli təfəkkürünə tamamilə yaddır. Çünki, Dədə Qorqud ənənələrindən süzülüb-gələn bir ali məfhum vardır ki, "Dövlət qorunulmalıdır!" Məncə, bu kəlam hər şeyə dəyər!

Amma çox təəssüflər olsun ki, bu günləri beynəlxalq arenada, zahirdə özünü bizə qonşu, dost ölkə kimi göstərən bəzi dövlətlər Azərbaycanda müxtəlif kateqoriyalara daxil olan toplumlardan ideoloji vasitəsilər yolu ilə bir alət kimi bizə qarşı istifadə edərək məmləkətimizdəki milli birliyi, dini vəhdəti, ictimai asayişi və ümumi təhlükəsizliyi pozmağa cəhd göstərirlər. Ancaq onlar bunu da bilməlidir ki, Azərbaycan kəşfiyyatı və polisi hər zaman ayıqdır! Yurdu çaqqal-çuqqala yem etməyəcək qədər peşəkardırlar.

Nə qədər bölünsək də, fikir ayrı-seçkilikləri meydana çıxsa da belə, yenə də bu millətin iliyində bir dərin vətən sevgisi vardır və o, milləti hər daima ayaqda saxlaya biləcək bir ali düşüncədir.

Hamımızın yadında çox yaxşı qalıb ki, 2015-ci ilin noyabr ayının 26-da Azərbaycanın daxilində ayrılmaz bir parça olduğu halda Azərbaycandan uzaq düşmüş, milli kimliyindən uzaqlaşmış, daha doğrusu, uzaqlaşdırılmış və İslam dininə heç bir dəxli, aidiyyatı olmayan, əksinə, xarici ölkələrin siyasi maraqlarına xidmət edən bir təriqətin təsiri altına düşmüş, hər hərəkətinə din donu geyindirərək özünü haqlı hesab edən bir camaatı olan Nardaran kəndində əməliyyat həyata keçirildi. Vətən övladları, Allahın izni və dövlətin verdiyi dəstək sayəsində oradakı qeyri-ənənəvi abu-havanı milli maraqların xeyirinə dəyişdirmiş; vətən xainləri zərərsizləşdirilmiş, öldürülmüş və həbs edilmişdir. Bununla da, igidlər diyarı olan Azərbaycanın vətənsevər oğulları casus şəbəkəsini məhv edərək Azərbaycanda olan xarici ölkələrin xain gözlərini çıxartmış, bəd əməllərini iflasa uğratmış və çirkin planlarını puç etmişdir.

Özünü, əməllərini pərdələmək istəyən və sözdə "İslam dövləti" olan İran bilsin ki, millətin bir qismini öz yalanları ilə aldadaraq yoldan çıxarda və asi edə bilər, lakin alçaq siyasətini sona çatdıra bilməz. Çünki, bizlər buna yol vermərik. Anamız Tomris İran şahı II Kirin murdar başını kəsərək ondan şərab badəsi düzəltdirdi. Atamız Nadir şah hiyləgər farsları bu müqəddəs yurddan qovdu. Yeri gəlsə, yenə edərik.

Vətən bölünməz, dövlət yıxılmaz, millət qırılmaz və bayraq enməz! Vaxt gələcəkdir ki, yenə də bu diyarda dini vəhdət olacaqdır və onu artıq heç bir xain dövlət poza bilməyəcəkdir! Çünki, Azərbaycan dövləti multikulturalizm ənənələrini özündə ehtiva edən və bunu təbliğ etməyə can atan bir ölkədir.

Hər zaman həm xarici və həm də ki, daxili düşmənlərimizi əzdik. Türk oğlu öldürər, ölər, amma yıxılmaz və əsir düşməz! Allah vətənimizi qorusun, dövlətimizi gücləndirsin, millətimizin köməyi olsun və bayrağımızı isə hər daima ən ucalarda dalğalandırsın, amin!

Ərtoğrul Aypar

Oxunub: 5 597
Oxşar xəbərlər
SON XƏBƏRLƏR