dini radikalizm və ekstremizmlə mübarizə

2020-ci il xalqımıza firavanlıq gətirsin və torpaqlarımızın düşmən tapdağından azad olunduğu il kimi tarixə düşsün


Əziz həmvətənlərim, Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilibdir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir.
30 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Bu günün ən yüksək səviyyədə qeyd edilməsi müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıbdır.
Yola saldığımız 2019-cu il Azərbaycan xalqının həyatında tarixi və unudulmaz hadisələrlə zəngin oldu. Xalqımız Prezident İlham Əliyevin müdrikliyi, dönməz iradəsi ilə inamla inkişafa, tərəqqiyə doğru daha da irəlilədi.
Azərbaycanın Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarlığı ilə milli birlik, həmrəylik ideyası daha da güclənərək Azərbaycanın inkişafına öz dərin töhfələrini verdi. Bu gün respublikamız möhkəm Xalq-İqtidar birliyinin sayəsində yeni uğur hekayələri yazmaqdadır.
Bir daha Xalqımızı, xarici ölkələrdə yaşayan soydaşlarımızı, ümumilikdə bütün dünya azərbaycanlılarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər, yeni-yeni uğurlar arzulayıram.
Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.
Qoy yeni 2020-ci il xalqımıza firavanlıq gətirsin və torpaqlarımızın düşmən tapdağından azad olunduğu il kimi tarixə düşsün.

Bayramınız mübarək olsun!

Vaqif Abdullayev

Oxunub: 2 476
Oxşar xəbərlər
SON XƏBƏRLƏR