dini radikalizm və ekstremizmlə mübarizə

Dostlara dost töhfəsi


Əziz oxucu yazıçı-publisist Rauf İlyasoğlunun 2011-ci ildə çap olunmuş "Dostlara dost töhfəsi" adlı kitabında Türkiyənin Prezidenti sayın Rəcəb Teyyub Ərdoğana o dövrdə bir şeir yazmışdır:

Türklər birləşərsə qələbə çalar

Sizin cəsarətli hər bir kəlməniz,
Ürəkdən sevdirir, türk dünyasına.
Sizin ölkəmizə hər an gəlməniz,
Vəlvələ də salır düşmən yasına .

Nə qədər gözləyək,kimi eyləyək?
Düşməni yurdumdan tezcə teyləyək.
Qarabağ dərdinə əlac eyləyək,
Zəfər şərəf verər türk dünyasına .

Şəhidlər hər zaman tarixdə qalar ,
İgidlər düşməni bir oda salar.
Türklər birləşərsə, qələbə çalar ,
Zərbəni bir vursaq düşmən başına .

Xatırladaq ki, "Dostlara dost töhfəsi" adlı kitabı "Ulu Heydər- Atatürküm" şeiri ilə başlayır:

Ulu Heydər- Atatürküm

Nəsillərə nümunədir,
Qəlbimdədir Atatürküm.
Dünya sənə əhsən dedi.
Əlçatmaz dağ , bir soyköküm,
Ulu Öndər- Atatürküm.

Sərkərdəsiz, xilaskarsız,
Türk dünyası bəxtiyarsız.
Bayraqdarsız, vəfadarsız,
Əlçatmaz dağ , bir soyköküm,
Ulu türküm, Atatürküm

Yagıları əzən paşa,
Ənvər, Xəlil, Nuru paşa,
Paşalarım ! Yaşa, paşa,
Əlçatmaz dağ, bir soyköküm,
Ulu Öndər- Atatürküm.

Torpağıma göz tikən var,
Saysız şəhid məzarım var.
Qüdrətin var, şöhrətin var,
Əlçatmaz dağ, bir soyköküm,
Yaş türküm, Atatürküm.

Ruhun gəzir el- obanı,
Qərib , itkin məzar hanı?
Gözləyirəm qalıb anı,
Əlçatmaz dağ, bir soyköküm,
Ulu Heydər- Atatürküm.

Biz bir millət , bir arkadaş,
Düşmən qansız, olaq sirdaş.
Vuqarina əyirəm baş,
Əlçatmaz dag, bir soyköküm,
Ulu Heydər- Atatürküm.
Atatürküm, Atatürküm.

Azərbaycan Prezidenti cənab İlham Əliyevə

Ürəkdən sevinib fərəhləndik biz,
Sizi alqışlayır bütün ölkəmiz.
Xoş soragın saldı hər tərəfə iz,
Əhsən deyir sənə , bir ki, öz canım,
Şəfəq donu geyir Azərbaycanım.

Rauf İlyasoğlu.

Bu şeirlərinə görə Rauf İlyasoğlu Türkiyədə ödüllərə layiq görülmüşdir.

Oxunub: 4 607
Oxşar xəbərlər
SON XƏBƏRLƏR