» » Səfər Məmmədovun uğur yolu

Səfər Məmmədovun uğur yolu


Saytımızda şeir çox nadir hallarda yayımlanır. Həmin şeir ya özəl olmalıdır, ya da şeiri oxuduqda şeirdə olan sevgi əyani olaraq görünməlidir.
Bu gün isə gənc-həvəskar şairimiz Cəfər Məmmədovun şeirini saytımızda dərc etmək qərarına gəldim. Çünki Cəfərin "Atanın öyüdü" şeirində, ataya olan sevgi əyani olaraq göstərilib. Həmdə əsas məqam budur ki, şeirdə bir cümlə də olsun pafos yoxdur.

Qeyd edək ki, əslən Lənkəran şəhərindən olan Cəfərin həmçinin təhsil yolunda da, uğurları az deyil. Cəfər Məmmədov FDO - da(Fənlərin dostluğu olimpiadası) respublika üzrə ilk onluğa layiq görüldü. Bundan əlavə həm də, sınaq imtahanlarında 650-dən yuxarı nəticə gôstərir.
İstedadlı abutriyentimizə bol uğurlar arzulayırıq.
Djb.az Cəfər Məmmədovun müəllifi olduğu "Atanın öyüdü" şeirini təqdim edir.


Bir əntiq xəznədir ata öyüdü
Elə bir sərvət ki, bir ömür bəsdir.
O sərvət qəlbimdə elə böyüdü
Nəinki bir ömrə, on ömrə bəsdir.

Özünə nər deyən hər bir igidçün
Ən böyük nemətdir ata öyüdü.
Ciddi ataların oğullarıyçün
Həyat xərtəsidir ata öyüdü.

Atamın "Arxandayam, qorxma!" deyişi
Həyatda ən böyük nemətdir mənə.
Atamın mənə "oğul!" deyişi
Həyatda ən böyük mükafat mənə.

Əgər olmasaydı gəmidə yelkən
O gəmi dənizdə batıb qalardı.
Bil, atamdır mənə həyatda yelkən
O yön verməsəydi batıb qalardım.

Atadır insana həm dost, həm qardaş
Onun hər nəsihəti vardır, dövlətdir.
Ataya hər zaman əyməlisən baş
O səni qoruyan möhkəm bir səddir.

Hər oğul deyişi bir ənbərinxət
Simi canlandıran möhkəm kamandır.
Hər sözü, kəlməsi dəyərli hikmət
Bax, o şəxs mənim, mənim atamdır.

Düşündüm, düşündüm, amma tapmadım
Tapmadım elə söz səni vəsf edim.
Çox götür-qoy edib fərqinə vardım
Sənin yanındaykən olmayır dərdim.

Elcan Məmiyev
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031