dini radikalizm və ekstremizmlə mübarizə

Mənasız həyatın xəyalpərəst övladları


Dünya dəyəri, qiyməti olmayacaq, öz aldadıcı bər-bəzəyi ilə bəşər övladını əsas məqsəddən yayındıracaq və haqq olan ölümü ona unutduracaq qədər mənasız və bir heçdir. Dində də bu fani həyata çox bənd olmamaq, ömür-günü əlçatmaz olan boş və çürük arzulara xərcləməmək, yersiz xəyallara qapılmamaq və daha çox Uca Allah-Təalaya(c.c) ibadət etmək buyurulmuşdur. Çünki, anlar, saniyələr, dəqiqələr, saatlar, günlər, həftələr, aylar, illər, əsrlər və eralar bir göz qırpımında elə tez hərəkət edir ki, xəyalpərəst insan bunun fərqinə varmır. O, yalnız lazımsız dünyanın yalançı bir əşyası olan pulun, var-dövlətin, vəzifənin, qadının, ağalığın, geyimin, yeyib-içməyin arxasınca qaçmaqda davam edir. Arzular, xəyallar çox, ömür isə qısadır. İnsan elə yaşayır ki, sanki, ölməyəcək. Bu da heç şəkk-şübhəsiz ki, onun cahilliyindən və gerizəkalı olmağından irəli gələn bir məsələdir. Ömür, gün, yaş gedir, o, insanı heç bir vəch ilə gözləmir və ona rəhm etmir. Zaman öz axarında getsə də belə, insanı çox vaxt öz istəyinə çatmağa qoymur. Məsələn, bəşər övladı nə isə istəyir, o, zaman çərçivəsində gec-tez ona gəlib-çatır. Ancaq bunun bir şeyi pisdir ki, zaman bəşər övladına onun istədiyini versə də, yalnız bir şeyin müqabilində verir: ömrünün! Çünki, insan bir şeyin ona gəlib-çatmasını bəzən təkcə günlərlə yox, hətta illərlə gözləyir. Bu isə, onun ömründən azalmasına gətirib-çıxardır. Görün, insan nə qədər dəhşətli bir varlıqdır ki, öz ömründən azalmasına razıdır, təki istəyinə çata bilsin. Hətta bu, onun ölümü bahasına olsa belə...... Nəyə çatıb-çatmamağının bir önəmi yoxdur. Əsas və aşkar olan bir şey vardır ki, onsuzda, axırda ölərək soyuq torpağa qarışacaqsan. Bir zamanlar güzgüdə baxaraq qürrələndiyin vücudun çürüyərək torpağa qarışacaq və sən heç kim olacaqsan. İnsan "Ən üstün varlıq" adlandırılır, amma elə olur ki, ən yırtıcı heyvandan belə aşağı, alçaq səviyyəyə düşə bilir, daha doğrusu, düşməyi bacarır da. Ona görə də, çalışmalıyıq ki, bizim ömrümüzü, yaşımızı, bizi bizdən alan dəyərsiz xəyalların, arzuların, istəklərin arxasınca qaçmayaq. İnsan olaq, insan qalaq.

Ərtoğrul Aypar

Oxunub: 4 422
Oxşar xəbərlər
SON XƏBƏRLƏR