» » Cəmilə Vasifqızı: Addım və damla

Cəmilə Vasifqızı: Addım və damla

Cəmilə Vasifqızı: Addım və damla Cəmilə Vasifqızı

Sən hər dəfə gəldin və səbəbsiz getdin. Sən ilk dəfə mənim həyatıma gələndə ümüd dolu gözlərlə sənin mənə verəcəyin sevgini qarşıladım və dəlilərtək sevdim,amma sən getdin. 1 və 2 addımlarını ardıcıl ataraq getdin.Mənim isə gözlərimdən - hər birindən 2 damla eyni vaxtda axaraq sənin arxanca ağladım. Sən gələnə qədər ağladım. Bəli, sən gəldin. Mən kədərdən axan isti göz yaşlarımı sevinc göz yaşları ilə sənə qovuşanda əvəz etdim və düşündüm. " O daha getməyəcək". Amma sən yenə ardıcıl olaraq 1 və 2 addımlarını ataraq getdin. Bu dəfə mənim gözlərimdən- əvvəl birindən, sonra o birindən 2 damla göz yaşı axaraq üzümdən süzüldü. Yenə də ahu zar edərək qaldım. Vaxt keçdi, sən yenə qayıtdın. Ürəyimdə dedim."Yəqin ki,daha getməyəcək". Amma sən yenə də 1 və 2 addımlarını ardıcıl ataraq məni tənha qoyub getdin.Mənim isə gözlərimdən yenə yaşlar axdı.Əvvəl birindən 1,sonra o birindən 1. Anlamağa başladım ki,bu illər ərzində mən sadəcə özümü allatmışam.Sən yenə gəldin. Artıq bu gəliş,gediş mənə çox adi görünürdü.Amma mən yenə də səni sevgi dolu qəlbimlə qarşıladım və sən yenə getdin. İri addımlarını 1 və 2 ataraq getdin. Bu dəfə mənim 1 gözümdən 1 damla yaş axdı və ürəyimdə dedim." Mən belə də bilirdim". Sən vaxt keçdi, yenə gəldin.Mən bilirdim ki,sən yenə gedəcəksən,amma səndən öz sevgimi azacıq da olsa əsirgəmədim.Sən həmişəki kimi 1 və 2 addımlarını ataraq getdin. Bu gedişində isə mənim gözlərimdən 1 damla da olsun yaş axmadı. Çünki sən bu dəfə qayıdanda və məni tapmayanda hönkürtü çalıb ağlayacaqsan. Ömrünün sonuna kimi atdığın 1 və 2 addımlarıvın hesabatını gözlərivə verəcəksən və deyəcəksən." Sən demə mən onu sevirdim. Axı mən onu niyə itirdim?". Bir qaranquş həsrətlə yayı gözləyib öz isti ölkəsinə köçməsini gözləyər. Mən isə səni - qanadsız bir qaranquşun susuz,soyuqda çırpınaraq yağışın yağmasını su içsin deyə, günəşin çıxmasını isti olsun deyə,əgər heç biri olmayacaqsa bir anın içində canı çıxsın,bunları hiss etməsin deyə - bax belə anlar yaşayaraq gözlədim səni. Lakin sən nə qədər sevsən də o qaranquş ola bilməzsən.Sadəcə həmişə düşünəcəksən." Sevgimiz qarşılıqlı idisə mən niyə onu itirdim?".Və mənim illərlə axıtdığım göz yaşları sənin atdığın addımların üstünə günlərlə gələrək ayaqlarının altındakı torpağı palçığa döndərəcək.Mənə bu da bəs edər ki,sən hər dəfəki gəlişivin səbəbini anladın. Amma mən bu gedişlərin səbəbini anlamadım.Tək onu bildim ki, sənə ayırdığım zamanımı - keçmişimi itirdim.Sən isə keçmiş,indi və gələcəyini itirdin.Sonda bir sual. Əgər 1 ci dəfə gedib qayıtdınsa bilirdin ki, gedəndən sonra yenə qayıdacaqsan niyə getdin?...
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930