» » Ürəyimdəki fırtınanın Şuşadakı əksi...

Ürəyimdəki fırtınanın Şuşadakı əksi...


Sabah - 21 mayda separatçı rejimin rəhbəri Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan və dövlət ərkanı bu tədbirdə iştirak edəcək. Tədbirin keçiriləcəyi məkan isə ŞUŞA Mədəniyyət və gənclər mərkəzidir. Bizim Şuşa...
Amma bizim 28 ildir gedə bilmədiyimiz, ermənilərin isə su yoluna döndərdiyi Şuşada.
Bilirsiniz də bu, nə deməkdir? Adamın gözünün içinə söyməkdir. Bu günə kimi olub-keçənlərə nəzərən demək olar ki, ermənilər bu tədbirlərini gerçəkləşdirəcəklər. Bizm XİN bəyanatdan zaddan verəcək, vəssəlam.
Nə etməliyik? Çox şey. Nə edə bilərik? Çox olmasa da, nəsə edə bilərik, nəsə ETMƏLİYİK!
Dünya birliyi, beynəlxalq güclər, Rusiya, Amerika, Fransa... erməni lobbisi və havadarları - bunların hamısının nə olduğunu, nə edə biləcəklərini anlayıram. Şəxsən bir fərd olaraq, onlar və edəcəkləri məni zərrə qədar maraqlandırmır. Çünki bir fərd olaraq, bu yolda ölməkdən oyana bir şey yoxdur. Bu yolda canını fəda etməyi özümə şərəf bilirəm. Halbuki mənim ölümümdən sonra ailə-uşağımı nə qədər ağır günlərini gözlədiyini bilsəm belə...
Amma Dövlət başqadır. Min bir dəngəni gözləməlidir, bunu anlayıram. Qarabağ müharibəsini başlamaq elə də asan məsələ deyil. Asan olsaydı, mütləq başlayardılar və qələbə qazanıb tarixə qızıl hərflərlə düşərdilər. Görünən odur ki, bizim bildiyimiz və bilmədiyimiz xeyli məsələ var.
Amma mən bir vətəndaş, qarabağlı və ən əsası ŞƏHİD oğlu kimi ermənilərin mənim vətənimdə, atamın uğrunda canını fəda elədiyi bir məkanda at oynatmasını, yallı gedib bayram eləməsini heç cür qəbul eləmirəm. Məni bunu qəbul etməyə, susqunluqla seyr etməyə məcbur edənlərə qarşı sitəm etməsəm, ürəyim partlayar.
Biz buna susmamalıyıq. Müharibə başlamırıq, amma Şuşada, Laçında, Cəbrayılda bir daş-daş üstə qalmamalıdır. İşğal olunmuş münaqişə zonasında mülki adamların, 5 ulduzlu hotellərin, bahalı-bahalı maşınların, kilsələrin, nə bilim nə zibillərin nə işi var? Məncə, orada gəzən mülki qarışqanı belə məhv eləməliyik. Necə? Necəsini səlahiyyət sahibləri özləri bilər. Mənim boynuma bir əsgər kimi cəbhədə olmaq. məqamı gələndə ölmək düşür, ona da hazıram.
Amma ürəyimdə qopan fırtına Şuşada qopmasa, heç...

Zaur Əhməd
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031