» » Solmaz Şirvanlı müstəqil dövlətçilik ənənələrinə sadiq qalaraq poeziyamızın qarşısında duran vəzifələrə layiqincə cavab verə bilən şairlərdəndir

Solmaz Şirvanlı müstəqil dövlətçilik ənənələrinə sadiq qalaraq poeziyamızın qarşısında duran vəzifələrə layiqincə cavab verə bilən şairlərdəndir


Solmaz Şirvanlı müstəqil dövlətçilik ənənələrinə sadiq qalaraq poeziyamızın qarşısında duran vəzifələrə layiqincə cavab verə bilən son illərin ən məhsuldar və yüksələn şairlərindəndir.Poeziyamızın inkişafında layiqli yeri olan,öz vətəninə, xaqına və dövlətinə sədaqətli olan şairə poeziyanın bütün formalarından məharətlə istifadə edərək çox böyük oxucu kütləsinin rəğbətini qazanmışdır.Şairənin ən böyük nailiyyəti və istedadı ondadır ki, müxtəlif xarakterə malik insanları rəssam gözü ilə böyük ruh yüksəkliyi ilə təsvir edir.Yüksək vətənpərvərlik duyğuları ilə yaşayan şairənin şeirlərinın əksəriyyəti xalqın ən böyük istək və arzusu olan Qarabağa həsr olunmuşdur."Qaldırın zirvələrə","Azərbaycanım mənim" ,Kaş","Gedək düşmən üstünə","Torpaq alınmaz","Bəyənmədim" və şair şeirlərini coşqun bir həvəs və enerji ilə yazıb yaradan şairə "könlünün vətənlə bağlı" olduğunu deyərək Qarabağın hələ də düşmən işğalı altında qalmasına dözə bilmədiyini ürək ağrısı ilə qeyd edir.Ələ silah alıb yüyürmək vaxtının olduğunu bildirən şairə "saz ilə,söz ilə torpaq alınmaz"deyərək gözləməyin və səbr etməyin mənasız olduğunu bildirir."Qarabağ deməkdən dil qabar olub" söyləyən şairə özümüzün ôzümüzə düşmən kimi olmağımıza dözməyərək "Ay Solmaz,gəlməzdim dünyaya kaş mən" deyərək özünü sanki günahkar sayır.Beləliklə, şairənin şeirləri yalnız formaca deyil,ifadə gôzəlliyi,birinci növbədə məzmununa görə oxucunu düşündürür və özünə cəlb edir.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930