dini radikalizm və ekstremizmlə mübarizə

QARDAŞ ELDƏN DOST TƏBRİKİ


Hər bir qadın oxunmamış bir kitabdır. Ceyran xanımda onlardan biridir.
Hər kəs onu fərqli tanıdı. Kimi çox ciddi, kimisi sərt, kimisi bacarıqlı iş xanımı. Amma mən Ceyran xanımı illərin süzgəcindən keçən vəfalı dost, mərd qadın, cəsarətli azərbaycan xanımı, cəfakeş övlad, bacı, ana, sevər ürəyə malik qadın.
Ondan çox yazaram bəlkə də bir kitab olar yazdıqlarım. İllərin xatirələri var sinəmdə.
Mənim bir mənfi cəhətim var. İnsanlarda heç zaman mənfi xüsusiyyət görmürəm. Bəlkə də bu insanlara olan məhəbbətimdən irəli gəlir. Ceyran xanımı tanıdığım illərdən mən o xanımda çatışmayan heç bir cəhət görmədim. Mənim üçün önəmli və ən çox bəyəndiyim xüsusiyyət bir qadın bir başqa qadını əzməməli, qiybət etməməli və dilinə sahiblik etməlidir. Bu uzun illər ərzində bir dəfə olsun belə bu xanım bir başqa qadın haqqında mənfi fikir söylədiyini eşitmədim. Bu xüsusiyyətlərinə görə həmişə qəlbimdə xüsusi yeri oldu.
Nail olduğu uğurları çox asanlıqla qazanmadı. Hər bir damlasında öz zəhməti durdu. Vətənə yararlı İki gənc oğul böyütdü. Bur qadın kimi bəlkə də xoşbəxt olmadı... Amma ana kimi xoşbəxt ana olacağına əminəm.
Bu gün Ceyran xanımı həm öz adımdan həm rəhbərlik etdiyim Djb.az kollektivi adından qardaş Türkiyədən təbrik edirəm. İlk növbədə can sağlığı, qadın xoşbəxtliyi, övladlarının xeyirin görməsini arzulayıram.
Sonda dostumuz və həmkarımız Daşdəmir Əjdəroğlunun şerini Ceyran xanıma hədiyyə edirik.
Omur axıb gedir hədər,
Yarı sevinc, yarı kədər,
Sevinərdin dunya qədər,
Yaş üstünə yaş gəlincə.

Indi hər şeyi qanırsan,
Sam yandıqca sən yanırsan,
Yaşamaqdan usanırsan,
Yaş üstünə yaş gəlincə.

Gözündə yaş gilələnir,
Sifətinə nur çilənir,
Saçlarına qar ələnir,
Yaş üstünə yaş gəlincə.

Ceyran xanım, yaşa, yarat,
Çöhrəndən kədəri sil, at,
Yaşamağın dadın çıxart,
Yaş üstünə yaş gəlincə.

Oxunub: 3 094
Oxşar xəbərlər
SON XƏBƏRLƏR