» » Göylər qızının poetik duyğuları

Göylər qızının poetik duyğuları

Göylər qızının poetik duyğuları

“Ürək bir xəzinədir, elə bir xəzinədir ki, nə satılar, nə də satın alınar. O ancaq verilər, bağışlanar” (Flober)
Bəli, ürək bir xəzinədir. O ürək ki, şair ürəyi ola…Xalqının məhəbbətini qəlbinə sığdıra, qəlbini xalqına bağışlaya. Bütünlükdə el-oba qayğısı çəkə. Bu gün xalqına xidmət edən, sanballı poeziya nümunələri yaradan vətənpərvər yazıçı və şairlərimiz çoxdur. Belə şairlərimizdən biri İraq-Türkmən Yazarlar Birliyinin üzvü, istedadlı şairə “Göylər qız”ı- Sənəm Səbayeldir. O, öz yaradıcılığının uğurları ilə böyük oxucu kütləsi qazanmışdır.
İstedadlı şairənin özünəməxsus yaradıcılıq üslubu, dəsti-xətti var. Onun yaradıcılığı ilə yaxından tanış olsanız görərsiniz ki, sadə və samballı poetik fikirlər işlədir şeirlərində. Mənə elə gəlir ki, Sənəm xanım məhəbbət şairidir. “Adamın belə bir sevəni ola” şeirindən;
Dəli könül düşə yar sorağına,
Həyatıma sevgi gün tək doğula…
Obrazlı şəkildə yaradılan məhəbbət şeirləri həzin, lirik duyğularıdı şairənin. Duyğu selində özünü həyatın axarına buraxan şairə qəmli notlara köklənən şeirlərə də müraciət edir. Şairə nəinki sevincini, hətta dərdini də sevib-əzizləyir. “Unuda bilməyəcəksən” şeirindən nümunə;
Mənə pay verdiyin gizli dərdimlə,
Bəlkə də dünyanı tərk edəcəyəm. .. Və yaxud “Deyil ki” şeirində küsüb gedən sevgisindən söhbət açarkən;
Nə çəkirəm axı hardan biləsən,
Mənim dərdim sənin dərdin deyil ki. -deyərək öz iradını poeziya dili ilə bildirir.
Şairənin ürəyə yatımlı şeirləri sırasında vətən, yurd sevgisi də yer alır. Onun “Məni göydə basdırarsınız” adlı şerində vətən yanğısından söz açılır;
“... Düşmən güldü halımıza, işi tarazdı,
Məni göydə basdırarsınız, yerdə yer azdı.”
Lirik şeirlər müəllifi olan şairə yalnız nəzmə deyil, nəsr əsərlərinə də müraciət edir. Müəllifin “Şahnamə” adlı povesti günün reallıqlarına güzgü tutur, həyatın acı həqiqətlərini yenidən gündəmə gətirir, erməni-Azərbaycan problemlərinə toxunur. Dram əsəri kimi təqdim edinən “Şahnamə” povesti isə oxucuları tərəfindən şeirləri qəbul edilən qədər sevildi.
Qeyd etdiyimiz kimi şairə xalqına, el-obasına bağlı insandır. Odur ki, tez-tez ictimai tədbirlərdə iştirak edir, tələbə-şagird görüşlərində sevdikləri ilə üz-üzə, göz-gözə hesabat verir. Belə görüşlərdən biri Cəbrayıl rayonu H. Fətəliyev adına Şahvəlli kənd orta məktəbində keçirildi.
H. Fətəliyev adına Şahvəlli kənd orta məktəbində Yaradıcılıq gecəsində məktəbin direktoru yazıçı-şair Sahib Abdullayev, İctimai Teleradio yayım Şirkətinin əməkdaşı, Telli Saz proqramının aparıcısı, folklorşünas Şakir Nadiroğlu, Təhsil Nazirliyi RETTM-nin şöbə müdiri, publisist -şairə Mətanət Ulu Şirvanlı, məktəbin müəllim kollektivi, valideyn və şagirdlər iştirak etdilər.
Tədbiri məktəbin direktoru yazıçı-şair Sahib Abdullayev açıq elan edərək şairənin yaradıcılığı haqqında geniş məlumat verdi. Daha sonra folklorşünas Şakir Nadiroğlu və publisist -şairə Mətanət Ulu Şirvanlı çıxış edərək Sənəm Səbayelin uğurlu yaradıcılığından söz açdılar.
Keçirilən tədbirdə Sənəm Səbayelin yaradıcılığına dərindən nəzər yetirildi, şagirdlər tərəfindən şeirləri səsləndirildi. Yaradıcılıq gecəsində musiqi proqramı da təqdim edildi.Məktəblilər və müəllimlər tərəfindən ünvanlanan müxtəlif səpkili sualları şairə cavablandırdı.
Bir çox uğurlara imza atan Sənəm Səbayel dünya pəncərəsindən məhəbbətlə və şeir –bayatı deyə-deyə baxır, duyğuları ilə həyatın dərinliklərinə baş vurur. Həyata sevgisini misralarında bildirir, yazır, yaradır. Beləliklə, xalqına səmimi qəlbdən xidmət edir. İnanıram ki, Sənəm Səbayel hələ bundan belə çox uğurlarına salam deyəcək. Mən də öz növbəmdə “Göylər qızına” uğurlar diləyirəm!
Mətanət Ulu-şirvanli
Göylər qızının poetik duyğuları
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031