dini radikalizm və ekstremizmlə mübarizə

MÜASİR ŞEİRİMİZ HAQQINDA

Baxış Sayı:1 472


Şeir tarixən xalqımızın ictimai-siyasi və mədəni həyatında çox mühüm yer tutmuşdur.Şairlərimizin yüksək səviyyəli fikir və dəyərli sözləri mötəbər hesab edilməklə,gənc nəslin estetik tərbiyyəsinə çox böyük təsir etmiş,onlarda mübarizlik və əzmkarlıq ruhunun aşılanmasında mühüm rol oynamışdır.Janr etibarı ilə şeirin üstünlüyü ondadır ki,o,oxucu və dinləyici ürəyinə tez yol tapmaqla onları həyəcana gətirib ayağa qaldıra bilməklə gözəl bir ünsiyyət vasitəsinə çevrilir.Həmişə yaxşı şeir milyonların ruhuna və zövqünə təsir etməklə xalq tərəfindən yaxşı qavranıldığından ona münasibət tez və asan bildirilir. Buraya xalqımızın çox şeirpərəst olduğunu da əlavə etsək,şeirin bədii- estetik əhəmiyyət kəsb etdiyi daha açıq -aydın görünür. Sovetlər dönəmindən fərqli olaraq senzuranın olmadığı müasir demokratik cəmiyyətimizdə şairlərimizin bir çoxu gənc,müstəqil respublikada gedən prosesləri,xüsüsən Qarabağ müharibəsini əks etdirən yazı və şeirləri ilə oxucuların qəlbinə yol tapmaqla onları böyük qələbə uğrunda mübarizəyə səsləyirlər.
XXI əsrin 20-ci ilinə qədər yazıb yaradan və çoxlarına örnək olan novator Xalq şairləri MUSA YAQUB,SABİR RÜSTƏMXANLI və RAMİZ RÖVŞƏN yaradıcılığı bu gün hər bir oxucu kütləsi tərəfindən bəyənilir,sevilə-sevilə oxunur və təqdir edilir. Dünya başdan-başa unutmaq imiş
Dünyanın adamı nə dönük olur.
Vallah ağac dönməz,daş belə dönməz
İnsanın ülfəti nə dönük olur..
deyən M.Yaqub bir çox üzü dönük adamların onu unutması ilə barışa bilməyərək onlarda ülfətin olmamasını faciələrin başlanğıcı hesab edir. Yaxud S.Rustəmxanlı
Gün-günə,ay-aya calanıb gedir,
Fəsillər boy atır ilimə doğru.
Zirvəni bir gündə fəth eylədi qar,
İndi hücum çəkir telimə doğru...
Bu bir beyt şeirində şair hər keçən günün, ayın,fəsil və illərin insan ömründən keçməsinə işarə edərək insanları həyatın qədrini bilməyə səsləməklə onları xeyirxah işlər görməyə çağırır.
Bu dünya bir qaynar qazanmış demə,
Söndürməz odunu nə qar,nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmaq imiş.

deyən R.Rövşən dünyanı qaynar qazana bənzətməklə onu nə qar,nə də yağışın söndürə bilməyəcəiyini qeyd edərək belə bir dünya ilə barışmağın çətin olacağından xəbər verir.Muasir dövlətçiliyimizin, informasiya-komnukasiya txnologiyalarının azad fəaliyyət göstərdiyi dövrdə ədəbiyyatımız,xüsusən şerimiz çox böyük inkişaf yolu keçmişdir.Bu inkişaf zəngin və nəcib ənənələrə əsaslanmaqla bu günkü dövlətçiliyimizin demokratik prinsiplərinə əsaslanır.Yaradıcı şairlərimiz həyata açıq gözlə baxmaqla bərabər,xalqımızı düşündürən və narahat edən məsələləri daim işıqlandırmağa çalışır.
Müasir poeziyamız istər siyasi,istər fəlsəfi,istər aşiqanə olsun fərqi yoxdur, böyük,təmiz hislərin lirikasıdır.

SOLMAZ ŞİRVANLI.

Ölürəm ay ellər qəm üzür məni,
Arxamca dolanıb o süzür məni,
Mahir qəssab kimi elə doğrayır,
Elə tikələyir o düzür məni !
Səhətti ilə əlaqədar ölüm-dirim mübarizəsi apararaq dözülməz ağrılarına sinə gərərək, vəziyyətinin gərgin anlarında belə bir an da olsun qələmini yerə qoymayan müasir Azərbaycan XXI əsr 20-ci illər poeziyasının parlaq simalarından biri də Solmaz Şirvanlıdır.Şairə xalqımızın zəngin xalq danışıq dilindən bacarıqla və sənətkarlıqla istifadə edərək şeirlərinin poetik imkanlarını daha da artırır.Onun şeirləri daim oxucunu bədii həyəcanla mütəəssir edərək dünyanın və insanlığın pis və yaxşı cəhətlərinə aid dərin hisslər oyadır.Belə ki,onun şeirlərini oxuyarkən göz yaşı tökənlərimiz də olur.Bu şairənin şeirlərinin yüksək bədii təsirindən, eyni zamanda bu günkü oxucuların ürəyinin nazikliyindən
və Vətən,yurd dərdli olmasından irəli gəlir.Onun şeirlərində müasir dövrümüzün bir çox problemləri öz əksini tapmaqla, yeni və cəsarətli fikirlər irəli sürülür.Daim xalqının taleyi ilə maraqlanan və düşünən şairənin səhhəti və yaşam tərzi nədənsə "daş qəlbli insanları", məmurları maraqlandırmadığından o bütün ümidlərini "Rəbbinə" bağlayır.Bunu şairin "Rəhmət söyləyin" şeirində daha dərindən sezmək olar.
Dua et Rəbbinə verər şəfasın,
Yoxla,dostun-yadın,bir-bir vəfasın.
Parlaq et,güzgü tək,könül aynasın,
Axı sən Tanrıya sadiq köləsən.
Ömrünün müdrik çağını yaşayan bu cür istedadlı novator şair dövrün nəbzini tutaraq şeirə yeni nəfəs,yeni ruh gətirmişdir.
Solmaz Şirvanlı müstəqil dövlətçilik ənənələrinə sadiq qalaraq poeziyamızın qarşısında duran vəzifələrə layiqincə cavab verə bilən son illərin ən məhsuldar və yüksələn xətt üzrə irəlidə gedən şairlərindəndir. Poeziyamızın inkişafında layiqli yeri olan,öz vətəninə,xalqına, dövlətinə son dərəcə sədaqətli olan şairə poeziyanın bütün forma və metodlarından məharətlə istifadə edərək çox böyük oxucu kütləsinin rəğbətini qazanmışdır.Şairənin ən böyük nailiyyəti və istedadı ondadır ki,müxtəlif xarakterə malik insanları rəssam ğözü ilə böyük ruh yüksəkliyi ilə təsvir edir. Məhz onun nəticəsidir ki, Qarabağ müharibəsi onun yaradıcılığında dərin dəyişikliklərə səbəb olmuşdur.Onun poeziyasında daim mübariz və döyüşkən bir qəlb çırpınır. Yüksək vətənpərvərlik duyğuları ilə yaşayan şairənin şeirlərinin əksəriyyəti xalqımızın ən böyük dərdi,istək və arzusu olan Qarabağa həsr olunmuşdur. "Qaldırın zirvələrə", "Azərbaycanım mənim","Kaş","Gedək düşmən üstünə", "Torpaq alınmaz","Bəyənmədim"."Qalxın ayağa","Haraylayır yurdlar bizi","Ey Vətən", "Qurban demişəm","Nəyi gözləyirik","Azərbaycanım mənim","Qaldırın zirvələrə","Nə gözəl","Doğma yurduma" və sair şeirlərini coşqun bir həvəs və enerji ilə yazıb yaradan şairə "könlünün Vətənə bağlı" olduğunu deyərək gözləməyin, səbr etməyin mənasız olduğunu bildirir.Xalqını işğal altında olan torpaqları azad etməyə çağıran istedadlı qələm sahibi hiss və duyğularını gurultulu sözlərlə deyil,təbii və canlı surətdə çatdırmağa çalışır. "Qarabağ deməkdən dil qabar olub" söyləyən şairə özümüzün özümüzə düşmən kimi olmağımıza dözməyərək "Ay Solmaz,gəlməzdim dünyaya kaş mən"deyərək özünü sanki günahkar sayır. Beləliklə, Vətənə,xalqa dərin bir məhəbbətlə bağlı olan istedadlı şairənin şeirləri yalnız formaca deyil,ifadə gözəlliyi,birinci növbədə məzmununa görə oxucunu düşündürür və özünə cəlb edir.
Amansız xəstəlikdən qurtula bilməyən və dərd çəkməyə nə canı,nə dözümü,nə də ki,amanı qalmayan şairə bir an belə Vətənin faciələrini unuda bilmir.Bunu şairənin "Qalıb "şeirində daha aydın görmək olar.
Bəlkə də bu şeirim vida sözümdür,
Bu Vətən,bu torpaq ağlar gözümdür.
Kül olan Xocalım mənim özümdür,
Yağıya ahlarım-amanım qalıb.
yazan qələm sahibi "Zəfər marşı çalınar"şeirində
Qələbə bizim olar,
Deməyə sözüm olar,
Gülümsər üzüm olar.
Qarabağım alınar,
Zəfər marşı çalınar,
deyərək işğal altında olan yurdlara qayıdacağımıza və bu yerlərdə daha abad,daha gözəl və yeni-yeni şəhərlər salınacağına oxucularını inandırır.Daim insanları qələbəyə səsləyən ümumbəşəri hiss və duyğulara malik S,Şirvanlı şeirləri şairin Vətənə , torpağa bağlılığından və səmimiyyətindən irəli gəlməklə oxucuları daim qələbəyə ruhlandırır.Onun lirkasının mövzu dairəsi çox geniş və əsrarəngizdir.Doğrudur,onun poeziyasında bəzən kədər, məyusluq, bədbinlik hiss olunsa da bu onun səhhətti və yaradıcılığına lazımı qiymətin verilməməsindən irəli gəlir.Bütün bunlara baxmayaraq daim yaşamaq və yaratmaq həvəsi ilə qanadlanan şairə əmindir ki, indi olmasa da, gələcək nəsillər ona öz lazımı qiymətini verəcəkdir.Bunu şairənin"Uzaq dur" şeirində daha aydın görmək olar.Ahu-zar və giley- güzardan təngə gələn şairə sonda özünə təskinlik verərək deyir:
Solmazam,çox nahaq etdim ahu-zar,
Ruhuma qidadır,şirin arzular.
Gəl tut əllərimdən,ey nazəndə yar,
Daha dözümüm yox,qəmə kədərə!
Solmaz xanım bu gün də müasir Azərbaycan şeirinin inkişafında öz müasirliyi və aktuallığı cəlb etməklə daim oxucuların diqqətində olan şairlərimizdəndir.Amansız xəstəliklə mübarizə aparan şairənin şeirlərində vətənpərvər,
insanpərvər bir qəlbin çırpıntılarını duymamaq mümkün deyil.
Onun"Olmadı","Ogəzir məni","Qanan ha deyil", "Könlümü", "Məni","Rəhmət söyləyin","Tapıram mən","Səninlə zirvəyəm, ucalan dağam","Şairlər bilər","Yağmur eylə","Bitəcəkdir intizar","Səni görmək üçün","Hara gedir bu dünya","Dastan bağlasın","Sözüm","İtmiş xatirələr","Ağlama","Gözəl olur","Halal süfrə tikəsiyəm","Qəmə bələnəcək","Bu nə sevda","Yol eyləyək","Yaraşmayır","Dönür", "İstəyir" və sair şeirlərində müasirlik və güclü romantika hiss olunmaqla həyat hadisələri real və geniş mənada əks olunur. Şairənin bu günün və dünyanın real bəlası olan,"Korona virus qorxusu" şeiri bu günümüzün ən aktual şeirlərindən sayıla bilər.Şairə bağrıyanıq milləti qorxu altında saxlayanlara xitabən deyir:
Dəli edib milləti,
Qarabağır etməyin.
Bu bir fitnə-fəsaddır,
Küy-kələyə getməyin!
Qorxun Allahdan daha,
Dərmanlar od tək baha.
Qorxudaraq milləti,
Bəsdir batdız günaha.
S.Şirvanlının"Səs verək","Çevrilmişəm","Ruhun qidası", "Gəlmədi","Necə deyirlər","Yazığım gəlir","Allah saxlayır", "Leysan yağışla","Dünya","Otuz il bundan öncə","Dostlara", "Mən","Dost istəyirəm","Dağlara","Ana həsrəti","Dünya özü zülümdədir","Oldu","Doğrulara bacıyam" və digər şeirlərində şairə daim oxucularını düşüncə,təfəkkür aləminə və ictimai hadisələrin mahiyyətinə varmağa yönəltməklə etinasızlığı, soyuqqanlılığı məharətlə ifşa edir.Solmaz xanım fəxri "Xalq şairi" olmasa da,özünün dediyi kimi, həqiqi mənada xalqının şairidir.Onun yaradıcılığı başdan -başa xalqın arzularını, fikir və hissləini, təcəssüm etdirir.Onun poeziyasında Vətən dərdli və qəlbində yara olan bir şairin fəryadı daim eşidilir. Sevgisini , gəncliyini,arzu və istəyini şeirə,sənətə,Vətənə qurban verən ancaq və ancaq yazıb yaratmaq arzusu ilə yaşayıb yaradan, ömrünün kamillik dövrünü yaşayan şairəyə möhkəm can sağlığı və daha böyük yaradıcılıq uğurları arzu edirəm.

APREL MƏMMƏDOV
BDU-nun və AMİ-nin məzunu, Tarixçi-pedaqoq

Oxşar xəbərlər
SON XƏBƏRLƏR