dini radikalizm və ekstremizmlə mübarizə

Səxavət Qarabağlının poeziya dünyasından incilər

Baxış Sayı:1 835

Səxavət Qarabağlının poeziya dünyasından incilər

HALALLAR İNDİ AZDI.


Namərd süfrəsində, oturma qəti.
Sənə haram tikəsindən pay, verər.
Şad gününü götürməz ki, gözləri.
Paxıllıqdan şad gününə vay verər.


Naxələf nə qanır, halallıq nədir.
Dünya beləsinə, baş əyib gedir.
Halal əməyinlə öyünsən də sən.
Həyat da naxələflər tüğyan edir.


Zaman ələyində ilişib,qalır.
Nə qədər ələyib, töksə də ələk.
Beləsinə haracan baş əyəsən.
Bəxt-taleyi, tərsinə yazan fələk.


Şeytan, namərdi oynadır əlində.
Hansı hava gəlsə, gələr xoşuna.
Daha bilmir əməlləri yazılıb.
Çevrilib düşəcək, zalım başına.


Səxavət yazdı, bunu yaddaşına.
Yaltaqdan sənə, dost olmaz deyiblər.
Haramlıqla şöhrət qazananları.
Ömür boyu lənətləyib, söyüblər..


SEVMƏYƏN NƏ BİLİR MƏHƏBBƏT NƏDİR?.



Qəlblər sevgiylə alışıb, yananda.
İnsanları qarşısında lal edir.
Deyirlər ki, sevgi yoxdu həyatda.
Sevməyən nə bilir məhəbbət nədir?.



Dəli qasırğadı, qəlbi dağıdır.
Talan edib sevgi dünyamı gedir.
Bir gün peşman olub, geri dönəcək.
Sevməyən nə bilir, məhəbbət nədir?.



Ürək zindandadır, qapısı bağlı.
Sevgindir zindanın açarı gətir.
Məhəbbəti zindana həbs eyləyən.
Sevməyən nə bilir, məhəbbət nədir?.



Təlaşlanıb könül qəmə bürünmə.
Səni sevməyənə qəlbini vermə.
Sevgisi olmayan bir daşsız, qəbir.
Sevməyən nə bilir, məhəbbət nədir?.



Ay Səxavət bir dastan yaz sevgidən.
Sevənlərdə olacaq dözüm, səbr.
Sevgi qarşısında aciz qalanlar.
Sevənlər bilirlər, məhəbbət nədir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR