dini radikalizm və ekstremizmlə mübarizə

Sevindik Nəsiboğlunun şer dünyası

Türkün

Aydır, ulduz, qırmızıdır
Türkün atributlarıdır.
İgidlik, qeyrət, namusdur,
Türkün şöhrəti, şanıdır.

Bir ürək var, orda olan,
Türkün böyük Allahıdır.
Başının üstündə olan,
Allahının qonağıdır.

Mətə Tanhu, Fateh Sultan,
Qanuni, həm Yavuz Sultan,
Soyuz qorxar, çünki Osman
Türkün hökmdarlarıdır.

Akif Ərsoy, Cavad, Cavid,
Türkün azadlıq səsidir.
"Çırpındı Qara dəniz"
Azadlığın nəğməsidir.

Həm yerlərdə ordusu var,
Həm göylərdə ordusu var,
Türk bunu necə qazanar?
Çünki Türkdə bir inam var.

Çətinlikdə dua, kömək,
Bizlərdə var arxa, kömək,
Mehmedlərə inam, kömək,
Köməklərlə qalib gələk!

İslambol, Şəki, həm Salyan,
Burdur, Qars, həm də Ərdəhan,
Mombasa, Batum, Xorasan,
Türkün böyük torpağıdır!

Mehdi, Süleyman, həm Vaqif,
Hüseynqulu, Mehmet Akif,
Şeir yazan bu Sevindik
Türkün bir övladlarıdır.


Allah Türkə Yar Olsun!
(TRT 1-də”Diriliş Ərtoğrul” serialının 122-ci bölümündə Şəmistan Əlizamanlının ifasına qulaq asarkən)
Dünən Türkün gecəsiydi,
Hər gün də olduğu kimi.
Bir millətin bir olmasın,
Dünən yenə sübut etdik.
İgid Əsgər,Möhkəm dayan!
Sən Ərtoğrul nəvəsisən,
Şəmistanın nəğməsisən.
Sən bir Cavad,həm Cavidsən,
Türklüyünü əməlində,
Silahında,həm sözündə,
Hər gün sübut eyləyərsən.
Sən bir Cənab Leytenantsan!
Ozanların saz-sözüsən,
Çırpınan Qara Dənizsən,
Azadlığa uçan türksən,
Haqqını qoruyan türksən!
Durub sən də nərildəsən,
Yeri-göyü titrədərsən.
dreqoları,marqoları,
Qorxudarsan,parçalarsan!
Sən bir Cəfər Cabbarlısan:
Şu göy boya,Göy Moğoldan qalmış bir türk nişanı!
Sən bir Cəfər Cabbarlısan,
Moğoldan qalmış nişansan!
Bəxtiyarın,Şəhriyarın,
Birləşdirdiyi torpaqsan!
Sən Altaysan,Sən Bozqurdsan!
Düşmən qarşında nə edər,
Sən ona təslim olmazsan,
Nəriltinlə yox edərsən.
Sən bir əsgər Şəmistansan,
Öz nəğmənlə Ərtoğrulu yad edərsən,
Və deyərsən:
“Düşmənləri qəhr olsun!
Allah Türkə Yar Olsun!”


QORXUM YOXDUR HEÇ KİMSƏDƏN...

Qorxum yoxdur heç kimsədən,
Bir Bozqurdun oğluyam mən.
Düşmən kimdir?Mən yanında,
Başımı aşağı əyəm.

Düşmənlər qorxsunlar məndən,
Bilsinlər,tarixim vardır.
Şanlı babam Uzun Həsən,
Mənə qucağın açmışdır.

Diriliş edən xalqım var,
Dirçəliş edən xalqım var,
Düşmənlərimə olsun ar,
Guya ki,məndən qorxmazlar.

Vaxt olub ki,ayırıblar,
İki qol olmuş milləti.
Vaxt olub ki,yaradıblar,
Bir Xocalı müsibəti.

Ancaq indi zaman dönmüş,
Bilsinlər,ucalan türkmüş!
Artıq düşmən məndən qorxnuş,
Çünki Bozqurd oğluyam mən.

Uyğur oğlu qardaşımdır,
Türkün oğlu qardaşımdır,
Birləşsək çox yaraşandır,
Qorxum olmaz heç kimsədən.

Səsim çatar Afrikaya,
Mombasadakı uşağa,
Yad eldəki bir uyğura,
Misirdəki fironlara.

İsgəndəri ötüb keçmiş mənim babam,
Çini aşıb əfşar olmuş mənim babam,
Prevezedən qalib çıxmış mənim babam,
Qorxum yoxdur heç kimsədən!

Xəlifəni kor qoymuşdur mənim babam,
"Xürrəmidə" Babək olmuş mənim babam,
Heratlarda qala tikmiş mənim babam,
Qorxum yoxdu heç kimsədən!

Kirli Kirin başın kəsmiş mənim nənəm,
Məhdi Ülya taclı olmuş mənim nənəm,
Həlimə olub həlim olmuş mənim nənəm,
Qorxum yoxdu heç kimsədən!

Sara xatun haqqın halal etmiş mənə,
Fateh Mehmed haqqın halal etmiş mənə,
Şah İsmayıl haqqın halal etmiş mənə,
Qorxum yoxdu heç kimsədən!

Nə Qızılbaş, nə Osmanlı,
Ayırmayın qardaşları,
İkisi də bir türk olub
Düşmənə oxur meydanı!


Sevindik Nəsiboğlu

Oxunub: 1 009
Oxşar xəbərlər
SON XƏBƏRLƏR