dini radikalizm və ekstremizmlə mübarizə

Xanlar Həmid poeziyasının inciləri

Baxış Sayı:1 482


SEVGİ

İzin ver, gözünün yaşında yanım,
Pərişan halının qışında yanım,
Yanım, qoy bağrının başında yanım,
Elə günahını sevməkdir sevgi.

Səni hansı dağa çəkib bilmədin,
Məni necə ağa büküb bilmədin,
Necə ürəyimi söküb bilmədin,
Bilmədin, ahını sevməkdir sevgi.

Sözümdə, könlümdə hörmüsəm divar,
Vüsalın nağıldır, həsrətin qubar,
Ər olub yolunda ölməyə nə var,
Qul olub şahını sevməkdir sevgi.

Bülbülün nəğməsi zindan içində,
Şairin ağlayır heyran, içində,
Xanlaram, sevgilim, o can içində,
Yox olub ruhunu sevməkdir sevgi!


GÜNDÜ BÜ

Sevdam mənim gözlərimdən utandı,
Gözlərimin öləcəyi gündü bu.
Xəcalətin məbədində məbudam,
Gülünclərin güləcəyi gündü bu.

Taleyimin qədərində son olan,
Könlümə od, ürəyimə can olan,
Aşiq olub, sevgisində yanılan,
Eşqin məni siləcəyi gündü bu.

Yaş o deyil, gülzarına gəlmişəm,
Mən ilk eşqi ürəyimdən silmişəm,
Göy üzündən endiyini bilmişəm,
Bir Allahın biləcəyi gündü bu.

Ümidimə yolu bağlı möhnətin,
Hər sözümdə güzgülənir surətin,
Ağ paltarda üzü gülən həsrətin,
Əllərində gələcəyi gündü bu.

Mən Xanlaram, gözlərimə nə dedin,
Səni mənə bağlayan bir "və"dedin,
Cismimə yox, ürəyimə hə dedin,
Eşqin məni böləcəyi gündü bu!


BÜTÜN AYRILIQLAR MƏNİM OLACAQ

Eh, bahar açılır sənin saçından,
Mənim ürəyimdə düyün bağlayır.
Sənin kirpiyinin düşüb ucundan,
Mənim ürəyimdə sevdan ağlayır.

Bu işıq dənizi son nəfəsində,
Çırpınır gözündə bala quş kimi.
Sən öz gəncliyindən yıxıldın elə,
Yağdın köynəyimə bir yağış kimi.

Daha dağ başından enib gedirsən,
İlməsi qopacaq o ağ ellərin.
Üzünün günəşi payıza tərəf,
Bu eşqə yandırmaz çıraq əllərin.

Baxışım yolunda kilitlənibdir,
Məni də azdırlb bu qoca sevgi.
Qanadı qırılan ümid kimiyəm,
Məni də ucurtmaz gizlicə sevgi.

Hələ dilin şahdır öz xanəsində,
Biçarə eşqimə əfsun oxuyur.
Hələ dodağının kəcavəsində,
Bakirə nəfəsin ətir qoxuyur.

De, necə yanmayım, sözümdən düşür,
Bu payız günündə sonuncü yarpaq.
Bu gün üreyinlə eşqim görüşür,
Bütün ayrılıqlar mənim olacaq!


AZƏRBAYCAN!

Azərbaycan!
Zirvəsisən bütün sözlərin!
Azərbaycan!
Bir kəlmə ki, anadan şirin!
Azərbaycan!
Bir tarix ki, zamandan qədim!
Azərbaycan!
Söz orbitim, söz həqiqətim!
Azərbaycan!
Elə yurd ki, dünyadan ulu!
Azərbaycan!
Babəkimin kəsilən qolu!
Füzulinin ürəyindən qopan nidadır!
Azərbaycan Nizaminin qəlbi boydadır!
Nəsiminin dərisini geyib əyninə,
Tufanlara, boranlara gəribdir sinə.
Azərbaycan!
Köksün üstə illır dağ olub,
Bulaqların ğözlərinə dərdin yığılıb.
Azərbaycan!
Könüldə od, gözdə çənmisən,
Muğamlarda pərdə-prərdə ləprlənmisən.
Azərbaycan!
Daş sinədə döyünən ürək,
Azərbaycan!
Könüllırdə polad iradə.
Azərbaycan!
Qanadlanan min arzu, dilək,
Qəlbimizlə bağlayıbdır bizi həyata.
Azərbaycan!
Dağ köksünə baş qoyan deniz,
Azərbaycan!
Göy sulara söykənən dağdır.
Getsəm əgər bu dünyadan bir gün xəbərsiz,
Mənim ruhum bu diyarı dolaşacaqdır!!!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR