dini radikalizm və ekstremizmlə mübarizə

HACI FAİQİN POEZİYA DÜNYASINDAN İNCİLƏR

Baxış Sayı:91


Bu gün qısas günü

Bu gün qisas günü,intiqam günü,
Bu gün Qarabağa yürüş günüdür.
Şanlı ordumuzun açılsın önü,
Əsir torpaqlara giriş günüdür.
Bu gün Qarabağa yürüş günüdür.

Hər türkün damarda qaynayır qanı,
Ölməyə hazırdır qoca-cavanı.
Ana!Əsirgəmə xeyir-duanı,
Şəhid məqamına yeriş günüdür,
Bu gün Qarabağa yürüş günüdür.

Ay elim,ay obam,qalxın ayağa,
Biri-birimizi keçək qabağa.
Ata məzarına,Ana torpağa...
Şuşa qalasında görüş günüdür,
Bu gün Qarabağa yürüş günüdür.

Hər yerindən qalxan atılsın önə,
Babək,Cavanşirlər yetişsin yenə.
Şəhadət şərbətin iç dönə-dönə
Türkün əcdadına dönüş günqdür,
Bu gün Qarabağa yürüş günqdür.

Ya qalib olaq,ya,yox olub gedək.
Yığışaq,birləşək,çox olub gedək.
Yayından sıçrayan ox olub gedək,
Düşmənin köksünə eniş günüdür,
Bu gün Qarabağa dönüş günüdür!!!


Olan oldi
Qan ağla,könül,MATƏMi məlum-olan oldi
Tök başua torpaq ya da ki,qum.Olan oldi

Föstər mənə ol Şahi-şəhidanı,ay Allah
Doğrandı necə tiflilə məsum,olan oldi

Göstər ki görüm halını mən məzlum Hüseynin,
Zar oldu dili Leyleyi-Qasim,olan oldi

Abbas başını aldı Hüseyn gözləri üstə
Qardaş necə qurban olur olsun.Olan oldi.

Oxdan asıla körpəsi,öz başi cidadə,
Söylə ağa,heç sən kimi məzlum olan oldi?

Gördükdə əsil eşqi düşüb çöllərə getdi
Faiq də o gündən elə məcnun olan oldi


Söylə Ağa
Göstər mənə ol Şahi-şəhdani,ay Allah!
Doğrandi meçə tiflilə məsum,olan oldi.

Göstər ki,görüm bəs necədir Tək qalan aşiq?
Zar oldu dili Leyleyi-Qasım,olan oldi

Abbas başını aldı Hüsyn gözləri üstə
Qardaş necə qurban olur olsun!?Olanə oldi.

Oxdan asıla körpəsi,öz başı cidada...
Söylə,Ağa,heç sən kimi məzlum olan oldi?!

Gördükdə əsil eşqi düşüb çöllərə getdi
Faiq də o gündən elə məcnun olan oldi


Düşər
Fələyin çərxi dönər,gün dolanar,ayə düşər.
İgidin başı o başdan qala-qovğayə düşər.

Qartalın adətidir,zirvələri fəth eləyər,
Alçağa meyl eləmək bir qara qarğayə düşər.

Özünə qamçı yeməz köhlən atın yaxşıları,
Üstünə qondun əgər,dəsbəçə yorğayə düşər.

Nakəsə xor görünər yaxşıların yaxşılığı,
Qoltuğu qarpız arar, başqa təmənnayə düşər

Kim ki haqq aşiqidir,haqqına çox zülm edilər,
Qaçar adəmdən uzaq,çöllərə-səhrayə düşər.

Çeşməsindən süzülər,göz yaşıtək damcılanar,
Bulaq axdıqca axar,bir yola,məcrayə düşər.

Bu nə hikməti görən,bal kimi saf çeşmələrim
Dərədən, dağdan aşar, şor sulu dəryayə düşər

Ehtiyat ilə qədən bas qara torpağə,yeri,
Ağına qarə dəyər, yüz əməlin zayə düşər.

Elə zənn etdi ki Faiq sözü bir zirvə tutub,
Nə yazıq,bilmədi ki,zirvəyə də sayə düşər!


Zülmətimə çıraq oldun

İki cahan sığışmadı qoynuna,
Arzulara Buraq oldun həmişə.
Ağır işi qoydunsa da boynuma,
Zülmətimə çıraq oldun həmişə.

Neçəmizə toy büsatı bəzətdin,
Özlüyündə nə etdinsə, düz etdin.
Əyərimi- əskiyimi düzəltdin,
Yırtığıma yamaq oldun həmişə.

Neçə kərə heç qırpmadan gözünü,
Mənim üçün oda atdın özünü
Dar günümdə əvəz etdin yüzünü
Bir qoşuna qabaq oldun həmişə

Mən də sənin bir sözündən çıxmadım,
"Öl" dedinsə boynum üstə baxmadım.
Neçə kərə ürəyimi yoxladım,
Guşəsində qonaq oldun həmişə.

Qərib oldun, tərk elədin Vətəni.
Suyumuz da sovuldu sən gedəni.
Böyük qardaş əvəz edər dədəni
Dilimizdə soraq oldun həmişə,
Qəlbimizə qonaq oldun həmişə!


Faiq Xanverdi oğlu Nəzərov

Oxşar xəbərlər
SON XƏBƏRLƏR