dini radikalizm və ekstremizmlə mübarizə

SƏMİMİ DOST TƏBRİKİ


Elə bir insan tapılmaz ki, istəyi, arzusu və diləyi olmasın. Yenicə anadan olmuş körpənin belə istəyi olur. Bu istəyə zaman ötdükcə arzu, daha sonra isə dilək əlavə olunur. Məhz arzulara, diləklərə çatmaq əməksevərliklə mümkündür; zəhmət çəkməklə arzuya çatmaq insana verilən ən dəyərli nemətdir. Hər hansı bir arzuya yetmək, diləyə çatmaq əzmkarlıq sayəsində həyata keçir ki, bunun təməlində əməksevərlik tərbiyəsi durur. Deməli, övladımız arzu, istək sahibi insan kimi tərbiyə edilməlidir. Çalışmalıyıq ki, uşaq öz istəyinə, arzusuna özünün sərf edə bildiyi əməklə, sahib olduğu səriştə ilə çatsın. Bu, onda əzmkarlıq hissi yaradacaq, onu çətinliklərdən qorxmayan cəsarətli, qətiyyətli insana çevirəcək. Bax hələ yenicə əməksevərlik tərbiyəsinə başladığımız ilk vaxtlarda övladımızda formalaşan necə dəyərli keyfiyyətlərə şahidlik etdik; zamanla bu keyfiyyətlər cilalanacaq, şaxələnəcək, beləliklə, yetişməkdə olan gənc nəslə yeni duyğular aşılayacaq. Məhz bu duyğuların fövqündə vətəndaşlıq duyğusu dayanacaq. Bu, o deməkdir ki, Vətənə xidmət kimi ali bir vəzifənin güc qaynağı olan vətənpərvərlik tərbiyəsinin bir qolunu məhz əməksevərlik təşkil edir.
Belə insanlardan biri də ad günün qeyd edən Bəsti xanım Mütəllibovadır. O Bəsti xanım ki, neçə illərdir tanıyıram. Dostluq nərdivanına birgə qədəm qoymuşuq. O Bəsti xanım ki, ölkəmizi, yurdu Şirvanı-Şamaxını zaq Stavropolda ləyaqətlə, şərəflə təmsil edir. Bir neçə il əvvəl onun haqqında bir ayzı hazırlayıb çap etmişdim. O vaxtlar bu yazı böyük rezonans doğurmuşdu. Məndən elə hey bu xanımı soruşurdular. Mən də onu tanıdığım kimi xarakterizə edirdim. Bəsti xanımda böyük əzmkarlıq, prinsipiallıq var, vətənpərvərlik hissi, yurda bağlılıq hissi böyükdür. Odur ki, il ərzində dəfələrlə Vətənə gəlir, dostlarla, qohumlarla görüşür, onların qayğısına qalır. Bax, insanda, xüsusən də qadında bu, böyük insane keyfiyyətdir. Ona bu əziz və şad günündə nə arzulayardım?
Əlbəttə ki, ilk növbədə sağlamlıq, gümrahlıq. Ruzi-bərəkət, sevincli, fərəhli günlər, sülh, əmin-amanlıq dolu bir dünya. Qadın xoşbəxtliyi, nəvə toyu. Bir də qadın səadəti.

Doğum günün mübarək olsun, hörmətli Bəsti xanım!

Daşdəmir Əjdəroğlu

Oxunub: 3 026
Oxşar xəbərlər
SON XƏBƏRLƏR