dini radikalizm və ekstremizmlə mübarizə

Nəsimi və Müasir Azərbaycan gəncliyi


Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin qərarında belə deyilir: "Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Müasir Azərbaycan gəncliyi Nəsimini necə görür?" Yəni
Nəsimi poeziyası dilimizin inkişafına böyük təsir göstərmişdir.Onun ana dilimizdə yazdığı əsərləri, istər orta əsrlərdə, istərsədə müasir dövrdə Azərbaycan dilinin məna imkanlarını bütün rəngarəngliyi ilə özündə əks etdirir.Məhəbbət və gözəllik,ağıl və idrak nümunəsi olan Nəsimi poeziyası oxuculara xüsusən gənclərə müdriklik aşılayır.Bu ölümsüz şeiriyyatı gənc nəslə daha dərindən tanıtmaq lazımdır.Təəssüflər olsun ki, gənc nəslimiz çoxluqla nəsimi yaradıcılığından bəhrələnməmiş və bu şeiriyyatdan uzaq düşmüşlər.
Nəsiminin əlimizə gəlib çatmış irsi iki baxımdan qiymətlidir: 1)Yüksək poetik sənətkarlığına görə-Nəsimi insan gözəlliyini, insana məhəbbəti tərənnüm edən böyük lirikdir.Şairin şeirlərinin sufi,hürufi qabığını atdıqda səmimi və saf insani duyğuların tərənnümünü görürük 2)Humanist ideaları yaydığına görə -Nəsimi insanı kamil olmağa, özünü tanımağa ,heyvani hisslərdən və ehtiraslardan uzaq olmağa səsləyir.
Məhz elə buna görə də, Nəsimi yaradıcılığı həmişə aktual və çox oxunan olmuşdur.Üzərindən əsrlər keçsə də bir arif dünyagörüşünə sahib olan Nəsimi sanki keçmişlə gələcəyin bütün problemlərini öncədən görmüş kimi öz əsərlərində əks etdirmişdir.Ona görə də Nəsiminin əsərlərinin üzərində minilliklər keçsə də onlar heç vaxt unudulmur və bəşər cəmiyyəti var olduğu müddətcə də unudulmayacaq!
Səndən iraq, ey sənəm,
Şamu- səhər yanaram,
Vəslini arzularam,dəxi betər yanaram.
Gözələ müraciət edən aşiq ondan uzaq olduğuna görə gecə-gündüz yandığını və ona qovuşmağı arzulayarkən bu yanğının daha da hiddətləndiyini təsvir edir.

Çıxdı içimdən tütün, çərxi boyadı bütün,
Gör ki nə atəşdəyəm, gör nə qədər yanaram.

Yanan aşiqin içindən çıxan tüstü bütün kainatı bürümüşdür. Ustad sənətkar Nəsimi insan qəlbinin gizli nöqtələrinə göz gəzdirərək yar'ından ayrı düşmüş bir gəncin keçirdiyi həsrətdən yaranan yanğına və bütün duyğularını bədii boyalarla, mahir bir rəssam kimi əyani sübutlarla təsvir edir. Şairin lirikası çağdaş dilimizdən demək olar ki seçilmir (bəzi istisnalar xaricində) Nəsimi poeziyası , bədii dilinin gözəlliyi ahəngliyi və ritmikası ilə səciyyələnir.
Şairin poeziyası bütövlükdə özünün nikbinliyi, gələcəyə inamı, humanizmi insanın gözəllik və əzəmətini əks etdirir, kamil bir varlığa çevriləcəyinə böyük inamı və etiqadı ilə səciyyələnir. Nəsiminin kəlamları öz dövrünün zülm və zorakılığını, insan hüquqsuzluğunu dəf edərək çağdaş dövürdə durmadan kamilləşməyə doğru getmişdir. Bütün bunlar, şairin yaradıcılığının keçmişdə və gələcəkdə insanlığa və haqqa böyük təsir göstərəcəyinin sübutudur.

Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

Nəsimi bu misralarında deyir: "Mənim içimə iki cahan sığır, amma mən bu cahana (dünyaya) sığmıram. Məkansız gövhər mənəm, lakin heç bir məkana sığmıram." Nəsiminin "Sığmazam" qəzəlinin məzmunu dini fəlsəfi mövzudadır.
Nəsimi yaradıcılığının şah damarı İlahi eşqdir,irfandır! İslamın mahiyyəti, ruhu bu deyilmi? Nəsimi bəşərə həqiqi azadlıq dərsi keçir. Bu gün Avropanın insan haqqlarından dəm vurmağı azadlığın yalnız siyasi tərəfidir.Yalnız mütləq kamala, Allaha qul olmaqla azad ola bilərsən. Yoxsa öz nəfsinin qulu olacaqsan.

Ey könül, Mənsur "ənəl-həqq" söylədi,
Həqq idi, Həqq dedi,Həqq söylədi.

Şair bu sözləri deməklə heç də Allahlıq iddiası etməmişdir. Əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.
Mənə elə gəlir ki, gənc nəsildə bədii zövqü formalaşdırmaq, mütaliəyə maraq yaratmaq üçün gənc ədəbiyyatsevərlərin üzərinə ciddi vəzifə düşür. Bunun üçün də, müxtəlif tədbirlərin keçirilməsi vacibdir. Gənc yaradıcılar və Nəsimi sevənlər silsilə tədbirlər keçirməkdə fəal iştirak etməli, Nəsimini olduğu kimi gənc nəslə sevdirməyi bacarmalıdır. Əslində dinindən, irqindən aslı olmayaraq Nəsimini tanıyan hərkəs onu sevir və tarix durduqcada sevəcəkdir!
P.S. Djb.az hər zaman gənc yazarlara xüsusi yer ayırır. Gənclər bizim gələcəyimizdir, onlara dəstəy olmaq isə hər birimizin borcudur.
Gülnar Nəzərli-"Qış günündə açan çiçək" adlı kitabın müəllifidir. İncə duyğulu çeirlər kitabı hələ o orta məktəbdə təhsil alarkən işıq üzü görmüşdür. Eyni zamanda o, Bakı Qızlar Universitetinin II kurs tələbəsi, Loqos Psixoloji və Nitq İnkişaf mərkəzinin, "Gənclər şöbəsinin, Defektologiya departamentinin könüllü üzvüdür.
Gülnar Nəzərliyə yaradıcılıq uğurları arzulayırıq.

Oxunub: 891
Oxşar xəbərlər
SON XƏBƏRLƏR