» » Balaca Cavidin o balaca canında olan böyük ürəyində gizlənən arzusu gələcəyin akademik şairi olmaq, Azərbaycan xalqına faydalı bir övlad, bir oğul kimi yetişmək olub

Balaca Cavidin o balaca canında olan böyük ürəyində gizlənən arzusu gələcəyin akademik şairi olmaq, Azərbaycan xalqına faydalı bir övlad, bir oğul kimi yetişmək olub


Bədəlov Cavid Qədir oğlu 1995-ci il 31 mayda Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə 80 saylı orta məktəbə qəbul edilmiş, 2013-cü ildə isə həmin məktəbin fəxri məzunu olmuşdur. Məktəbi bitirdiyi il 3-cü qrup ixtisası üzrə dövlət imtahanı verərək, Bakı Slavyan Universitetinin " Jurnalistika və Azərbaycan filalogiyası" ixtisasına qəbul olunmuşdur. Həmin ixtisası uğurla başa vurduqdan sonra Goran rayonu "n" saylı hərbi hissədə xidmət etmiş, xidmətini başa vurduqdan sonra Bakıya qayıtmış və yaradıcılığını davam etdirmişdir.
Balaca Cavid məktəbə getdiyi ilk günlərdən oxuduğu kitablardan, müəllimlərinin danışıqlarından təsirlənmişdir. Ruhu onsuz da doğulduğu gündən şeirə, sözə bağlı olan bu uşaq yaradıcılığa daha da meyillənmişdir.
"Ehtiyacım var " ilk şeirini yazır.
Əl açmam namərdə, nə də düşmənə,
hörməti qoyaram hörmət bilənə.
Üstümə allahın nuru ələnə
bir zərrə imana ehtiyacım var.
İlk dəfə isə onun istedadını ona tarix fənnindən dərs deyən Yeganə Əliyeva olmuşdur. Balaca Cavidin o balaca canında olan böyük ürəyində gizlənən arzusu gələcəyin akademik şairi olmaq, Azərbaycan xalqına faydalı bir övlad, bir oğul kimi yetişmək olub. Onuncu sinifdə oxuyarkən, " Mübariz " adlı şeirini Yeganə müəllimə " Söz " jurnalında dərc etdirir.

Ağlama, anacan, oğlun şəhiddir.
bilirsən bu işə allah şahiddir.
Allaha qovuşdu mömin Mübariz,
Fəxr səninlə Vətən, Mübariz!

Universitet illərində yaradıcılığını daha da genişləndirir. Müxtəlif ədəbi məclislərə qatılır, universitet nəzdində olan bütün tədbirlərdə fəal iştirak edərək, müxtəlif diplom və təşəkkürnamələrlə təltif olunur.
"Şeirlər günü " tədbirinə gələn və orada bir-birinin ardınca şeirlər səsləndirən bu gənc "Azad Qələm" qələm qəzetinin redaktoru Nəcibə İlkinin diqqətini çox çəkir və onu redaksiyada dəvət edir. Bu gözlənilməyən görüş gənc şairin həyatında sonra qazanılacaq uğur üçün başlanğıc olur. Cavid bu təklifi məmnunluqla qəbul edir.
Uşaq vaxtından qəlbi ədəbiyyata bağlı olan şair 8 yanvar 2020 -ci ildə elə Nəcibə İlkinin redaktoru olduğu "Azad Qələm" jurnalının "xüsusi müxbiri" təyin olunur. Sevinci yerə, göyə sığmayan Cavid xüsusi müxbir kimi əsrin ziyalılarından, gənc istedadlardan, idmançılardan, dövlət xadimlərindən müsahibə alaraq, Vətənə, cəmiyyətə yararlı məlumatlar verəcəyinə söz verir.
O, bu gün də onun əlindən tutub, onu ədəbiyyata həvəsləndirən oxucunu 80 nömrəli məktəbin direktoru və dil- ədəbiyyat müəlliməsi Ilahə müəlliməyə minnətdarlıq edir. Şair uşaqlıq illərinə çox bağlıdır. Öz kövrək və həssas qəlbli ilə uşaqlıq illərini tez-tez yada salır.
Eh, məni kövrəldir qırışmış əlin,
qayğılar həkk olub əlinə, ana.
Versələr dünyanın minbir gözəlin
dəyişə bilmərəm telinə, ana.
Şairlər allahın sevdiyi və xüsusi istedad sahibi olan insanlardır. O, bunun üçün tanıya hər zaman şükr edir.
Hüsnkar yaratdın cümlə-cahanı,
yaradıb ucaltdın bəşər insanı.
Nuruna qərq etdin bütün hər yanı,
verdiyin nemətə təşəkkür, rəbbim!
Cavid vətənini sevən, xalqına bağlı olan vətənpərvər şairidir. Onun yaratdığının əsas hissəsini vətən və allahla bağlı olan şeirləri təşkil edir. Çox yaxın zamanlarda isə onun şeirlərdən ibarət olan kitabı işıq üzü görəcək.
Uğurlar arzu edirik.

Hələ uşaq qal, balam,
Böyüməyə tələsmə.
Geyib ayaqqabılarını
Yollarını yeriməyə tələsmə.
Böyüyəndə adamın gözündən
gətirirlər həyatı.
Daha sənə deyilmir
O nağıl, o bayatı.
Gözlərini açırsan bu mavicə dünyaya
Daha o hamar yollar olur yolunda qaya.
Hələ bir az yıxıl sən
Evinin həyətində.
Həyat səni yıxmamış.
Sənə şillə vurmamış,
Üzünə tərs baxmamış.
Böyüməyə tələsmə mənim gül üzlü balam
Ətrin hələ özündən özgələrə getməsin.
Çalış nəyin də itsə,
Bir şərəfin, bir də uşaqlığın itməsin.
Atlaz Rzayi
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930