dini radikalizm və ekstremizmlə mübarizə

Elm yolunda fədakarlıq edən bir xanım

Baxış Sayı:187


Bu gün qələmə aldığım məqaləm öz elmi biliklərini təkmilləşdirmək məqsədi ilə dəfələrlə Almaniya və Türkiyə Respublikalarının elmi konfranslarında bir dinləyici kimi iştirak edən, Dilşünaslıq sahəsində özünəməxsus bir yer tutan, təcrübə qazanan Mətanət Xıdır qızı Əliyeva haqqındadır. Mətanət müəllimə 1978-ci ilin may ayının 6-da Bakı şəhərində anadan olub.
1985-1995-ci illərdə Bakı şəhəri Yasamal rayonu 176 №-li məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetinin Filologiya (Alman dili üzrə) fakültəsində bakalavr pilləsində təhsil alıb.
1999-2004-cü illərdə Azərbaycan Dillər Universitetində Dilşünaslıq ixtisası üzrə magistr pilləsində təhsil alıb.
2008-ci ildən Bakı Dövlət Universitetinin Alman və fransız dilləri kafedrasında çalışır. Elm yolundakı fədakarlığı onun müəyyən mərtəbələrə yüksəlməsinə stimul vermişdir. Mətanət müəllimə özəl xüsusiyyətləri ilə seçilən bir pedoqoqdur. Özü ailəlidir, iki övladı var. Həm də ki, mənim müəlliməmdir. O, tələbələrə qarşı hər daima mənimsədiyi dili təlqin etmək və onları yiyələndikləri alman dili ixtisasının dərinliklərinə baş vurmağa daha yaxından təkan vermək istəmişdir. İnsanpərvərliyi ilə seçilən bu xanım müəllimə tələbələrə elmi nöqteyi-nəzərdən dəstək olmağı özünə həm pedoqoqluq və həm də ki, bəşəri bir borc hesab etmişdir. Alman dilinin xüsusiyyətləri üzrə qələmə aldığı bir çox beynəlxalq səviyyəli elmi əsərləri vardır ki, onlar işıq üzü görmüşdür. Mətanət müəllimə mühazirələrdə və seminarlarda iştirak edərkən, vaxtın daha çox hissəsini dərslərə, qısa bir dəqiqələrini isə sevimli tələbələri ilə şirin-şirin söhbətlərə həsr edir. Bu da onun elmə verdiyi dəyərdən, öz yiyələndiyi ixtisasın tələbələrin elmi həyatına müsbət təsir göstərməsinə qarşı olan dərin və ciddi məsuliyyətdən qaynaqlanır. Həmişə sakit olan, öz təmkini qoruyan bu qadın az danışmağı, elm yolunda fədakarlıq etməyi üstün tutmuşdur. Tərifəlayiq cəhətlərini sadalamaq ilə bitməz. Gərək, Mətanət müəllimənin haqqında səhərdən-axşama qədər yazasan ki, bəlkə ortaya bir keyfiyyətli əsər çıxarda biləsən. Mətanət müəllimənin bundan sonrakı illərdə də elm həyatında, pedoqoji sahədə yenə bir çox uğur, yüksək nailiyyət və müvəffəqiyyət qazanmasına şəkk-şübhə emtək, əlbəttə ki, ağılsızlıq olardı. Çünki, o, həyatını yalnız yiyələndiyi Alman dili ixtisasının daha da çox təkmilləşdirilməsinə, inkişafına, tələbələrin ondan yetərincə faydalanmasına və onların bundan nə isə öyrənmələrinə həsr etmişdir. Bəli...... Vətənə, millətə və dövlətə olan xidmətin yolunun bir hissəsi də məhz elmdən keçir. Mən Mətanət müəllimənin tələbəsi olaraq ona seçdiyi bu gözəl, ancaq ciddi yolda bol-bol uğurlar, yüksək nailiyyətlər və tükənməz müvəffəqiyyətlər arzulayıram!

Ərtoğrul Aypar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR