dini radikalizm və ekstremizmlə mübarizə

GƏNCLƏRİMİZİN ÖLKƏNİ TƏRK EDƏRƏK, ELM ARXASIYCA XARİCİ ÖLKƏLƏRƏ GETMƏSİNİN ÖLKƏMİZ ÜÇÜN FAYDASI YOXDUR!

Baxış Sayı:564


XIX əsrdən etibarən, Azərbaycan gəncləri Qərbə maraq göstərmiş və bu maraq təbii ki, savadlanmaq, yeni adət-ənənələrlə tanış olmaqdan irəli gəlirdi. Xarici dövlətlərin isə Azərbaycana dair xüsusi müstəmləkəçilik planları var. Onlar üçün bir nəfər azərbaycanlının beyninin işğal edilməsi, bütün Azərbaycanın işğal edilməsi deməkdir. Çünki, bir nəfərin təhsil almaq məqsədi ilə hansısa ölkəyə təşrif buyurması, həmin İmperialist dövlət üçün göydən düşmədir. Məhz elmi-mədəni yolla müstəmləkəçilik siyasəti yeridilir. Bu isə bizim üçün heç də xoşagəlməyən nəticələr çıxara bilər, necə ki, çıxarır da........ Əgər ölkədə təhsil sistemi zəif inkişaf edirsə və ya gəncin Ali məktəbə qəbul olmaq istəyinin qarşısına əngəllər qoyulursa, deməli, həmin gənc öz ölkəsi üçün ciddi bir problemə çevrilir. Bu zəruri məsələləri sadalayaq: 1. Gəncdə öz ölkəsinə qarşı nifrət hissi oyanır. 2. Gənc başqa bir ölkəyə oxumaq məqsədi ilə pənah aparır və səfər etdiyi həmin dövlətin siyasətinin qurbanı olur. 3. Xarici ölkədə oxuduğu müddət ərzində beyni yuyulur, milli şüuru ölür və öz ölkəsinə, xalqına qarşı bir antipatiya yaradılmış formada, yad fikirli şəkildə, inqilabçı ruhunda geri qayıdır. Qayıdaq XIX əsrə. Bu əsrdə yaşamış Yazıçılar, şairlər və digər, elm adamları, Qərbin təsir dairəsində, inqilabçı ruhunda formalaşmışdılar. Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Hüseyn Cavid və s. şəxslər, məhz, Osmanlı, Rusiya imperiyalarının Ali məktəblərində oxumuş, elm adı altında oxunan siyasi mühazirələrin təsiri altına düşmüş və üsyankar bir varlıq kimi formalaşmışdılar. Bəli, onların o vaxtkı təsir altına düşmələri, faydalı idi. Çünki, İblis rejimi ilə idarə olunan, milli və dini-ayrı seçkilik siyasəti yeridən imperiyanı(Rusiya çarlığı) devirmək lazım idi və bu imperiyanı devirmək üçün isə inqilabi cəhətdən hazırlanmaq zəruri bir hal almışdı. Amma bu yad təsirin həm xeyiri və həm də ki, ziyanı oldu. Xeyiri o idi ki, Azərbaycan insanı özünü dərk etdi, milli-mənəvi azadlığın nə olduğunu anladı, onda inqilabi ruh formalaşdı. Ziyanı isə o oldu ki, yad təsirlər altında formalaşan düşüncə tərzi, yalnız və yalnız həmin dövlətə xidmət edirdi və öz xalqına qarşı biganə idi. Rusiya, Türkiyə və İran təlimi əsasında hazırlanmış bu insanlar onların üslubu ilə dirəniş göstərir və oyanırdılar. Bu oyanma isə əvvəldə vurğuladığım kimi, milli ruhun üstündən xətt çəkirdi, zahiri milli oyanma idi, daxilən isə yad təsirlərin toplusu təsirini bağışlayırdı. Necə ki, mərhum Cəlil Məmmədquluzadənin 1920-ci ildə böyük əzab-əziyyətlə yazdığı möhtəşəm "ANAMIN KİTABI” dramında üç qardaşın və bir Ananın simasında Vətənin necə bölündüyü açıq-aşkar, böyük ürək ağrısı ilə göstərilir. Bu əsərdə övladlarının bir-birinə qarşı, həm də ki, özünə qarşı laqeyd, soyuq münasibətindən dərd çəkərək canını tapşıran Zəhrabəyim Ananın nazəni üzərində İranda dini təhsil almış oğlu Mirzə Məhəmmədəlinin Fatihə surəsini oxuması isə çox ibrətamiz bir səhnə olmaqla bərabər, həm də ki, böyük bir faciəni əks etdirən simvoldur. Bəli, vətənimizin fatihəsini oxuyan da həmin bu Mirzə Məhəmmədəlinin tipində olan gənclərimizdir. İndiki dövrdə isə biz heç bir imperiyanın təsiri altında deyilik. Amma o vaxtkı(XIX əsr) gənclər Azərbaycanı imperiyanın tərkibindən çıxartmaq istəyirdilərsə, bu zamandakı gənclər özləri də bilmədən başqa bir imperiyanın tərkibinə sala bilərlər. Demək olar ki, mənəvi-əxlaqi baxımdan salmışdırlar: saç düzümü, geyim tərzi, hərəkətlər, mimikalar və jestlər çox xoşagəlməz formadadır. Bunun üçün mütləq bir ölçü götürülməlidir! Yoxsa, ölkənin tənəzzülü labüddür.

Ərtoğrul Aypar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR